Xeyirli olanı istəmək

 
  • 25.09.2010, 14:37
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Xeyirli olanı istəmək

Bütün gözəlliklərin qaynağı uca Allahın Camal adının təcəllisidir.
Gözəllər gözəli olan uca Allahın camalının təcəllisi ilə bütün gözəlliklər bədən tapmaqdadır. İnsan gözəlliyə meftun olaraq yaradılmışdır. Daim gözəl şeyləri axtarar və tapdığı zaman da məmnun olar.
İnsan ürəyi, daim gözəli seçər. Hər şey könülə, könül gözələ meftundur. Bir də gözəllik, niyyət və gözəl düşüncələr ilə gözəlliyini artırar.
Zənginlik, mal və mövqe sahibi olmaq da gözəldir. Amma əsl gözəl olan isə, axirət zəngini ola bilməkdədir.
Hər şeydə bir gözəllik vardır. Ürəyi Allahdan gələnə razı olan, şikayətçi olmayan, verilsə məmnun olaraq alan, verilməyincə göz tikməyən, mal sahiblərinə həsəd etməyən, mənfəət üçün zənginlərə yaltaqlıq etməyən, yoxsulluğundan utanmayan və Allaha qarşı vəzifələrini yerinə yetirməkdə səhlənkar davranmayan ədəbli kasıblıq da çox gözəldir.
Xeyirli olanı istəmək
Onlar dünyada kasıb olsa da, axirət zənginidirlər.
Belələrinin ölümləri gözəl, hesabları asan olar və cənnətə zənginlərdən beş yüz il əvvəl girərlər.
Könülləri sevgi dolu olan, hər kəsin xeyirini və yaxşılığını istəyən və hər kəsə xeyir-dua edən insanlara nə xoşbəxt! Onlar Allahın sevimli qullarıdır. Yaxşı niyyət və ixlasları ilə İlahi rəhmətin enməsinə səbəb olarlar. Bunların yanında bir də həm dünyasını, həm də axirətlərini pərişan edən kasıblar vardır.
Bunlar İlahi təqdirə hirlənən, Allaha üsyan edən, günahkar zənginlərə etina edən, dünya üçün dinini satan və mal sevgisi ilə ürəkləri yanıb düymədən kəslərdir. Bu hallardan Allaha sığınmaq lazımdır.
Çünki bunun sonu inkar və əzabdır.
Xeyirli olanı istəmək
Allah insana sonsuz və dünyaya sığmayan mükəmməl duyğular vermişdir. "Vermək istəməsəydi əlbəttə istəmək verməzdi." Allah əlbəttə bu duyğuları təmin edəcək və məmnun edəcək; amma bunlar bu dünyaya sığışmadığı üçün bunların yeri axirətdir.
Bunun üçün dar və çətinlikli dünyada Allahdan xeyirlisi nə isə onu istəməlidir.
Axirətə zərər verəcək olan hər şeydən Allaha sığınmaq və qorunmaq lazımdır ki axirətdəki əbədi xoşbəxtliyi və səadəti qaçırmayaq.
İnsanı səadətə sövq edən və əbədi səadəti nəticə verən hər şey gözəldir. Amma nə var ki bütün gözəlliklərə gedən yollar/göndərər çətinlik və zəhmətlərlə doludur.
Bunun üçün "Zəhmətdə rəhmət vardır" deyilmişdir.
Əməllər nəticələri ilə qiymətləndirilərlər.
Nəticəsni gözəlsə o gözəldir. Nəticəsni fəlakət və çirkin olan bir şeyin başının və ortasının gözəl görünməsinə aldanmamaq lazımdır.
Onsuz da bütün pisliklərə gedən yol yaxşı bir başlanğıcdan keçər. Bunun üçün işin başının çətinlikli və zəhmətli olmasına baxılmadan Allahdan xeyirlisini istəmək lazımdır.
Qullarını ən yaxşı bilən və tanıyan uca Allah əlbəttə sevdiyi və səadətini istədiyi qulunun haqqında xeyirli nə isə onu özünə verəcək.
Lakin insan bunu bilmədiyi və işin nəticəsini görə bilmədiyi üçün başındakı gözəlliyə aldanaraq israrla bunu tələb etməkdə, Allahın özü haqqında dilədiyi xeyiri şərə çevirməkdədir. Buna öz istəyi və israrı ilə səbəb olmaqdadır.
Xeyirli olanı istəmək
Uca Allah bu gerçəyi Qurani Kərimdə "Əgər Allah bütün qullarına bol imkanlar versəydi şübhəsiz onlar azğınlıq və daşqınlıq edərdilər.
Bunun üçün Allah hər şeyi dilədiyi bir ölçüyə görə endirər. O Allah, qullarının halını ən yaxşı bilən və görəndir"1 buyurar. Peyğəmbərimiz (asm) bu səbəbdən ötəri "Az olub çatan mal, çox olub Allahdan saxlayan maldan daha xeyirlidir" buyurmuşlar.
Dünyada istəniləcək və qibtə ediləcək olan mal və mövqe kimi xüsuslar deyil, gerçək mənəvi gözəllik və zənginliklərdir.
Bunlar isə iman, elm, əxlaq və könül zənginliyi kimi xüsuslardır.
Allah qatında ən qiymətli olan xüsuslar da, əbədi səadəti qazandıracaq əməllər də bunlardır.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:18
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 6 noyabr 2010 18:07
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrrrr

Ulya

  • 26 sentyabr 2010 15:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fikirlerinize gore twk

pervin

  • 25 sentyabr 2010 19:00
  • Məqalə: 2
  • Şərh: 6
  • Bal:
{awards}
allah razi olsun

Azeri_Gozeli

  • 25 sentyabr 2010 16:59
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun coox gozel xeberdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}