Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib

 
 Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib

Frankfurt avtosalonuna az qalmış Brabus tüninq-emalatxanasının haqqında xəbər verdiyi premyera o zaman nümayiş etdirdiyi tizerə görə ehtimal ediləndən daha effektli olub. Tünerlər dünyada ən sürətli sedan adına iddia edən təkmilləşdirilmiş Mercedes-Benz CLS nümayiş etdiriblər.Layihə təbii ki, özünə məxsusi ad alıb - Rocket 800. Brabus ənənələrinə görə rəqəmlər yeni avtomobilin malik olduğu at gücünü göstərir.

 Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib

Emalatxananın mütəxəssisləri CLS kapotunun altına 12 silindrli ikiqat turbo yerləşdirməyə nail olmuş və yolüstü mühərrikin işçi həcmini 5,5 litrdən 6,3 litrədək artırıblar. Bu zaman qaz xaricetmə sistemi, idarəetmə bloku və xüsusilə kompressor sistemi də daxil olmaqla ətrafda gözə dəyən nə varsa heç nə modrnizə edilməkdən yayına bilməyib.

 Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib

Nəticədə 12 silindrli bədheybət 800 a.g. qazanıb. Transmissiya kimi yeddi pilləli Quickshift avtomatdan istifadə edilib.Sedan indi 100 km/saat sürətlənməni 3,7 saniyəyə həyata keçirə bilir. Rocket 800 yalnız 370 km/saat sürətdə məhdudlaşdırıcıya dirənir və bu artıq ona dünyada ən sürətli sedan olmaq iddiasını irəli sürmək üçün kifayətdir.

 Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib

Xatırladaq ki, hazırda bu ad 372 km/saat göstərici ilə G-Power emalatxanasında yığılmış BMW M5 Hurricane RR modelinə məxsusdur.Rocket 800 əyninə unikal aerodinamik yük, ayağına isə 19 düymlük Monoblock F təkərləri keçirib. Brabusda bu cür neçə Rocket 800 istehsal etmək niyyətində olduqları hələ məlum deyil, lakin bəzi məlumatlara görə hər bir sedanın qiyməti 400 000 avronu keçəcək.

 Brabus dünyada ən sürətli sedan adına iddiaçını nümayiş etdirib


Geri dön

Delya_91

  • 19 sentyabr 2011 14:43
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
melumat ucun sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 32
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 45
Cəmi: 867
 
Limon qoxusu
Xəbərləri: 44
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}