Kişilər nədən qorxur?

 
Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

Saqqalı yalnız bəxti gətirməyən kişilər saxlayır

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!

Qıza vurulmaqdan
Bu çox təhlükəlidir. Lakin təhlükəli olduğu qədər də cəlbedicidir. Oğlanların bir-birilə ümumi cəhətləri çoxdur. Bəlkə bu səbəbdən qızlara qarşı zövqləri üst-üstə düşür. Beləliklə, dostunun yeni sevgilisini görən oğlan onun necə də bəxti gətirdiyini yox, ondan heç də geri qalmadığını düşünərək özünün daha maraqlı olduğunu fikirləşir. O, həmin qızla istər-istəməz yaxınlıq edir. Xanım yeni sevgilisi barədə daha çox öyrənmək üçün dostuna çoxlu suallar verir. Və bu söhbətlər onları yaxınlaşdırır və dostluq münasibətləri yavaş-yavaş daha yaxın və isti hisslərə çevrilir.

Dalaşmaqdan
Hər bir kişi dalaşmaqdan çəkinir, çünki nəticə olduqca pis ola bilər. Məlumdur ki, konfliktlərdən uzaq durmaq lazımdır, lakin bu alınmırsa, vurub qaçmaq ən yaxşısıdır. Gecə klublarında kişilərin sözü çəp gələndə dalaşmağa başlayırlar. Sən nə danışırsan? - Bəs sən nə deyirsən? Çox vaxt hər şey onunla bitir ki, mühafizəçilər onları ayırır və klubdan uzaqlaşdırır. Adətən kişilər qadınların yanında özlərini belə aparır. "Görün mən necə güclüyəm" deyərək lovğalanmağı xoşlayırlar.

Yeni sevgilisinin yanında soyunmaqdan
Heç vaxt əminliklə demək olmaz ki, qadın kişini çılpaq vəziyyətdə bəyənəcək. Elə hallar olur ki, qadın məyus ola bilər. Düzdür, o fikirləşə bilər ki, onun bədəni idealdır, lakin qadının, məsələn, göbəyindəki xal xoşuna gəlməyə bilər. Buna görə də kişilər hər reaksiyaya hazır olmalıdırlar.

Qızın valideynləri ilə tanış olmaqdan
Xanım əvvəlcədən valideynlərinə sevgilisi barədə məlumat verir, həm də ən yaxşı məlumatları. Oğlanın da bundan xəbəri var və ona görə özünü inamlı aparır. Amma yenə də ana-atanın çoxsaylı sualları qarşısında aciz qalır. Bu görüşdə bir müsbət cəhət var ki, oğlan gələcək qayınanasına baxıb sevgilisinin 25 ildən sonra necə göründüyünü biləcək. Bu da pis deyil.

Qızı ağlatmaqdan
Göz yaşları qadına bir çox şeyləri əldə etməyə kömək edir. Hansı kişi öz xanımının göz yaşları qarşısında dayana bilər? O bunu bacarırsa, demək daşürəkli olmalıdır. Ağlamaq həm sərfəlidir, həm də faydalı. Birincisi, insan boşalır, yüngülləşir, ikincisi, bəzi qızlar ağladığı zaman daha da gözəl olur. Üçüncüsu, orqanizm təmizlənir. Qadını ağlatmaq çətin iş deyil. Bir səhv cümlə yetər ki, gözlər yaşarsın. Eyni zamanda qızlar ağlayaraq kişiləri hansısa bir hərəkəti etməyə vadar edə bilər. Buna görə onlar xanımı ağlatmaqda çox qorxur.

Özünü güclü göstərməkdən
Kişilər hər zaman özlərini hamıdan güclü hiss etmək istəyir. "Mən çox qüvvəliyəm və sevdiyim qızı hər kəsdən qoruya bilərəm". Kişi qadının mühafizəçisidir. Lakin elə olur ki, kişilər güclülərinə əmin olmurlar. Məsələn, gecə küçədə gedərkən qarşısına bir yox, iki yox, dörd və ya beş dələduz çıxır, onda necə, oğlanın qızı qorumağa gücü çatacaq?

Güclü qadından
Kişilər güclü xarakterə malik xanımlardan çəkinir. Çünki o tip qadınlar kişiləri özlərinə tabe edə bilir. Özünü maço hesab edən kişi güclü qadınlardan qaçmağa çalışacaq, çünki o, əslində, çox zəif və boşdur, bunu isə heç kəs bilməməlidir. Ona görə də belələri ağılsız və özləri kimi boş xanımlarla münasibət qursun ki, öz üstünlüyünü hiss edə bilsin. Güclü və özünə güvənən kişilər isə hər zaman güclü qadının axtarışında olacaq, çünki onların həyata baxışı çox bənzərdir.


Geri dön

Sirli Melek

  • 20 sentyabr 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
Qıza vurulmaqdan
Bu çox təhlükəlidir. Lakin təhlükəli olduğu qədər də cəlbedicidir. Oğlanların bir-birilə ümumi cəhətləri çoxdur. Bəlkə bu səbəbdən qızlara qarşı zövqləri üst-üstə düşür. Beləliklə, dostunun yeni sevgilisini görən oğlan onun necə də bəxti gətirdiyini yox, ondan heç də geri qalmadığını düşünərək özünün daha maraqlı olduğunu fikirləşir. O, həmin qızla istər-istəməz yaxınlıq edir. Xanım yeni sevgilisi barədə daha çox öyrənmək üçün dostuna çoxlu suallar verir. Və bu söhbətlər onları yaxınlaşdırır və dostluq münasibətləri yavaş-yavaş daha yaxın və isti hisslərə çevrilir.
HMM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 19 sentyabr 2011 07:10
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
6- ci ile raziyam

--------------------

lider

  • 18 sentyabr 2011 21:17
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
1-Cİ İLƏ RAZI DEYİLƏM angry

Dj_Tural

  • 18 sentyabr 2011 20:42
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
uz qirxmaq baresinde geden sohbetden razi deyilem...eslin esl muselman kisisinin uzunun tuku 7 metrden bilinmelidir...ve kisinide qadindan ayiran seylerden biride uzundeki tukdu...men ozumde saqqal saxlamagi xoslayiram ve uzunu masqa kimi qirxan oglanlardanda hec xosum gelmir...kisi kisi kimi gorunmelidir...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Мой Мир

  • 18 sentyabr 2011 20:29
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
kisiler sevmekden qorxurlar hamisi qorxaqdilar fellow

--------------------
∞♥

sevgi yalandir

  • 18 sentyabr 2011 20:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
wink wink wink

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 18 sentyabr 2011 20:04
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ne qorxaqdilar bunlar aaaaaaaa lol

Oreiro

  • 18 sentyabr 2011 19:46
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
buuuyyy bunlar konkret qorxaq imish ki ))))

--------------------
Жизнь- это большой супермаркет, бери что хочешь, но не забывай, касса впереди, за всё придётся платить.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 69

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}