Dəlidən məktub

 
Dəlidən məktub

Salam.
Sənə salam da düşmür amma nəysə.
Bu məktubu harda yazdığımı, qələm-kağızı hardan tapdığımı və ya nə zaman kimə yazdığımı düşünmədən oxu. Artıq məktubu açıb oxumağa başlamısansa deməli məhz sənə yazmışam. Kimliyim, cinsiyətim, peşəm və şəxsiyyətim haqqında da düşüncələrə qapılıb beynini yorma. Bəlkə də heç mən də yoxam. Başqa sözlə desəm özünü yazar sayan, məndən betər bir gicbəsərin uydurmasıyam. Amma uydurma belə olsam öz düşüncələrim, öz həyatım var. Nədi xoşuna gəlmədim?

Ən azından sənin kimi rüşvət verməkdən bezən, amma əlinə hələ də kitab götürməyən tələbə deyiləm. Guya rüşvətə qarşıyammış kimi qoluma qırmızı taxıb da gəzmirəm. 3-5 nəfər tələbəylə bir yerdə adına «etiraz aksiyası» dediyin o mitinqlərdə boğazımı cırmıram. Yekəpər polislər gələndə də qaçan mən olmuram və atam söyə-söyə bölməyə gəlib o etiraz elədiyim rüşvətdən rəisə verib çırpa-çırpa evə aparmır məni.

Dəlidən məktub

Kinayəli gülüşünə qarşılıq olaraq deyim ki, iki universitet bitirmişəm. Və səndən fərqli olaraq valideynlərim oxumaq istəyib də oxuya bilmədikləri peşəni mənə zorla seçdirməyiblər. Uşaqlığımdan xəyalını qurduğum ixtisası seçmişəm. Ya heyvan əvəzinə də işləyib evimə ancaq yatmaq üçün də girmirəm. Yaxşı pul qazanmıram deyə arvadımın həyasızca başqa qoyunlara girməyinə də səs çıxartmayan mən deyiləm. Özümü, ayaqlarımı söyə-söyə istəmədiyim işə gedib məndən on beş yaş kiçik müdürün söyüşlərinə dözmürəm. İki uşağın qarnını doyuraraq, məktəbə göndərərək özümü atalıq vəzifəsinin bariz nümanəsi saymıram. Övladlarım yaramaz çıxanda da məsuliyyətdən qaçımamışam. Bütün günahları arvadımın boynuna atıb kişiliyimi qadın üstündə sinayanlardan da deyiləm. Nə də ki, küçədə söz atdığım qızların heç birisi qohumum çıxmır sənin kimi. Qeyrəti ucuzlaşdırıb çayxana stollarına, qəhbəxana kravatlarına da daşımıram. Evlədiyim qadın bir neçə saniyəlik cavanlıq həzzimin nəticəsində ömürlük əzabıma çevirlməyib. Sevəndə də dəli kimi sevmişəm. Öpüşəndə gözümü yummuşam və heç bir çirkin niyyəti keçirməmişəm ağlımdan sənin kimi. Sevdiyim ağlayanda ağlamışam. İnanmışam hər ayrılıqdakı yenidən qovuşmalara. Sənin kimi dabanıma tüpürüb başqa qadının qollarına qaçmamışam. Sevgim o qədər kiçik olmayıb ki, bir parça imzalı kağızla, bir neçə damla qanla təsdiqlənsin.

Dəlidən məktub

Mən dəliyəm ya da dəli deyirlər. Insanlar öz düşüncələrinə yad olan kəslərə dəli damğası vurur. Artıq bir neçə aydır ki, burda məcburi müalicə alıram. İynə-dərmana tüpürüb onları qəbul etmək istəməyəndə yatağıma zəncirlənirəm. Əllərim, ayaqlarım bağlanır və məcburi müalicə davam edir. Adına da "şiddətli psixi pozğunluq" başqa dildə «dəliliyin pik nöqtəsi» deyirlər. Müalicəmi qəbul etmək istəməməyimin səbəbi qorxularımdı. Qorxuram ki, öz düşüncələrimi unudub sənin kimi adi insan, yox yox adi kukla olaram. Sistemi istehsalçı tərəfindən qabaqcadan yığılmış bir kukla. Onlar istəyəndə ağlayıb onlar istəyəndə gülən, onlar susanda susan və onların fikrincə danışmaq məqamı gələndə danışmalı olan kukla.Burdakı həkimlər, tibb bacıları, xəstə baxıcıları və xəstə yaxınları-hamısı o istehsalçı funksiyasını böyük mental məmnuniyyət və həvəslə öz üzərlərinə götürürlər. Bu xəstəxana o istehsalçıların təkrar emal zavodudur. İşləməyən, pozulan sistemli məhsullar məcburiyyətlə bura gətirilir və təkrar emal olunur. Burada biz «dəlilər» xarab olmuş, yaxşı ağlamayan səsi zəyif çıxan sistemi pozulmuş kuklalarıq. Əsil düzgün sistemsə mental dəyərlər, valideyinə bağlılıq, cəmiyyətdən asılı saç düzümü, geyim tərzi, təhsil iş qadın seçimi, böyük kiçik münasibətləri və digər bu kimi şeylərdi. Hə bax burda deyirlər «f*ck the system !».
Düşün !
Bəlkə heç uydurma deyiləm...?!


Geri dön

sevgi meleyim

  • 17 sentyabr 2011 17:31
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
tewekkur edirem

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Caspi

  • 17 sentyabr 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
cox maraqli idi hamisini oxudum

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

Rapunser

  • 17 sentyabr 2011 15:45
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
yariya kimi oxudum xowuma geldi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

Prank girl

  • 17 sentyabr 2011 15:32
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: only-girl
sebrim catmadi oxumaga twk


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Aysel_17

  • 17 sentyabr 2011 15:06
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
twk coooooooooooox ammmmmmmmmaa coooooooooooooxxxxxx maraqli idi

--------------------
HEC KIMDEN DOSTLUQ QEBUL ETMIREM.........
. DOSLUGU QEBUL ETMIREMSE 2 CI DEFE ZEHMET CEKIB GONDERME OZUNE HRMET ELE..... PROFILIME DE HEC NE YAZMA...MEN BURA QEYD OLMUWAM KI MEQALELERI OXUYUM...................

G_L LADY

  • 17 sentyabr 2011 14:24
  • Məqalə: 11
  • Şərh: 104
  • Bal:
{awards}
twk ama sebrim catmadi axira kimi oxuyum winked

l_a_d_y_b_u_g

  • 17 sentyabr 2011 13:57
  • Məqalə: 14
  • Şərh: 209
  • Bal:
{awards}
cox maraqli idi twk

Leyla_Memmedova

  • 17 sentyabr 2011 13:55
  • Məqalə: 17
  • Şərh: 480
  • Bal:
{awards}
axira kimi oxumadim

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

Delya_91

  • 17 sentyabr 2011 13:53
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
fellow hmmmm

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Musique Sage

  • 17 sentyabr 2011 13:40
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
deliden bele mektub
belay

only-girl

  • 17 sentyabr 2011 13:22
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
sebrim catmadi oxumaga twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 61
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}