Bu səbəbdən də modelyer Sevil Ağayevaya müraciət etdik. Sevil xanım bildirdi ki, “Bu il payız dəb aləmi böyük təmtəraq və rəngarənglik vəd etmir. Əvəzində isə deyə bilərəm ki, xanımlarımızın əyinlərini əsl payız əhval-ruhiyyəsi bəxş edən geyimlər bəzəyəcək.
Fəslin dəbli rəngi, rəngsizlikdir
Geyimlərdə əsasən, solğun rənglərdən istifadə olunacaq. Diqqəti elə də çox cəlb etməyən rənglər, sözün əsl mənasında, dəbdəbə yaratmağı bacaracaq. Fəslin ən dəbli rəngi isə qəhvəyi, krem rəngi, bozun tünd tonları və qaradır. Qəhvəyinin bütün, ağın isə süd tonları geyimlərdə xüsusilə istifadə olunacaq. Leopar üslublü rənglər də bu payız çox dəbdə olacaq. Bir sözlə, xəzəl gözəlliyini elit ab-havada yaşayacağıq.
Xanımların qarderobunun sevimlisi hansı geyimlər olacaq?
Xanımlar üçün fəslin ən dəbli geyimi donlar sayılacaq. Belə ki, dizdən elə də çox mini olmayan, bədənə oturan, ətəkləri uçuşan paltarlar bu payız xanımların əynini bəzəyəcək. Donlar üzərində tül bəzəkli, leopar naxışlı və ya ilan dərisinin gözəlliyini xatırladan tüllərdən istifadə edilərək tikilən geyimlər payız dəbinə elitarlıq gətirəcək. Qolları uzun, sinəsi az açıq, uzunluğu orta, bədənə oturan və ətəkləri nisbətən enli donlara xanımlar bu payız daha çox üstünlük verəcəklər.
Köynəklər uzandı, yaxaları qısaldı…
Köynəklərdə isə uzun olanlara üstünlük veriləcək. Lasina ilə geyilə biləcək uzunluqda olan klasshik biçimli köynəklər fəslin dəbi sayılacaq. Uzunqol, məxməri parçalardan tikilmiş solğun rəngli köynəklər gündəlik geyimlərdə daha çox istifadə ediləcək. Amma bu payız köynəklərin yaxa hissəsinin hündürlüyü qısalacaq.
Kişilərin gözləri bayram edəcək…
Bu payız kişilərin gözləri “bayram edəcək” desək, heç də səhv etmərik. Fəslin ətək dəbinin uzunluğu ekstra-minidir. Çox qısa ətəklər geyinən xanımlar bu payız diqqət mərkəzində olmağı, sözün əsl mənasında, bacaracaq. Eyni zamanda da ətəklərlə geyiləcək lasinalar geyimlərə xüsusi özünəməxsusluq qatacaq.
Dar şalvarlar genişlənəcək
Fəslin şalvar dəbi isə sadəlik və eleqant görünüş vəd edir. Belə ki, bu payız parçadan tikilmiş, elə də dar olmayan amma bədənə oturan şalvarlar dəbdə olacaq. Onu da qeyd edək ki, bu ildən etibarən qadın şalvarlarının ətəkləri enliləşməyə başlayacaq.
Boyu balaca xanımlar sevinəcək
Ayaqqabı dəbi balaca boy xanımlarımızı sevindirəcək. Çünki fəslin dəbli ayaqqabıları hündürdaban platformalardır. Qəhvəyinin bütün, xüsusilə də şokolad tonlarında rənglərdə ayaqqabılara çox rast gəlinəcək. Eyni zamanda, qara ayaqqabılara da üstünlük veriləcək. Hündürdaban, platforma və boğazlı qara rəngli ayaqqabılar da dəbdə olacaq.
Kiçik çantalarınızı atın, böyük çantalar dəbə gəlir
Artıq bir ilə yaxındır ki, kiçik ölçülü kompakt çantalar fəslin dəbi sayılırdı. Amma sentyabrdan etibarən çox böyük çantalar dəbdə olacaq. Əsasən qəhvəyinin açıq tonlarında olan çantalar xanımların çiyinlərinə yaraşıq verəcək.
Aksesuarlar boynunuza sarılacaq
Bu payız aksesuarlara əsasən boğaz nahiyəsində rast gəlinəcək. Kolyelər, muncuqlardan düzəlmiş böyük həcmli aksesuarlar dəbdə olacaq. Xüsusilə də tül şərflər aksesuar dəbi sayılacaq. Belə ki, leopar, ilan dərisi naxışlı tül şərflər ən dəbli aksesuar olacaq.
Sarışın olmaq istəyirsiniz, yoxsa əsmər?
Saçlarda isə uzun modellər üstünlük təşkil edəcək. Belə qədər uzunluqda olan zəif dalğalı saçlar xanımlarımızın gözəlliyinə daha da çox gözəllik gətirəcək. Dəbdə olacaq saç rəngi isə sarı və qaradır. Xanımlarımız sarışın və ya əsmər olmaq seçimində tam azaddırlar, amma seçdikləri rəngin təbii olmasına xüsusi üstünlük verməlidirlər. Çünki saç rənglərinin seçimində əsas məqsəd təbiiliyi qorumaqdır.
Fəslin dəbli makiajı isə gözlərin vurğulanmasıdır. Pudra rəngi dərilər üzərində vurğulanmış gözlər və rəngsiz dodaqlar xüsusi obraz yaradacaq. 2010 və 2011-ci illər ərzində dəbdə olan çəhrayı rəngli dodaq boyaları da bu payız aktuallığını itirəcək.
Şalvarları atın losinləri seçin
Bu payız moda aləmində damğa vuracaq geyimlərdən biri də losinlərdir. Rəngarəng, qeyri-adi naxışlı və ya sadə rəngli losinlər xanımların ayaqlarını bəzəyəcək və daha da uzun göstərəcək.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description