Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

 
Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Kimindən əsər, kimindən üsyan… Kimindən yaxşılıq, kimindən pislik... Kimindən söz, kimindən sükut... Kimindən həyat, kimindən ölüm… Kimindən şükr, kimindən peşmanlıq…

Hal və keçmiş yaşanmışlığın izləriylə doludur…

Əlbəttə ki bu "böyük fotoşəkil" insanlığın halıdır, səviyyəsidir, ağılıdır, ruhudur, yaddaşıdır.

Yaşanmış olan, insanın həm hərəkətidir həm də əsəri.

Bu hərəkət və əsərdən təşəkkül edən "həyat yaddaşı" da çox vaxt təzədir.

Yaxşısıyla pisiylə keçmiş insanın arxasını buraxmaz.

İnsan yaşadıqlarıyla itirər və insan yaşadıqlarıyla qazanar…

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Şübhəsiz hər insanın yaşanmışlıqdan qaynaqlanan bir yaddaşı vardır və orada bir "təcrübə" söz mövzusudur.

Bilirik ki insan həm özünə aiddir, həm də insanlığa…

Yəni, insan həm özündən məsuldur həm də insanlıqdan…

İnsan yığar, çünki insan yaşayarkən, eşidər, hiss edər, danışar, reaksiya verər, təsir edər, təsirlənər…

Yollarımız, mübarizəmiz, əzmimiz, iradəmiz, imtahanlarımız, ikramlarımız fərqlilik göstərsə də getdiyimiz yer eynidir.

İnsan nə olursa olsun, insan nə yaşasa yaşasın, insan necə yaşasa yaşasın, insan harada yaşasa yaşasın, insan təmizlənmək istər.

Tez-tez ürəyindən, ürəyimizdən keçər bu duyğu.

Hər kəs peşmandır həyatda.

Ömürünü hədər edən də peşmandır, özünü bir heç uğruna istehlak edən də peşmandır.

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Şükr edən də peşmandır, səbr edən də… Biləndə peşmandır bilməyən də…

Birincidəkilər, cəhalətin, məlumatsızlığın, nankorluğun, tükənmişliyin, yolda sürüşmüşlüyün, insan qala bilməmənin, hədəfə çata bilməmənin peşmanlığını yaşar.

Bu "mənfi peşmanlıqdır".

İkincidəkilər isə, nemət verəni tapdığı, Onun hüzurunda yaşadığı və yaşadıldığını gördüyü, qorunub gözlənildiyini hiss etdiyi və əsirgənilib bağışlandığını idrak etdiyi halda, şanına yaraşar şükrü sərgiləməkdə acizlik hiss etmə peşmanlığıdır.

Bunlarınkı da "müsbət peşmanlıqdır"

Mənfi peşmanlıq, son peşmanlıqdır ki heç bir fayda verməz, müsbət peşmanlıq isə insanı yüksəldən bir axtarışdır, faydası çoxdur…

Həyat və keçmişin təsirində biz həm bir gələcək həm də bir keçmiş namizədiyik.

İnsan olduğumuz qədər də insanlıqdan yanayıq…

Bu günki "böyük insanlıq mənzərəsi" də bizim əsərimizdir.

Keçmişiylə, gələcəyiylə məsuliyyət bizə aiddir.

Məsul və günahkar insandır… Və hər insan peşmandır…

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Yeri əsla yaramayacağı, boyu dağlara çata bilməyəcəyi halda yer üzündə lovğalanaraq gedən insan peşmandır.

Qürurluluğu təvazökar olmağa seçən insan peşmandır…

Özünü müqtədir zənn edib də ölümlü olduğunu unudaraq özünü şişirdən insan peşmandır…

Ölümdən qorxub da ölümü yox etməyə çalışan insan peşmandır…

Ölümdən nəsihət götürməyən insan peşmandır…

Hər şeyin öhdəsindən gələ bilməyəcəyini tez unudan insan peşmandır…

Çarəsizlik tələsinə düşən, hər vəziyyətdə və hər vaxt bir ümid işığı olduğunu ağılından çıxaran insan peşmandır…

Etdiyi yaxşılığı böyük görüb başa qaxan və yaxşılıqlarını izah edərək onları qiymətsizləşdirən insan peşmandır.

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Yaxşılığı qarşılıq gözləmədən etməyən insan peşmandır…

Yaxşılıq etmə imkanı önünə qədər gəldiyi halda yaxşılığa əli çatmayan insan peşmandır…

İnsanları xor və alçaq görən peşmandır…

Özünə bir pislik edildiyində dərhal cavab verən insan peşmandır.

İnandığı kimi yaşamayan insan peşmandır…

İnsanları özündən uzaqlaşdıran və getdikcə eqoistləşən insan peşmandır…

Hirs və ehtirasın əsiri olan insan peşmandır…

Yalana göz qırpan insan peşmandır…

Ön mühakimələrlə fikri və ruhu bağlanmış insan peşmandır…

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Nəfsindən razı olan insan peşmandır…

Haqq və ədalət duyğusunu itirmiş insan peşmandır…

Günahdan və həyatını israf etməkdən çəkinməyən insan peşmandır…

Ağılına gələni söyləyən, sözü dartmasını bilməyən insan peşmandır…

İnsanlara güvən verməyən insan peşmandır.

Mərhəmət etməyən insan peşmandır…

Özündən yaxşı vəziyyətdə olanlara baxıb kədərlənən insan peşmandır…

Allahdan qorxmayan insan peşmandır...

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

Allahdan haqqıyla qorxmayan insan da peşmandır…

Günah və səhvini bildiyi halda tövbə etməyən insan peşmandır…

Bilən də peşmandır bilməyən də… İnanan da peşmandır inanmayan da…

Yaxşı sizin peşmanlığınız hansı?

Nə qədəri müsbət peşmanlıq, nə qədəri mənfi peşmanlıq.

Quran deyir ki; And olsun zamana ki, insan həqiqətən ziyan içindədir. Ancaq, iman edib də saleh əməllər işləyənlər, bir-birlərinə haqqı tövsiyə edənlər, bir-birlərinə səbri tövsiyə edənlər başqa (onlar ziyanda deyildirlər).

Baxın ki saya bilməyəcəyimiz qədər çox peşmanlıq içindəyik.

Ya sayacaq qədər az olsaydı peşmanlıqlarımız.

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.

İnsanın halları və "böyük insanlıq cədvəli" daha yaxşı olmazdımı.

Peşmanlıqlarımızın əvəzidir; insanlığın narahatlığı və sürüb gedən narahatlığı.

Hər insandan geriyə qalan bir iz vardır bu həyatda.

Hamımızdan geriyə qalan ortaq şeydir peşmanlıq. Bəzi peşmanlıqlar quruluşçudur, bəziləri dağıdıcı.

Edib yıxdıqlarımızla əldə qalan insandır....Üzr və mərhəmət gözləyən insan…

Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.Hər insandan geriyə qalan bir şey vardır bu həyatda.


Geri dön

Ulya

  • 26 sentyabr 2010 15:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
fikirlerinize gore twk

Azeri_Gozeli

  • 25 sentyabr 2010 17:06
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
her kes cox seyen besiman olur heyat bir derstir oxuyursan ki hele bir seyde olanda pesmanciliq yani daha o addimi atmir cunki uje bu hemen anlari kcib uje tesekurler...xebere gore

--------------------

Kisa_Kiss

  • 25 sentyabr 2010 14:49
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Ceyhun,
неа согласно)))люди не судять по себе ееееее

--------------------

Ceyhun

  • 25 sentyabr 2010 14:45
  • Məqalə: 1
  • Şərh: 45
  • Bal:
{awards}
Hər kəs peşmandır həyatda.

--------------------
Yene tekem, yene qefes....

Hemen ki adamam, amma bashqa heves....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}