İlahi kəlamı eşidən quldur necə hidayət oldu?

 
İlahi kəlamı eşidən quldur necə hidayət oldu?

800 il bundan qabaq ərəb dilində yazılan “Yusifin təfsiri” adlı kitabda belə bir hadisə nəql edilmişdir: “Həcc əyyamı idi və mən Bəsrədə idim. Qərara aldım ki, Bəsrədən Məkkəyə gedim. Ancaq hacıların karvanı artıq getmişdi, ona görə də Məkkəyə təkbaşına getməyə məcbur oldum. Bəsrə yolunda qaçaqçılarla üzləşdim. Dedi: “Nə qədər pulun varsa, ver”. Dedim: “Götür, ancaq bir qədər mənə də saxla”. Dedi: “Olmaz, gərək hamısını verəsən”. Yanımda 400 dirhəm pulum var idi və hamısını bu soyğunçuya verdim. Sonra o, məndən soruşdu ki, mən kiməm? Mən də cavab verdim: “Bağdad əhli”. Dedi: “Haradan gəlirsən?”. Dedim: “Bəsrədən”. Dedi: “Bəsrənin harasından?”. Dedim: “Evimdən”. Dedi: “Hara gedirsən? “ Dedim: “Məkkəyə”. Dedi: “Nə üçün gedirsən?”. Dedim: “Allahın Evinə”. Dedi: “Məgər Allahın evi var?”. Dedim: “Sən fikirləşdiyin evlərdən deyildir. Allahın Evi çox möhtərəm evdir ki, Onun Müqəddəs varlığına bağlıdır”. Dedi: “Allahın Evinə niyə gedirsən?” Dedim: “Gedirəm ki, Allahın kəlamlarını oxuyum”.

İlahi kəlamı eşidən quldur necə hidayət oldu?

Dedi: “Məgər Allahın kəlamı vardırmı?” Dedim: “Bəli”. Dedi: “Allahın kəlamlarından yadında bir şey qalıbmı?”. Fikirləşdim ki, Quranın hansı ayəsini onun üçün oxuyum ki, insanları soymaqdan çəkinsin. Onun üçün “Zariyat” surəsini oxumağa başladım və oğru ərəb olduğu üçün dediklərimi başa düşürdü. Gəlib bu ayəyə çatdım: “Sizin ruziniz vədə olunduğunuz göydədir” (22). Yəni, Mən sizin halal ruzunuzu yanımda müəyyən etmişəm və siz də gərək işləyərək onu əldə edəsiniz. Bu ayəni oxuduğum zaman oğrunun bədəni titrədi və bir qədər fikrə getdi. Dedi: “O zamana ki, ana rəhmində idim, anamın südü var idi, dünyaya gəlməmidən qabaq Allah mənim ruzimi vermişdi. İndi bu səhrada başqalarının süfrəsini necə boşalda bilərəm? Məni özünlə bu səfərə apar, hər nə qədər xərcim olsa, özüm verəcəyəm”.

İlahi kəlamı eşidən quldur necə hidayət oldu?

Qəbul etdim və bir yerdə hərəkət etdik. O yerə çatdıq ki, ehram bağlamalı idik. Ehram bağladıqdan sonra onu itirdim. Gələn ili də həcc karvanı ilə Məkkəyə gəlmişdim. Təvaf etdiyim zaman arxadan bir nəfər əlini çiynimə qoydu və mən çönüb baxdım və həmin adam dedi: “Məni tanımırsan?”. Dedim: “Xeyr”. Dedi: “Ancaq mən səni tanıyıram, yadındadır keçən il səhrada Allahın kəlamlarını mənim üçün oxumuşdun? Mən keçən ildən bəri buradayam. İnsanlardan oğurladığım pulları özlərinə qaytarıram. Tapa bilmədiklərimə görə isə çalışıb, “rəddi-məzalim” (burada “rəddi-məzalim” - haqqını basdığı adamın adından sədəqə vermək mənasındadır – red.) verirəm. Allahın kəlamlarından yenə nə isə bilirsənmi?”. Dedim: “Bəli”. Fikirləşdim ki, keçən il hansı surəni oxumuşdum, indi isə həmin surənin ardını oxudum: “Göyün və yerin Rəbbinə and olsun ki, həqiqətən, bu, sizin danışdığınız kimi həqiqətdir”. (23). Yəni yerin və göyün Pərvərdigarı ilə danışan zaman bilin ki, bu, yəqinə çatmış bir əməldir. İnanın ki, halal iş ilə ruzinizi verər. Bu sözləri eşidən zaman həmin oğru qəşş etdi və nəfəsi dayandı. Dostlarını çağırdım, ancaq o, artıq dünyadan getmişdi.

İlahi kəlamı eşidən quldur necə hidayət oldu?

Bəli, bu düşünməyin təsiri və nəticəsidir ki, insanı cəhənnəmin yeddinci qatından behiştin səkkizinci qatına çatdırır. Yaziya Gore MEWEDI XANIM Baciya oz derin tewekkurumu bildirirem ..!


Geri dön

PELIN_ATABAY

  • 19 sentyabr 2011 07:06
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
tewekkurler

--------------------

RADUQA

  • 18 sentyabr 2011 22:47
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
Allah bizlerden duwuncelerimizi almasin..ALLAHI SEVEREK DUYARAQ ANLAYARAQ YAWAYAQ..sende cox saqol dostum Allah senede komek olsun bele deyerli movzularla bizi taniw edirsen...cox saqol...TEWEKKURLER...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Su Perisi

  • 18 sentyabr 2011 22:13
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Ruzi duası

Bismillahir Rəhmanir Rəhim

1. Ya raziqəl muqillin. Və ya rəhiməl musakin. Və ya zəl quvvətil mətin. Səlli əla Muhəmmədin və Əhli bəytih.

2. Əllahummərzuqni min fəzlikəl vasiil həlalittəyyibi rizqən vasiən həlalən təyyibən bəlağən lid-dunya vəl axirəh. Səbbən səbbən həniən məria. Min ğəyri kəddin və la mənnin əhədin min xəlqikə illa səətən min fəzlikəl vasi. Fəinnəkə qultə vəs`əlullahə min fəzlih. Fəmin fəzlikə əs`əlu və min ətiyyətikə əs`əlu və min yədikəl mələi əs`əl.


--------------------

lider

  • 18 sentyabr 2011 21:19
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Təşəkkürlər düzdü.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 37
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}