“Transformerlər 3”: ayın qaranlıq tərəfi

 
“Transformerlər 3”: ayın qaranlıq tərəfi

Bizim qəhrəmanlarımızın kədərli zamanları başlayıb

Sem Mikaelanı itirir, hökumət avtobotların Yerdən köçürülməsi barədə qərar qəbul edir, Follenin utancverici məğlubiyyətindən sonra Kibertronun başçısı Şokuey bizim planetə heç də xoş olmayan səfərə gəlməyə hazırlaşır. Trilogiyanın son hissəsindəki hadisələr yalnız Yeri deyil, həm də görünməyən tərəfində qaranlıq sirləri saxlayan Ayı da əhatə edəcək.

Hollivudda bütün rejissorlara yer var, amma büdcəyə sığan, ssenarinin çatışmazlıqlarını gözəl şəkildə ört basdır edən, dinamik lentlər çəkən, tamaşaçı təsəvvürünü təəccübləndirən rejissorlara, prodüsserlərə xüsusi sevgiylə yanaşırlar. Bütün yaradıcılığı dövründə Maykl Bey özünü 100 milyon dollar yığan (və adətən axmaq) yay blokbasterlərinin əsas yaradıcısı kimi göstərmişdir. Uğurlu “Bad boys”, “Armageddon”, “Pearl Harbor” və “The Rock”dan sonra gözlənilməz bir şey baş verdi. Beyin iddialı layihəsi - 126 milyonluq büdcəsi olan “Ada” sadəcə 35 milyon qazandıraraq böyük bir məğlubiyyət yaşadı. Bu Beyin nüfuzuna vurulan böyük zərbə idi və o, 100% -lik bir iş tapmalıydı. Bu zaman ona kömək əlini Hollivudun əsas “ağsaqqalı” - Stiven Spilberq uzatdı. O, Maykla əfsanəvi Hasbro oyuncaq silsiləsi “Transformerlər”in ekranlaşdırılmasını təklif etdi. Bu təklifi rədd etmək olmazdı, çünki Hollivudda yazılmamış qanunlardan biri budur ki, Spilberqin təkliflərinə etiraz etmək olmaz. Bununla da, öz şübhəli karyerasında Bey ən yaxşı filmini çəkir və “Dreamworks” və “Paramount” şirkətlərinə 700 milyon dollar qazandırır. Həyat çox gözəldir, tənqidçilər razıdırlar, itirilmiş nüfuz isə bərpa olunub. Lakin burada “Transformerlər 2” çəkilir. Bəs, “Transformerlər”in davamının başına nə gəlir? Klassik Hollivud hadisəsi - prodüserlər dərhal layihənin ardını tələb edirlər, ssenaristlərin isə düşünüb filmi formalaşdırmağa vaxtı qalmayıb. Həm də həmin vaxt ssenaristlərin tətilinə təsadüf edir. Ssenari vaxtında bitirildi (bir həftə yarım öncədən), lakin gözlənildiyi kimi çiy və mənasız. Bu dəfə narazı qalan təkcə tənqidçilər deyil, həm də tamaşaçılar idi. Qazanılan 850 milyon dollar buna göz yummağa, bəlkə də, imkan verərdi, lakin “Transformerlər 2” “Ada” kimi müstəqil bir layihə deyil, onun öz fanat ordusu var və onlarla hesablaşmaq lazımdır. Bey bildirdi ki, bütün səhvləri üçüncü hissədə düzəldəcək. Daha dəqiq desək, axmaq zarafatları dramatik məzmunla və daha aydın dinamika ilə əvəz edəcək, yeni filmin süjetinə daha çox fikir verəcək. İlk növbədə Bey ikinci hissənin ssenari müəllifləri olan Aleks Kurtsman və Robert Orkini qovub, əvəzinə Eren Kryugeri işə götürür. Eləcə də Bey əsas qadın rolunun ifaçısı Meqan Foksu da uzaqlaşdırır. Meqanın müsahibələrindən birində öz despotik rejissura davranışlarına görə Mayklı Hitler adlandırdıqdan sonra bu, gözlənilən bir hal idi. Lakin çoxlarının və özünün də qeyd etdiyi kimi, iş zamanı 15 dəqiqəlik söyüşlərlə dolu nitq Maykl üçün adi bir şeydir. Belə baxanda o qədər də ciddi şey baş verməyib və investorlar 100 milyon dollar pulu hansısa zəif xarakterli birinə etibar edərlərmi? Bu ciddi biznesdir və heç kimə güzəşt etmək olmaz. Lakin Meqan Maykla məhz Hitler deyir, bu isə Hollivudun əsas yəhudisini (Spilberq) narahat edir. Meqanın gedişinə səbəblərdən biri də onun ulduz xəstəliyi oldu. Bu, çəkiliş qrupunun çoxsaylı üzvlərinin meydançada rasional işləməsinə mane olurdu, həm də böyük bir itki deyildi. Çünki Meqan aktrisa kimi sıfırdır, üzündəki çoxsaylı botokslar isə heç nəyi dəyişmir. Bildiyimiz kimi, onun “Transformerlər”dən sonra bir sıra filmlərinin (“Cenniferin bədəni”, “Djona Xeks”) uğursuzluğu da göstərdi ki, tamaşaçı filmə Meqana görə deyil, Maykl Beyin işinə baxmaq üçün gedir. Onun yerinə isə 1000-ə yaxın rəqibini arxada qoyan Britaniya fotomodeli, həm də Djon Stetxemin sevgilisi Rozi Xantinqton Uaytli gəlir. Mayklın fikrincə, o, tamaşaçının gözündə Meqanı keçə biləcək yeganə aktrisadır. Müəyyən mənada Mayklın bu fikri özünü doğrultdu.

Maykl Bey öz reputasiyasına sadiq qalır - Rozinin kadrda olduğu ilk dəqiqələrdən kameranı onun ayaqlarından kənara çəkmədən addımbaaddım izləyir. Bəzən belə bir təəssürat yaranır ki, Bey sadəcə böyük bir reklam çəkir. Rozinin çəkildiyi bütün səhnələri götürün, onları səliqəli montaj edin və onlardan rahat şəkildə reklam şüarlarında, brend markalı ətriyyat və kosmetika reklamlarında istifadə etmək olar. Lakin qeyd edim ki, Rozi öz rolunun öhdəsindən layiqincə gəldi. Şayi Lebafın qəhrəmanı Sem Uituiki daha mərd və qərarlı olmuşdur ki, bu da filmdə müsbət hal idi, çünki tamaşaçı artıq insanlığın xilasedicisinin “böyümə”sini izləməkdən yorulub. Filmin finalında isə o, Brus Uillis və Tom Kruzun qarışığına çevrilir.

Film özü isə kifayət qədər təzadlıdır, belə ki, komediyadan drama keçid qırıq-qırıqdır. Bəli, nə qədər kədərli olsa da, yumor heç yerə getmədi. Lakin o artıq əvvəlki kimi ... axmaq deyildi. Yüngül desək, ilk səhnələrdə Bey öz qorxulu silahı olan zarafatlara çox gözəl aktyorların - Semin valideynləri də daxil olmaqla, Djon Malkoviç, sonradan isə “Sektor 7” şöbə müdiri obrazına qayıdan Djon Torturo və nəhayət, Ken Djonqun ifasında əl atır. Aktyorlar, əlbəttə ki, göz oxşayandırlar və ekranda tam olaraq özlərini göstərirlər, lakin zaman keçdikdən sonra onların hərəkətləri anlaşılmaz qalır. Bu xüsusilə qəribə Bambl Biyə, boks hərəkətləri ilə Malkoviçə və Kena Djonqa aiddir. Belə anlarda düşünürsən ki, “Axı mən Maykl Beyin filmindəyəm. Niyə mənim beynim hələ yanır?”. Sonra bu, aşağı səviyyəli yumor hətta insanı güldürür və kifayət qədər yerindəymiş kimi görsənir.

Filmin ortalarında komediya bütün sürəti ilə sərt və güzəştsiz bir döyüş filminə çevrilir və sona qədər bu sürətlə davam edir. Bununla yanaşı, “Transformerlər 3” daha sərt və acımasızlığı ilə seçilir. İnsanları kütləvi şəkildə məhv edirlər (qeyd edim ki, bu səhnələr Spilberqin “Dünyalar müharibəsi” filmini xatırladır ki, bu da film üçün müsbət hal deyil), robotlardan gah yağ, gah da mexaniki qan tökülür. Sonradan isə klassik dramatik qeydlər insanı bezdirir, onların əvvəlində də üç dəfə Linkin Parkın mahnısı səslənir. Bu çox tez keçir və biz hərbi əməliyyatların tam mərkəzinə düşürük və burada mən, həqiqətən, Beyi tərifləyə bilərəm: “Bütün qoyulan pulları ekranda görürəm”. 40 dəqiqə dayanmadan hərəkət, partlayış. Bax, buna mən, həqiqi yay blokbasteri deyirəm. Döyüş və partlayışlar burada o qədər çoxdur ki, buna görə həm aşağı səviyyəli zarafatlara, həm də NASA-nın inanılmaz missiyası ilə bağlı (ikinci hissədə olduğu qədər mənasız olmasa da) süjetə göz yummaq olar. Bu filmin ancaq son 50 dəqiqəsini ekranlara vermək olardı və bəşəriyyət çox şey itirməzdi. Bey özü kimi qaldı və bütün verdiyi sözlərə baxmayaraq, qarşımızda birinci dərəcəli axmaq bir yay blokbasteri var və bu, komplimentdir


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}