Qurani Kərimdən - «Namazdan sonra zikr»

 
Qurani Kərimdən - «Namazdan sonra zikr»

QURANİ KƏRİMDƏN - «NAMAZDAN SONRA ZİKR»

"Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir."

Nisa Surəsi 4/103

Bu ayədə görünür ki, Allahu Təala ayaqda ikən də, oturarkən də, yan üstü yatarkən də həmişə Allahı zikr etməmizi əmr edir və Allahu Təala bizi yalnız üç halda olmaq üzrə yaratmışdır. Dördüncü bir halı yoxdur. Üç halın üçündə də həmişə Allahı zikr etmək əmr edilmişdir. Elə isə namazın içində də ürəklə Allahı zikr etmək lazımdır. Ayədə əmr olunduğu kimi Namazdan sonra da ürəkdən və xuşu ilə Allahı zikr etməliyik. Yəni ayə bizə daimi zikri fərz edir.
Bu üç halın üçündə də Allahu Təala mütləq Allahı zikr etməmizi istəyir.


Geri dön

MuCaHiD_313

  • 18 sentyabr 2011 01:10
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
NAMAZA ƏTİR VERƏN ZİKR >Həqiqətən də Allah... Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır

(Əl-Əhzab 35)Fatiməyi Zəhra (s.ə.) atası üçün ən əziz və istəkli bir insan idi. O, həm iman, həm əxlaq, həm də əməldə atasının həqiqi davamçısı və bənzəri idi və bunu həyatının hər mərhələ və müstəvisində izhar edirdi.

Həzrət Əli (a) ilə ailə qurduqdan sonra məsuliyyətlərin bölgüsü zamanı evin işləri xanımın, çöl işləri isə Həzrət Əlinin (a) öhdəsinə düşmüşdü. Xanım Zəhra (s.ə.) evdə öhdəsinə düşən vəzifələri də Allah Rəsulunun qızına (s) layiq şəkildə icra etməyə çalışar, zəhmətdən heç zaman yayınmaz və usanmazdı. Həzrət Əlinin (a) dilindən belə nəql olunur:

Həzrət Fatimə (s.ə.) əl dəyirmanı ilə o qədər işləyərdi ki, bu, onun əllərində əsər qoymuşdu. O, suyu dəri bardaqda o qədər daşıyar idi ki, dəri onun boynunu yara etmişdi. Evini o qədər süpürərdi ki, geyimi tozlanardı. Xörək bişirdiyi qabın altında odu o qədər qalayardı ki, geyimi tüstüdən qaralardı. Buna görə əziyyət görürdü. Bir gün biz Peyğəmbərə (s) bir neçə qulun gətirildiyini eşitdik. Mən Fatiməyə söylədim: “Atanın yanına gedib sənə kömək üçün xidmətçi istəyə bilərsən”. O, atasının yanına getdi, lakin onun məşğul halda buldu və ondan bir şey istəməyə utanaraq, geri qayıtdı. Növbəti gün Həzrət Peyğəmbər (s) özü Fatimənin evinə gəlib ondan nə üçün bir gün öncə gələndə ona bir şey söyləməkdən utandığını soruşdu. Mən dedim: “And olsun Allaha, ya Rəsulallah, mən sənə söyləyəcəyəm. O, əl dəyirmanı ilə o qədər üyüdüb ki, əlləri zədələnmişdir, suyu dəri bardaqda o qədər daşıyıb ki, boynu yaralanmışdır, evi o qədər süpürər ki, əlbisəsi toz olar və xörək camının altında tonqalı o qədər qalayar ki, əlbisəsi qaraya bürünər. Eşitdik ki, sənin üçün bəzi qullar gətirilmişdir və odur ki, mən ona söylədim ki, səndən bir xidmətçi istəsin”.

Həzrət Rəsulullah (s) buyurdu: “İstəyirsən, sənə məndən istədiyindən daha yaxşı birisini öyrədim? Yuxuya çəkiləndə 34 dəfə təkbir, 33 dəfə təsbih və 33 dəfə təhmid zikr elə. Bu sənin üçün xidmətçidən daha yaxşıdır”. Cavabında Həzrət Fatimə (s.ə.): “Əgər bu Allahın və Onun Rəsulu Muhammədin (s) istəyidirsə, belə olsun”, - deyə söylədi və razı oldu.

Təkbir “Allahu əkbər”, (“Allah böyükdür”), təsbih “Subhanallah” (“Allah pakdır”) və təhmid “Əlhəmdulillah” (“Həmd olsun Allaha”) kəlmələrindən ibarətdir. Əhli-beytdən (a) bu zikri hər namazdan sonra, habelə yuxuya getməzdən öncə söyləmək və onu “La ilahə illəllah” kəlməsi ilə bitirmək tövsiyə olunmuşdur.

Əhli-beyt (a) bu təsbihə olduqca böyük önəm verər və bu zikri öz övladlarına da öyrədərdilər.

Necə ki, İmam Cəfər Sadiq (a) buyurmuşdur: “Biz övladlarımıza bu təsbihi öyrədirik ki, hifz etsinlər və namazlardan sonra, həmçinin yuxuya getdiklərində zikr etsinlər”. Başqa bir yerdə İmam (a) yenə buyurur: “Biz övladlarımıza namazı əmr etdiyimiz kimi, Fatimə təsbihini də (davamlı yetirməyi) əmr edərik

Təsbihi zikr etmək Allaha şükrün və Tovhidə şəhadətin bir şəklidir. Fatiməyi-Zəhra (s.a) bu təsbihi atasından öyrənəndən bəri onu tərk etmədi. Xanım (s.ə.) əmisi Seyyidüş-Şühəda Həzrət Həmzənin (a) mübarək qəbri üstünə gedib bir ovuc torpaq götürdü, ondan 100 muncuq düzəldib onları yun sapa düzdü və bu qayda ilə təsbeh düzəldib, İlahi zikri bu muncuqlar üzərində söyləməyə başladı. Sonradan İslamda bu zikr Həzrət Fatimənin (s.ə.) adı ilə “Fatimənin təsbihi” kimi hifz olundu. İmam Hüseyn (a) şəhid olandan və “Seyyidüş-Şühəda” adı ona aid ediləndən bəri, Əhli-beyt (ə) davamşıları Kərbəla torpağından muncuq düzəldib onun üzərində Həzrət Fatimə (s.ə.) zikrini söyləyərlər. Bununla İmam Hüseyn (a) davamçıları İmamın (a) qəhrəmanlığı, onun yaşatdığı dəyərlər, üsuliddin, məxsusən Tovhid ətrafında düşünər və hər zikrləri ilə bu İlahi əqidəyə bir daha şəhadət gətirərlər.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

sevgi meleyim

  • 17 sentyabr 2011 17:27
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

jasper hale

  • 17 sentyabr 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
xebere gore twk.

Prank girl

  • 17 sentyabr 2011 15:23
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem oxudum deyerli melumatdi

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Ay Üzlü

  • 17 sentyabr 2011 14:47
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allahu Təala ayaqda ikən də, oturarkən də, yan üstü yatarkən də həmişə Allahı zikr etməmizi əmr edir
Allah Təala bizi emeli saleh mominlerden etsin Inwallah
tewekkurler

Musique Sage

  • 17 sentyabr 2011 13:51
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Delya_91

  • 17 sentyabr 2011 13:44
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Jasmin45

  • 17 sentyabr 2011 13:37
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

_WITH YOU_

  • 17 sentyabr 2011 13:32
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.......

only-girl

  • 17 sentyabr 2011 13:25
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
buyurun

--------------------

BlacK_EyeD

  • 17 sentyabr 2011 13:24
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 25

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}