Sevgi duyulan hər şey, Allahı xatırlatmaq üçün bir vasitədir

 
Sevgi duyulan hər şey, Allahı xatırlatmaq üçün bir vasitədir

Sevgi duyulan hər şey, Allahı xatırlatmaq üçün bir vasitədir

SEVGİ DUYULAN HƏR ŞEY, ALLAHI XATIRLAMAQ ÜÇÜN BİR VASİTƏDİR

Aləmləri yoxdan var edən Uca Allah, kiçik bir tutuquşunda da insanın çox xoşuna gələcək bir çox xüsusiyyət yaradar. Sanki insan səsi çıxardaraq danışa bilən, mavinin, sarının, yaşılın fərqli tonlarıyla çox estetik bir görünüşə sahib olan və sevilməkdən çox xoşlanan bu kiçik canlılar, Allahın sonsuz kainatda yaratdığı saysız gözəllikdən yalnız bir dənəsidir. Bütün insanlar bu sevimli canlıların görünüşündən zövq alar, ancaq bu görünüşün ardında, Allahın sonsuz elminin olduğunun şüurunda olan bir insanın rəftarı və düşüncəsi digər insanlara görə olduqca fərqlidir. Bu şüurla hərəkət edən bir insan gördüyü bu gözəllik qarşısında Allahı təsbeh edər. Allahın özünə verdiyi sevgi, şəfqət və mərhəmət duyğuları üçün də şükr edər. Buna bənzər bir vəziyyət Quranda belə xəbər verilməkdədir:

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi.(Süleyman dedi: ) “Onları (atları) mənə qaytarın!”Sonra onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Sad Surəsi, 30-33)

Ayələrdən də aydın olduğu kimi bütün sevgilərin qaynağında, Allah sevgisi və Allahı zikr etmə məqsədi olmalıdır. Necə ki, ürəyində dərin bir Allah sevgisi olan bir insanın Allahı zikr etmə barəsindəki istəyi, dayanıqlılığı və davamlılığı üçün qarşılaşdığı hər vəziyyət bir vəsilə olmaqdadır. Bütün iman edənlər üçün gözəl bir yol göstərici olan bu nümunə, bizlərə şahid olduğumuz bütün gözəlliklərə qarşı necə bir rəftar göstərməyimizin lazım olduğunu da göstərməkdədir.

ALLAH EŞQİ, HƏR AN, HƏR DƏQİQƏ YAŞANAN BİR SEVGİDİR ...

Vicdanını istifadə edərək ətrafındakı mükəmməl nizamı idrak edə bilən insanlar üçün bütün kainat, Allaha olan sevgilərini artıracaq vasitələrlə doldur. Bir ayədə belə buyurulmaqdadır:

"Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza verən da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! ... (Casiyə Surəsi, 13)

Ayədə bildirildiyi kimi göylərdə və yerdə olanların hamısının Allahın bir neməti olduğunun unudulmaması lazımdır. Yağış gətirən buludlar, yaşamağa əlverişli tək planet olan Dünya, kəsilməz olaraq bizə fayda verən Günəş, yüzlərlə mineral yerləşdirilərək məhsul almağa əlverişli hala gətirilən torpaqlar və içində milyardlarla canlının yaşadığı dənizlər kimi saymaqla bitməyəcək bir çox nemət ilk baxışda insan həyatı üçün son dərəcə əhəmiyyət daşıyan və açıq gözlə də görülə bilən nemətlərdir...

Allahı eşqlə sevən bir kimsə heç bir zaman Allahın nemətlərini unutmaz. Günəşin hər səhər yenidən doğuşuna bir nemət olaraq görər, hər yağış yağdığında, hər yarpaq düşdüyündə, hər yediyi tikədə, hər nəfəs alışında Allahı xatırlayar. Hər şey ona Allahı xatırladar və heç bir şey ona Allahı unutdura bilməz.

ALLAHI ÜSTÜN SİFƏTLƏRİYLƏ TANIMAQ RƏBBİMİZƏ OLAN SEVGİMİZİ ARTIRAR

Allah Quran ayələriylə insanlara Özünü üstün sifətləriylə tanıtmışdır. Rəbbimizin üstün əxlaqının və bənzərsiz adlarının hər birinin öyrənilməsi, Rəbbimizi tanıyıb Şanını gərəyi kimi təqdir edə bilinməsi və ONA dərin bir sevgiylə bağlanılması üçün əhəmiyyətli bir yoldur. Allah qullarını sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, onlara kömək edən, rəhməti çox geniş olan və qarşılıqsız olaraq lütf edəndir. Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, yaxşılığa qat-qat artıqlamasıyla qarşılıq verən , qoruyan, doğru yola çatdıran, bütün dualara cavab verən, möminlərin gerçək dostu, vəlisi və köməkçisi olan və səmimi qulları üçün sonsuz cənnət nemətlərini yaradandır. İnsanın Uca Allahın bu üstün əxlaqını düşünüb təfəkkür etməsi, həyatının hər anında Allahın sonsuz sevgisini, şəfqətini və rəhmətini görə bilməsi, ONA şükrünün və sevgisinin davamlı olaraq artmasını təmin edər.

Sevgi duyulan hər şey, Allahı xatırlatmaq üçün bir vasitədir


Geri dön

_eslemnur_

  • 19 sentyabr 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
Coox gozel yazidi....Allah razi olsun... Allah ONA olan mehebbetimizi gunu-gunden qelbimizde artirsin, imanimizin ustune iman getirsin inshAllah AMIN...

RADUQA

  • 18 sentyabr 2011 21:18
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
cox saqol dostum...ALLAH HER BENDESININ QELBINDE ALLAH SEVGISINI HER AN VAR ELESIN..TEWEKKURLER...!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Мой Мир

  • 18 sentyabr 2011 20:30
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun bu deyerli xebere gore twk edirem

--------------------
∞♥

Su Perisi

  • 18 sentyabr 2011 20:28
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allahı eşqlə sevən bir kimsə heç bir zaman Allahın nemətlərini unutmaz. Günəşin hər səhər yenidən doğuşuna bir nemət olaraq görər, hər yağış yağdığında, hər yarpaq düşdüyündə, hər yediyi tikədə, hər nəfəs alışında Allahı xatırlayar. Hər şey ona Allahı xatırladar və heç bir şey ona Allahı unutdura bilməz.

--------------------

sevgi yalandir

  • 18 sentyabr 2011 20:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

HaYaliM

  • 18 sentyabr 2011 19:33
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}