Məktəb bufetlərində uşaqlar necə qidalanmalıdır?

 
Məktəb bufetlərində uşaqlar necə qidalanmalıdır?


Bakıda məktəblərin bufetlərində uşaqların daha sağlam qidalanması ilə bağlı yeni təklif irəli sürülüb

Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ) məktəb bufetlərində uşaqların qidalanmasının daha yaxşı təşkil olunması ilə bağlı yeni təklif irəli sürür. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, məktəblərin bufetlərinin ərzaqla təmini bu idarənin səlahiyyətinə daxil deyil və onlar bu prosesə müdaxilə etmirlər. Eyni zamanda, bufetlərdə satılan ərzaqların keyfiyyətini də bu idarə müəyyənləşdirmir.

Bununla belə, məktəb bufetlərində şagirdlərin sağlamlığı üçün daha xeyirli olan qidaların satışının təşkili ilə bağlı təklif reallaşa bilər. Əliqızının fikrincə, məktəblərdə uşaqlara isti yemək, çay, süd, ağartı vermək olar. Amma bu məsələnin dövlət tərəfindən maliyyələşdirilməsi mümkün olmadığı üçün valideyn-müəllim assosiasiyaları (VMA) olan məktəblərdə bu yenilik həyata keçirilə, uşaqlara daha sağlam qidalar verilə bilər.

Əliqızının sözlərinə görə, bunun üçün ilk növbədə valideynlər bu işin şəffaflığına əmin olmalı və buna öz razılıqlarını bildirməlidirlər. Bu halda işin təşkili üçün VMA-ların hesablarında toplanan vəsaitlərdən istifadə etmək olar.

"İbtidai sinif şagirdləri dərsdən sonra məktəbdə qalaraq müəllimləri ilə dərs tapşırıqlarını yerinə yetirirlər. Təbii ki, uşaqlar məktəbə gələndə səhər yeməyini ya ümumiyyətlə, ya da normal yemirlər. Məktəblərdə isə onlara isti yeməklər verilmir, uşaqlar "fast-food"la qidalanırlar. Bütün bunlar uşaqların sağlam qida qəbul etməməsinə gətirib çıxarır. Bu da sonda onların sağlamlığına mənfi təsir göstərir", - sektor müdiri qeyd edib.

İdarə rəsmisi artıq MDB, o cümlədən Avropa ölkələrinin bir çox məktəblərində uşaqların qidalanmasının çox ciddi problemə çevrildiyini bildirib.

"Artıq dünyanın nəhəng ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi prosesi baş verir. Bunların da özəyində uşaqların düzgün qidalanmaması, "fast-food"dan, qazlı içkilərdən çox istifadə etmə dayanır. Bu günlərdə Türkiyənin müəssisələrində (bütün, yoxsa bəzi?) artıq qazlı içkilərdən istifadə qadağan edilib", - Əliqizi deyib.

O hesab edir ki, bu məsələ Azərbaycanın daxilində də sosial tələb kimi gündəmə gəlməli, valideynlər özləri bu məsələdən narahat olduqlarını bildirməli və məktəblərdə uşaqlarının qidalanmasının yaxşı təşkili məsələsini qaldırmalıdırlar. Amma hələ ki, Azərbaycanda bu tələb hiss edilmir.

Əliqızının sözlərinə görə, real tələb hiss etmədiklərindən, hələlik bu təşəbbüslə bağlı heç bir məktəbə təklif və ya tövsiyə də verməyiblər.

Valideynlər övladlarının məktəblərdə qidalanmasının yaxşı təşkil olunması məsələsini qaldırsalar, BŞTİ bu istiqamətdə müəyyən iş görməyə hazırdır


Geri dön

Miracle..

  • 20 sentyabr 2011 00:57
  • Məqalə: 0
  • Şərh: 204
  • Bal:
thanksss winked

--------------------
_Contra spem spero_

Zaurcik2011

  • 19 sentyabr 2011 21:40
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
Yaxsisi budur usaqlariniza evden haziliq gorun.1000 cur xestelikler var.xebere gore tesekur.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Stephanie

  • 19 sentyabr 2011 21:06
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
Bizim bufet qewengdi orada qambrger veirler

H.o.S.t _ FaNaTka

  • 19 sentyabr 2011 19:52
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
biz alıb sinifdə qidalanırıq bufetdə yemək olmur.

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Deniz

  • 19 sentyabr 2011 19:45
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Men bufetde 9ayda 2 defe oturaram ancaq.....adeten bufetden alib, sinifde dinner edirik. Fast food olsun yoxsa qabla yemek satmayacaqlar ki.....twk

sevgi yalandir

  • 19 sentyabr 2011 19:20
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
xebere gore cox sag olun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

BlacK_EyeD

  • 19 sentyabr 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
thanks winked

Delya_91

  • 19 sentyabr 2011 18:56
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
mence bufetler 0 seviyyededi

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Musique Sage

  • 19 sentyabr 2011 18:09
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
elbetteki yox

Мой Мир

  • 19 sentyabr 2011 17:49
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
bu yaxsidi yene bizde bele sey yoxdu wink

--------------------
∞♥

Caspi

  • 19 sentyabr 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 177
  • Bal:
{awards}
amanda_o twk

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}