IAA 2011: Kia gələcəyini təqdim edib

 
IAA 2011: Kia gələcəyini təqdim edib

Koreyalılar Kia baş dizayneri Piter Şrayerə də futbol məşqçisi Qus Hiddinkə verdikləri imtiyazlardan verməlidirlər. Yalnız ona görə ki, Qus Cənubi Koreya yığma komandası ilə birgə 2002-ci il dünya çempionatında dördüncü yeri tuta bilmişdi, bu ölkənin hökuməti ona vətəndaşlıqla təmin etmiş, Çecudo adasında villa bağışlamış, Koreyanın bütün şəhərlərində taksidən pulsuz istifadə etmək və hətta bütün ömrü boyu Koreya aviaşirkətlərinin təyyarələrində pul ödəmədən uçmaq hüququ vermişdi.Piter futbolda heç nə udmasa da Koreya üçün o da az iş görməyib. Onun müəllifi olduğu üslub Kia şirkətinə irəliyə nəhəng addım atmasına imkan verib. Şrayer sayəsində Koreya avtomobilləri öz simalarını qazanıblar! Həm də çox yaraşıqlı sima. İntriqalı GT adlı yeni iri sedan isə Piter Şrayerin və Kia -nın gələcəkdə hansı istiqamətdə irəliləyəcəyini bizə nümayiş etdirir.Ümumiyyətlə Kia GT modelində maraq doğuran təkcə onun xarici görkəmi deyil. Belə ki, qarşımızdakı arxa ötürməli sedan şirkətdə başqa cür deyil, məhz idman avtomobili kimi təqdim edilir (bunu onun adından da görmək mümkündür). Bundan başqa Kia GT Koreya şirkətinin yaxın iki ildə işıq üzü görəcək bütöv bir konseptlər sırasının ilk modelidir. Kia bu müddət ərzində yeni bazarlara daxil olmaq və öz model sırasını genişləndirmək istəyir.GT -nin yeni ... Kia markasının satışda üç-dörd il sonra peyda olacaq dördqapılı kupesinin prototipi olacağı da istisna edilmir. Bu avtomobil təkcə idman xarakterinə deyil, həm də xeyli geniş salona da sahib olacaq. Onun qiyməti isə Volkswagen Passat CC modelindən ucuz olacaq və belədə Audi A5 Sportback modeli ilə qiymət müqayisəsindən heç danışmağa dəyməz.Yeri gəlmişkən, konseptual Kia Gt kapotu altında heç də az olmayan 395 a.g. və 534 Nm hasil edən 3,3 litrlik V6 turbo mühərrik durur. İdman sedanı üçün tamamilə kifayət edir. Mühərriklə birgə burada səkkiz pilləli avtomat ötürücü qutu da quraşdırılıb. Hər şeydən göründüyü kimi gələcəkdə bir çox iri Kia -larda belə transmissiya yer alacaq.


Geri dön

H.o.S.t _ FaNaTka

  • 19 sentyabr 2011 20:48
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
XEBERE GÖRE MİNNƏTDARAM

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

sevgi yalandir

  • 19 sentyabr 2011 19:22
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
xebere gore cox sag olun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 19 sentyabr 2011 19:13
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
eziyete gore sag olun

Delya_91

  • 19 sentyabr 2011 19:02
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
vauuu hayran oldum yani

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}