Müxtəlif Məsələlər

 
Müxtəlif Məsələlər

Müxtəlif Məsələlər

Bismillahir-rehmanir-rehim

Müxtəlif Məsələlər

* Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı:
1) Oğlu olmayanın gözünün nuru yoxdur.
2) Qardaşı olmayanın bazu sümüyü yoxdur.
3) Evlənməyən ləzzət nə olduğunu bilməz.
4) Pulu olmayanın məqamı olmaz.
5) Bunların heç birinə sahib olmayanın qəm-qüssəsi olmaz.

* Kəsra deyib:
“Hər kəs beş şeydən çəkinə bilsə onun bu qərarının heç bir eyib və nöqsanı yoxdur; hərislik, arzu, xudpəsəndlik, nəfsani istəklərə uymaq və süstlük. Hərislik həyanı aparar, xudpəsəndlik düşmənçiliyə səbəb olar. Nəfsani istəklərə uymaq rüsvayçılıq gətirər, süstlük isə peşimançılığa səbəb olar.”

Müxtəlif Məsələlər

* Həsən Bəsri deyir: “Tövratda bu beş ifadə yazılmışdır;
1) Ehtiyacsızlıq qənaətdədir.
2) Salamatlıq pis insanlardan uzaq gəzməkdədir.
3) Azadlıq tərki-dünyalıqdadır.
4) Bəhrələnmə uzun müddətə başa gəlir. (Yə`ni, axirət əməllərin nəticəsidə qazanılar.)
5) Səbr isə az bir müddətdədir (yə`ni, dünyadadır.)

* Bir nəfər deyib: “Qənaət can rahatlığıdır, çoxlu təcrübə əqlin kamala çatmasına səbəb olar, söz gəzdirmək yaxınların və uzaqların təhdidinə səbəb olar, qadınla məşvərət hər şeyin alt-üst olmasına səbəb olar və xoşxasiyyət insan da böyük insan olar.

Müxtəlif Məsələlər

* “Ər-riyazüz-zahirə” kitabında belə yazılıb: “Həzrət Adəm (ə) oğlu Şeysə beş vəsiyyət verib tapşırdı ki, o da bunları öz oğluna vəsiyyət etsin:
1) Dünyaya bel bağlamayın, çünki, əbədi olan behiştə bel bağladım, Allah bunu bəyənmədi və məni oradan çıxardı.
2) Qadınların rə`yinə əsasən iş görməyin. Çünki, mən qadının sözünə qulaq asıb ağacdan yedim, sonra isə peşman oldum.
3) Görmək istədiyiniz hər bir işin nəticəsini əvvəlcdən düşünün. Mən əvvəlcədən düşünmədiyimə görə bu müsibətə düçar oldum.
4) Qəlbin narahat olduğu işi görməyin. Mən həmin meyvəni yeyən zaman qəlbim əsirdi. Lakin e`tina etmədim, nəticədə peşman oldum.
5) İşlərinizdə məşvərət edin, əgər mən mələklərlə məşvərət etsəydim bu bəlaya düçar olmazdım.

* Sədəqə verənlərin beş imtiyazı var: Hacətlərin həyata keçməsi, çətinliklərin aradan qalxması, ruzinin genişlənməsi, pis ölümdən nicat, günahların bağışlanması və bol ruzili uzun ömür.

Müxtəlif Məsələlər

* Peyğəmbərdən (s) nəql olunur ki, Həzrət buyurdu: Sədəqə barəsində şeytandan soruşdum:
Nə üçün sədəqənin qarşısını almağa çalışırsan? Dedi: Ey Məhəmməd (s) elə ki, sədəqə verildiyini görürəm sanki, mişarı götürüb boynumu kəsirlər. Soruşdum: Nə üçün? Dedi: Sədəqənin beş xüsusiyyəti var; var-dövləti artırar, xəstənin şəfa tapmasına səbəb olar, bəlanı qaytarar, sədəqə verən kəs Sirat körpüsündən ildırım kimi keçər və hesabsız behiştə daxil olar. Dedim: Allah əzabını daha da artıq etsin!

* Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) belə buyurdu:
“Elə ki, sədəqə sahibinin əlindən çıxar beş söz deyər: “Fani idim, məni əbədi etdin, kiçik idim, məni böyütdün, düşmənin idim, məni özünə dost etdin, bu vaxta qədər sən məni qoruyurdun, bundan sonra Qiyamətə qədər mən səni qoruyacağam.”

Müxtəlif Məsələlər

* Səqədə beş qisimdir:
1) Malın sədəqəsi.
2) Hörmətin, məqamın sədəqəsi. (Müxtəlif insanlardan ötrü şəfaət etmək, vasitəçi durmaqdan ötrü.) Peyğəmbər (s) buyurub ən gözəl sədəqə dilin sədəqəsidir.” Soruşdular: “Dilin sədəqəsi nədir?” Buyurdu: “Şəfaət. Onun vasitəsi ilə əsiri əsirlikdən qurtarmaq olur, qan tökülməsinin, hər hansı bir müsəlmana zərər yetişməsinin qarşısı alınır.”
3) Əql və təfəkkürün sədəqəsi, yə`ni, məşvərət. Bu barədə Peyğəmbər (s) buyurub: ”Mö`min qardaşınıza ona yol göstərəcək biliyiniz vasitəsi ilə sədəqə verin.”
4) Dilin sədəqəsi. Yə`ni, fitnə odunu yatırmaqdan ötrü vasitəçilik etmək, yaxud, insanları barışdırmaq. Allah-təala buyurur: “Onların qulağına sədəqə vermək, yaxşı iş görmək və insanları barışdırmaqdan başqa heç bir söz tə`sir göstərmir.”
5) Elmin sədəqəsi. Yə`ni onu öyrənmək istəyənlərə paylamaq. Peyğəmbər (s) buyurub: «Sədəqənin bir növü də elmi öyrənib başqalarına tədris etməkdir.» Yenə də buyurub: «Zəkat, cahilə elm öyrətməkdir.»

* Hər bir dində riayət olunması vacib olan əsas məsələlər beşdir:
Qisas vasitəsi ilə canı təhlükədən qorumaq, dindən çıxanı öldürməklə dini təhlükədən qorumaq, oğrunun əlini kəsməklə malı təhlükədən qorumaq, şərabxoru cəzalandırmaqla əqli təhlükədən qorumaq və zinakarı cəzalandırmaqla əsil-nəsəbi qorumaq.

Müxtəlif Məsələlər

* Dinin əsası beşdir:
Allahı tanıma, əldə olana qane olmaq, dinin həddi-hüdudlarını aşmamaq, əhdə vəfalı olmaq, itirilmiş şeyə səbr etmək.
* Bir hədisdə deyilir ki, hər kəs behişt istəyir, gərək beş şeydən əl çəkməsin:
1) Allahın qorxusundan günahı tərk etməkdən; Qur`anda belə buyurulur: “Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani istəklərinin qarşısını alsa onun yeri behiştdir.”
2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.”
3) İtaət və ibadətə, Allahın və Peyğəmbərin (s) razı olduğu hər bir şeyə həvəslə yanaşmaq.
4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək.
5) Dua, ah-zar, yalvar-yaxar etmək. Hədislərdə var ki, hər kəs Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: “Pərvərdigara! Məni ona, onu da mənə qovuşdur.”

Müxtəlif Məsələlər

* Başqa bir hədisdə belə deyilir ki, bir şəxs Peyğəmbərdən ona elə bir əməl öyrətməsini istədi ki, həmin əməl vasitəsi ilə o, behiştə gedə bilsin.
Peyğəmbər (s) buyurdu: “Gündəlik beş vacibi namazı qıl, Ramazan ayının orucunu tut, cənabət qüsulu al, Əlini (ə) və onun mə`sum övladlarını (ə) sev, ondan sonra behiştin hansı qapısından istəyirsən daxil ol. And olsun məni peyğəmbərliyə tə`yin edib mənə vəhy göndərən Allaha, əgər min namaz qılıb min dəfə həccə getsən, lakin qəlbində Əlinin (ə) və onun mə`sum övladlarının (ə) məhəbbəti olmasa sair cəhənnəm əhli kimi oda daxil olacaqsan. Hazırlar qaiblərə xəbər versinlər ki, mən bu sözü yalnız və yalnız Cəbrailin göstərişi ilə, o da Allahın göstərişi ilə deyib
. Cəbrail aləmdə Əlidən (ə) başqa bir qardaş seçməyib. İndi, hər kəs istəyir onu sevsin, hər kəs də istəyir onunla düşmən olsun.
Allah-təala and içmişdir ki, nə qədər ki, Əlinin (ə) dostları cənnətdə məskunlaşıb, ne`mətlərdən istifadə edir, onun düşmənləri də cəhənnəmdə olacaq."

Müxtəlif Məsələlər


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 19:41
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
twkller xebere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

fervent_2010

  • 17 sentyabr 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
bele xeberlere daha cox yer verilmeli. TESEKKUR

--------------------
AZAD INSAN!

esya90

  • 17 sentyabr 2011 18:32
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
cox saq ol ela bu gozel sozlere gore cox saq ol

G_L LADY

  • 17 sentyabr 2011 18:31
  • Məqalə: 11
  • Şərh: 104
  • Bal:
{awards}
twk maraqlilydi

Bengu

  • 17 sentyabr 2011 18:25
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
twk. movzuya gore..
vaxtim yoxdu oxumaga.

Cilent_M.Q

  • 17 sentyabr 2011 18:20
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun bele deyerli xebere gore

--------------------

seda12

  • 17 sentyabr 2011 18:17
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
ghozeldiiiiii

sevgi meleyim

  • 17 sentyabr 2011 17:44
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN BU DEYERLİ SÖZLERE GÖREEE

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Ay Üzlü

  • 17 sentyabr 2011 17:13
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Səbr isə az bir müddətdədir (yə`ni, dünyadadır.)
ALLAH RAZI OLSUN GOZEL XEBER UCUN

Rapunser

  • 17 sentyabr 2011 17:13
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

sevinc13

  • 17 sentyabr 2011 16:54
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN BU DEYERLİ SÖZLERE GÖREEE wink

..:MeleK kiz:..

  • 17 sentyabr 2011 16:46
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
allah razi olsun

Emo guzeli

  • 17 sentyabr 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
allah razi olsun

angelina15

  • 17 sentyabr 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
hayatda en aci sey meraba diyerek kovusan ellerin elveda diyerek ayrilmasidir

_Yaxsiliq Meleyi_

  • 17 sentyabr 2011 16:35
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah sizden razı olsun.

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}