Din və nigah

 
Din və nigah

peyğəmbərimiz Həzrəti Muhamməd (s.a.s) buyurur:
«Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur:yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»;

«Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur»;
«Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın»; «İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil»;

«İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır.
Qalan digər hissəsi üçün də təqvaya riayət etsin».

İmam Sadiq (ə) buyurmuşdur:
«Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-deyə cavab verdi. Atam dedi: «İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».

Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu:
«Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s) buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».

Rəsuli-əkrəm (s) buyurur:
«Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»;
«İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil»;
«İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir»;

«Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini
mənim əlimdən qurtardı»-deyə fəryad edir. Ona görə də,
Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin».

Yazının tərtibində tərcümə olunmuş
kitabların elektorn versiyasından istifadə olunub.


Geri dön

sevgi yalandir

  • 18 sentyabr 2011 10:19
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
..::Enigmatico::..,
MuCaHiD_313,
ASMIYA,
_LiLaC_,
sevinc13,
Fatime_19,
love her birinize serhlerinize gore twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MuCaHiD_313

  • 18 sentyabr 2011 01:02
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:
...وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ...
«...Qadınların boynunda kişilərin haqları olduğu kimi, kişilərin boynunda (da) onların bəyənilən hüquqları vardır...» («Bəqərə» surəsi 228-ci ayə).
Həzrət Rəsuləllah (s) buyurub: «Ümmətimin ən yaxşı kişiləri, öz ailəsi ilə xoş rəftar edənlərdir».
«Sizlərdən ən yaxşınız öz ailəsi ilə daha yaxşı rəftar edən kəslərdir və mən sizin hamınızdan çox öz ailəmlə xoş rəftar edirəm».

Tarixi diqqətlə mütaliə etdikdə, ideal ailə nümunəsini Həzrət Əli (ə) və Həzrət Fatimə (ə) arasındakı ailə münasibətlərində görmək mümkündür. İdeal ailənin bariz nümunəsi bu şəxsiyyətlərdir.
Seyyid Müctəba Musəvi Lari öz kitabında buyurur: «Ailənin səadəti, ilk növbədə qadınla kişi arasındakı rabitənin və onların birgə yaşayışının necəliyindən asılıdır. Onların rabitələri nə qədər möhkəm olsa, o qədər də ailə xoşbəxtliyi möhkəm olacaq. Ruhi bağlılıq və çətinliklər qarşısında fədakarlıq, həqiqi ailə səadətinin bərqərar olması üçün əsas şərtlərdəndir».

ərin öz xanımı qarşısında hansı öhdəlikləri vardır?1. Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.Yəni, ailənin dolanışıq xərcləri kişinin öhdəsindədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bütün bu əxlaqi məsələlər nə qədər sadə görünsə də, ailə səadətinin əsasını təmin edir. Bir yazıçı deyir: «Səadət, bir neçə sadə kəlmə üzərində qurulmuşdur».
Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.
2. Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.
3. Güzəşt.
Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır. 4.Öz səliqəsinə diqqət yetirmək. Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə də öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.
5. Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta, ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.

6. Kişi qadına qohumlarla görüşmək üçün icazə vermək. Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmalıdır. Qadın, qohumlarına kömək etmək istədiyi zaman, ona imkan verməli və onu ailə çərçivəsində məhdudlaşdırmamalıdır.
7. Qadının dərdinə şərik olmaq.
8. Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Belə ki, bütün ehtiyacları əri tərəfindən ödənən qadın, öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.
Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:
1. Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ərin qarşısında təmkinli və dözümlü olmaq.
2. Hər hansı yad adamı evdə qəbul edərkən, ərdən icazə almaq.
3. Ərlə xoş davranmaq.
4. Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək və onu ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək».
İnsanları dünya və axirət səadəti ilə müjdələyən Uca Allah onlar üçün ali qanun təyin etmiş və insanların qurtuluşu yalnız ona tabe olmaqla mümkündür.

Dogrusunu Allah biler

Nigah gizli şəkildə olmamalıdır. Nigah görünəcək şəkildə olmalıdır. Nigah düşən və düşməyən (yəni evlənməsi yasaq olan) insanlar vardır' müsəlman olmayanlar, yaxın əqrəba, süd qardaşı olanlar. Ata-anası bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz, yaxud ata və ya anaları bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz. Əmi, dayı, xala.ş süd bacı-qardaşlarla da evlənmək olmaz. Sənin anan, başqa birisinin uşağını əmizdirərsə,o zaman onunla süd qardaş sayılırlar. Buna diqqət etməyən kəslər böyük bir günaha batarlar.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

ASMIYA

  • 18 sentyabr 2011 00:34
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKURLER. ALLAHIM HERKESE XEYIRLISINI NESIB EYLER INSA ALLAH. AMIN

--------------------


_LiLaC_

  • 17 sentyabr 2011 22:41
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

sevinc13

  • 17 sentyabr 2011 22:23
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
VALLAH DÜZÜN DEYİM MEN HELE BALACAYAM NİGAH MENE AİD DEYİLLL

Fatime_19

  • 17 sentyabr 2011 21:59
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
ALLAH razi olsun,tebii ki,aile qedri bilen sexs aile qursa yaxsi olar bilmeyenlerede ALLAH nesib etsin amin!

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}