Dünya fırlanır

 
Dünya fırlanır


Dünya fırlanır

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasin, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,

Niyə də fırlanmayım, axı, dünya fırlanır...

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;

Niyə də dəyişməsin, axı, dünya fırlanır...

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,

Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım

Niyə inanmalıyam, axı, dünya fırlanır.

Firlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dunya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,

Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

Dünya fırlanır


Geri dön

G_L LADY

  • 25 sentyabr 2011 20:34
  • Məqalə: 11
  • Şərh: 104
  • Bal:
cox beyenirem bu weri yeniden yada saldigincun twk iriska

ASMIYA

  • 18 sentyabr 2011 00:43
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasin, axı, dünya fırlanır.

BEYENDIM ELBET. DOGRUYA DOGRU. TWK

--------------------


seninle_men

  • 17 sentyabr 2011 23:52
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
dunya firlanir ele bizde firlaniriq

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

Мой Мир

  • 17 sentyabr 2011 21:33
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
dunen duz sandigimi, bu gun eyri saniram...


cox gozel yazidi eline saglik

--------------------
∞♥

Ay Üzlü

  • 17 sentyabr 2011 21:01
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
cox sag ol canim gozeldi

GUL YAGMURU

  • 17 sentyabr 2011 20:42
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
TESEKKUR...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

sevinc13

  • 17 sentyabr 2011 20:34
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
teşekkürler çox maraqlıdı ALLAH RAZI OLSUN bu gözel melumatlara göre sizden

G_L LADY

  • 17 sentyabr 2011 20:29
  • Məqalə: 11
  • Şərh: 104
  • Bal:
{awards}
coxdan ewitmiwem bu weri cox xowum da gelir twk xebere gore

Zaurcik2011

  • 17 sentyabr 2011 20:17
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
TESEKURLER.BEYENDIM

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

HaYaliM

  • 17 sentyabr 2011 20:13
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.


Bextiyar Vahabzadenin en cox sevdiyim seiri..gözel ve menali seirdi..tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

... Deryam ...

  • 17 sentyabr 2011 20:11
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Dunya firlansa da teki insanlarin beyni geri geriye firlanmaya ...
Twkler gozel wer ucun .

--------------------

_LiLaC_

  • 17 sentyabr 2011 20:08
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

sevgi yalandir

  • 17 sentyabr 2011 20:06
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk ilk serh menden superr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 59
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}