Sakit ol ürəyim

 
Sakit ol ürəyim

Sakit ol ürəyim,sakit ol...Səs eləmə!Tssss...Yoxsa kimsə eşıdər.Axı hamı bir ağızdan mənə deyir ki sən yoxsan.Bax odur ki sus.Sənə demişdim axı sakit otur yerində və heç kimə görsənmə.Niyə axı sən ona baxdın? Sındırdılar səni? Ona görə də deyirdim ayağının altına baxmaq lazımdır,daha onun bunun sifətinə yox!

Mənə bax görüm,sən niyə bu gündəsən? Bu nə çapıqlardır belə sənin üzündə? Oy...bunun hamısı onun işidir? Əvvəldən niyə demirdin mənə? Deyirdin eşitmirdim? Yox eşidirdim...amma inanmırdım.

Sus,ürəyim,sus...Göz yaşları ilə cavabsız sevginə kömək edə bilməzsən.

Ay axmaq,niyə ona inanırdın axı? Niyə milyonların içindən yenə onu axtarırsan?

Belə adam içinə çıxmağa da utanmırsan? Salamat bir yerin də qalmayıb-hər yerin kə,çapıq...

Belə görkəmlə evdə oturmaq lazımdır,daha çıxıb milləti qorxutmaq yox.

Hə...üzümə bax,sənə axı həqiqətləri məndən başqa kim deyəcək ki? Bağışla...bu qəddarcasınadır.Mən çox qəddaram sənə qarşı.Sən kimə oxşamısan belə saf bilmirəm.


Eh...səninlə çox çətindir.Əsasən də özünü olduğun kimi göstərmək istəməyəndə.Sən ancaq onunla özün kimi idin.Bu rol xoşuna gəldimi? Yox? Onda ay səfeh,söz ver ki bir de heç kimə baxmayacaqsan.

Söz ver ki həmişə mənə qulaq asacaqsan.Bu çapıqlar isə qorxma keçib gedəcək.Bizim dövrümüzdə dərmanlar möcüzələr yaradır.Bax sən bir az yat,heç olmasa yarım il.Heç kimə görsənmə.

Səsini də çıxarma.Hətta onu görəndə belə.Hətta kimsə səni ondan da gözəl,ondan yaxşı sözlərə qərq edəndə də.Görünmə...

Bax onda sən oyananda yenidən həyatsevər və gözəl olacaqsan!

Sus,ürəyim,sus! Bircə şeyi yadında saxla: heç vaxt heç kimə görünmə!

Bu bizim kiçik sirrimiz olacaq: sən varsan! Bunu ancaq ikimiz biləcəyik.

Belə yaxşıdır.Hamı üçün.İlk növbədə sənin üçün.Əgər qırılmağını istəmirsənsə,elə görünmək lazımdır ki,elə bilsinlər sən yoxsan...

Bəzən ürəyimizi qoruya bilmirik-bizi yaşadan,bizlər üçün kimlərisə yaşadan ürəyimizi. Kiminçünsə döyünən bir ürək elə həmin insanlar tərəfindən də qırılır.

Qəlbinizi qıran oldumu heç? Ürəyinizi qorumaq üçün nədən istifadə etdiniz belə anlarda?
Yoxsa buraxdınız onun zamanın ixtiyarına,bütün yaraları sağaltmağa təkcə zaman qadirdir deyə?

Sakit ol ürəyim


Geri dön

..:MeleK kiz:..

  • 17 dekabr 2011 11:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
cox beyendim

H.o.S.t _ FaNaTka

  • 19 sentyabr 2011 20:08
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
THANKSSSSSSSSS

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Ay Üzlü

  • 19 sentyabr 2011 19:24
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
canim wirinim cox sag ol gozel xeber gozel sozlerdi

sevgi yalandir

  • 19 sentyabr 2011 19:23
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Sakit ol ürəyim,sakit ol recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

... Deryam ...

  • 19 sentyabr 2011 19:16
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
HEÇ VAXT HEÇ KİMƏ GÖRÜNMƏ ...........
..............GÖZƏL YAZI ÜÇÜN TŞKLƏR ................

--------------------

Delya_91

  • 19 sentyabr 2011 19:05
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Belə yaxşıdır.Hamı üçün.İlk növbədə sənin üçün.Əgər qırılmağını istəmirsənsə,elə görünmək lazımdır ki,elə bilsinlər sən yoxsan...


Hal-hazirda men bele edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 58

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}