Imam Həsən Əsgəridən (ə) Hədislər

 
Imam Həsən Əsgəridən (ə) Hədislər

1. “Həyatdan yaxşı o şeydir ki, əlindən getdiyi zaman
həyata nifrət edirsən. Ölümdən pis o şeydir ki, başına gəldiyi zaman ölüm arzulayırsan”.

2. “Hər kəs məclisin aşağısında oturmağa sevinsə, Allah
və mələkləri o məclisdən qalxana qədər ona rəhmət göndərərlər”.


3. “Bağışlanmayan günahlardan biri budur ki, (bir insan) deyə ki, kaş
mənə bu günahdan başqa bir günahla əzab verməyələr”. Sonra buyurdu:
“İnsanların içində şirk, qaranlıq işində qara parçanın üzərində olan qarışqadan daha gizlidir”.

4. “Yaxşılarla yaxşıların dostluğu, yaxşılar üçün savabdır.
Pislərin yaxşılarla dostluğu, yaxşılar üçün fəzilətdir. Pislərin yaxşılarla
düşmənliyi, yaxşılar üçün zinətdir. Yaxşıların pislərlə düşmənliyi, pislər üçün rüsvayçılıqdır”.


5. “Yersiz gülüş nadanlıqdandır”.

6. “Bel sındıran bəlalardan biri o qonşudur ki, əgər
yaxşı rəftar görsə, gizlədər, pis rəftar görsə, aşkar edər”.


7. “İbadət yalnız namaz və oruc deyil.
İbadət, həm də Allahın işlərində fikirləşməkdir”.

8. “Qəzəb hər növ şər və pisliyin açarıdır”.

9. “Mömin mömin üçün bərəkət,
kafir üçünsə höccəti tamamlamaqdır”.

10.“Axmaq insanın qəlbi onun ağzında,
lakin hikmətli insanın ağzı qəlbində olar”.


11.“Nadan dost çətinliyə səbəb olar”.

12. “İki xüsusiyyətdən daha yaxşı və daha üstünü
yoxdur: Allaha iman gətirmək və qardaşlarına xeyir yetirmək”.


13.“Mömin üçün o şey pisdir ki, ona bağlı olmağı xar olmasına səbəb olur”.

14. “Hər bir bəlada Allahın bir neməti var”.

15. “Heç kəsə elə hörmət etmə ki, onun üçün ağır olsun”.

16. “Nadana tərbiyə vermək və bir şeyə adət
etmişi adətindən çəkindirmək, möcüzə kimidir”.


17. “Qəmli insanın yanında şadlanmaq, ədəbsizlikdəndir”.

18. ”Günahlar elə bir evdədir ki, o
evin açarı yalan danışmaqdır”.


19.“Sənin ən yaxşı qardaşların o kəslərdir ki,
xətalarına göz yumub, yaxşılıqlarını yada salarlar”.

20.“Nalayiq insanı tərifləyən insan, ittiham olunar”.

21. “Allaha qovuşmaq elə bir səfərdir ki, gecə
ibadət etməkdən başqa bir şeylə əldə olunmaz”.

22. “Ədəbli olmaqda sənə bu qədəri kifayətdir ki,
başqaları üçün bəyənmədiyin şeylərdən özünü çəkindirəsən”.


23. “Səxavətin müəyyən bir həddi var, əgər onu keçsə, israf olar”.

24. “Haqqı tərk edən izzətli şəxs, zəlil,
haqqa əməl edən zəlil isə izzətli olar”.


25. “Təvazökarlıq, yanından keçdiyin hər kəsə salam
vermək və məclisin aşağı hissəsində oturmaqdır”.

26. “Möminin beş nişanəsi var: 1. Əlli bir rükət namaz qılmaq
(17 rükət vacib namaz, 11 rükət gecə namazı, 23 rükət nafilə namazları);
2. Sağ əlində üzüyün olması; 3. Səcdə əsərlərinin alnında olması;
4. Namazda Bismillahı hündürdən demək; 5. Ərbəin ziyarətini oxumaq”.


27.“Günahdan çəkinmək - vərdişi, bağışlamaq - təbiəti
və səbir etmək - xasiyyəti olan şəxsin dostları çox olar”.

28.“Allahla həmsöhbət olan camaatdan uzaq gəzər”.

29. “Təvazökarlıq elə bir nemətdir ki, ona həsəd aparmazlar”.

30. “Camaatın ən rahatsız olanı düşmənçilik bəsləyən insandır”.

31. “Zəmanət olunmuş ruzi səni vacibləri yerinə yetirməkdən saxlamasın”.


Geri dön

Rahim313

  • 19 sentyabr 2011 20:55
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
“İki xüsusiyyətdən daha yaxşı və daha üstünü
yoxdur: Allaha iman gətirmək və qardaşlarına xeyir yetirmək"

Allah imanimizi kamil etsin AMİN! Allah razi olsun

Narka E-ZaDe

  • 19 sentyabr 2011 18:12
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
4. “Yaxşılarla yaxşıların dostluğu, yaxşılar üçün savabdır.
Pislərin yaxşılarla dostluğu, yaxşılar üçün fəzilətdir. Pislərin yaxşılarla
düşmənliyi, yaxşılar üçün zinətdir. Yaxşıların pislərlə düşmənliyi, pislər üçün rüsvayçılıqdır”.

5. “Yersiz gülüş nadanlıqdandır”.

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_GUNAY_

  • 19 sentyabr 2011 13:42
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
4-CU DEHSET XOSUMA GELDI...cunki var hele insannar..kiminse fikrinde men pisem menim de fikrimde kimsepisdi..ama hec birmiz bezen pis oldugmuzu boynumuza almirug

Ay Üzlü

  • 19 sentyabr 2011 13:16
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
“Hər bir bəlada Allahın bir neməti var”.
ALLAH RAZI OLSUN

Zaurcik2011

  • 19 sentyabr 2011 12:41
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Size derin tesekurler.ALLAH razi olsun.5 YERSIZ GULUS NADANLIQDANDIR'.nifret edirem o insanlara ki sesi atib basina yalandan gulurlere.'QEZEB HER NOV SER VE PISLIYIN ACARIDIR' insanlara sebirli almagi dileyirem.14 HER BIR BELADA ALLAHIN BIR NEMETI VARDIR''duzdur qurban olu Allaha ozu bilen meslehetdir.17'QEMLI INSANIN YANINDA SADLANMAQ EDEBSIZLIKDIR'''ay agzina saliq terbiyesiz insanlardidee.sahidi olmusam yasda bir nece qrup gulme kirizine girirler.goresen onlarin ozune nece tesir eder..

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

RADUQA

  • 19 sentyabr 2011 10:53
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOL DOSTUM...COX DEYERLI QIYMETLI SOZLERDI...MINNETDARAM SENE...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

..:MeleK kiz:..

  • 19 sentyabr 2011 10:37
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

Delya_91

  • 19 sentyabr 2011 09:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}

25. “Təvazökarlıq, yanından keçdiyin hər kəsə salam
vermək və məclisin aşağı hissəsində oturmaqdır”
.


--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 92

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}