Görmədim, eşitmədim, toxunmadım

 
Görmədim, eşitmədim, toxunmadım

Görmədim,eşitmədim, toxunmadım...
Amma xəyal etdim. Zehinimdə canlandırdım səni. Mənə xəyalpərəst deyənləri buna görə yadırğamıram. Otağımın siqaret tüstüsü üzündən saralmaqda olan divarlarındakı çatlaqlarda tutdum dodaq izlərini bəzən. Və yaxud pəncərəmdən içəriyə utanar kimi süzülən ay işığının əks olunmasında gördüm gözlərini. Və aynaya baxarkən xoşbəxtdim ilk dəfə. bir-birinə qarışmış saqqallarımda sənin saçlarını xəyal etdiyimdəndirmi yoxsa gördüyüm hər şeydə bir parça sən meydana gətirdiyimdəndirmi naməlum...

Amma xəyal etdim. Gitaramın səsində eşitdim səni bəzən kimi zamansa bir piano melodiyasında vardı sənin səsin. Günəş doğulduqdan sonra yataram bilərsən çünki səhər cıvıldayan quşlarda mən sənin səsini eşitdim. Sənin səsinlə yatdım mən həmişə. Sənin səsinlə oyandım çünki anamda sənin səsin vardı.

Görmədim, eşitmədim, toxunmadım

Amma xəyal etdim. Bir pişiyi sevib oxşayarkən sənə toxunardım. Ovuclarımdakı o kiçik sərçədə sənin ürəyin atırdı mənim üçün. Və niyə səndən sonra daha çox siqaret çəkməyə başladım bilirsənmi? Çünki yandırdığım hər siqaretdə sənin dodaqların vardı səni öpürdüm mən hər nəfəsdə.. Siqaretdən çox da fərqli deyil idin. Sən də get-gedə zərər verirdin mənə bəlkə. Amma bu mənim xoşuma gəlirdi sahib olduğum duyğuların hamısında sənin adın vardı...

Və mən özümə səninlə zərər verməyə davam edirəm sən artıq bu vəziyyətdən sıxılmış və imtina etmiş olsan da. Hətta bəlkə də bilmirəm sən artıq olmasan da. Mən hələ çəkdiyim ağrılardan xilas olmaq üçün bir çox həb içib qusuram səhərə qədər. Acı çəkirəm. Sən heç olmadın bəlkə amma mən həmişə xəyal etdim. Sən mənim üçün çox gözəl bir xəyal idin.. Yox olub getsən belə mən səni görməyə, eşitməyə, sənə toxunmağa davam edəcəyəm..
Bəli səni heç görmədim, eşitmədim, və sənə heç toxunmadım...
Amma xəyal etdim...

Görmədim, eşitmədim, toxunmadım

Sən çox gözəl bir xəyal idin.
İndi bir külək üflə saçlarını göndər mənə və as məni səmaya, ay işığı və ulduzların uyğunlaşması gözəldir bu gecə...
İnsan öləcəksə belə bir gecədə ölməli sənin əlindən...


Geri dön

Sirli Melek

  • 20 sentyabr 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
MƏHƏBBƏT MƏHƏBBƏT

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 18 sentyabr 2011 19:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
maraqlidi cox sag ol bacim

ASMIYA

  • 18 sentyabr 2011 19:11
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
GUZEL, MARAQLI HABER TESEKKURLER

--------------------


RADUQA

  • 18 sentyabr 2011 18:45
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR EDIREM MARAQLIDI...MENCE HER KESIN BIR XEYAL DUNYASI VAR....!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

HaYaliM

  • 18 sentyabr 2011 18:44
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Sən çox gözəl bir xəyal idin.
İndi bir külək üflə saçlarını göndər mənə və as məni səmaya, ay işığı və ulduzların uyğunlaşması gözəldir bu gecə...
İnsan öləcəksə belə bir gecədə ölməli sənin əlindən...


ele xeyal olaraq da qal

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevinc13

  • 18 sentyabr 2011 17:40
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
OXUMAQA DEYER HAMINIZA TÖVSİYYE MÜTLEQ OXUYUNNNNNNNN
wink wink wink wink wink wink wink wink wink wink wink wink wink

PELIN_ATABAY

  • 18 sentyabr 2011 17:17
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
okudum cok guzeldi ......tewekkurler

--------------------

ZEHRA

  • 18 sentyabr 2011 17:11
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
maraqla oxudum tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}