Fanatlar tərəfindən ölümlə hədələnən Hilari Enn Liza Daff

 
Fanatlar tərəfindən ölümlə hədələnən Hilari Enn Liza Daff

O, dünya tamaşaçısının gözü önündə böyüyüb. Paparatsilərin maraqlı hədəfi olan Hilari Daff bu gün 10 milyon dollar qanorarı ilə öyünür. Hollivud gənclərinin layiqli təmsilçisi olan 22 yaşlı aktrisa-müğənni bu günə kimi 46 filmdə çəkilib.

Ailə dağıdan arzular

28 sentyabr, 1987-ci il... Hyuston şəhəri, Texas ştatı... Evdar qadın Syuzan və «Bob» mağazalar şəbəkəsinin sahibi Erhardın sadə ailəsində daha bir qız uşağı dünyaya göz açdı. Körpənin adını bacısı Heyliyə uyğunlaşdıraraq, Hilari qoydular. Mehriban və nümunəvi ailədə böyüyən qızların həyatında bircə amil çatışmırdı – ata sevgisi. Başı pul qazanmağa qarışan və iş üzündən qızlarına vaxt ayıra bilməyən Erhard onların necə böyüdüyünün heç fərqinə belə varmırdı. Onların tərbiyəsi ilə Syuzan məşğul olurdu. Ana qızlarının incəsənətə meyilli olduğunu ərinə bildirmişdi. Lakin o, fikri dəstəkləmədi. Məktəbin birinci sinfinə gedən 6 yaşlı Hilari üçün bayram ərəfəsi səhnəyə ilk addım oldu. O, «Şelkunçik» baletini oynadıqdan sonra aktrisa olacağına qərar verdi. Ana Syuzan övladlarının istəyinə qarşı çıxan Erhardı dinləməyib, qızlarını da götürüb, Kaliforniyaya köçdü. Bir müddət ayrı qalan valideynlər sonda boşanıb, əlaqələri tamamilə kəsdilər.

Ata xeyir-duasından başlayan həyat

11 yaşındankütləvi səhnələrdə çəkilən Hilari nəhayət, ilk rolunu oynadı. «Kasper və Vendi» filmində baş rolu - cadugəri ifa edən Hilari bu filmlə populyarlıq qazana bilmədi. Syuzan bilirdi ki, populyarlıq bu yaşdakı qız üçün hələ çox tezdir. Lakin Hilari təslim olmurdu. O, özünü bu sənətdə sübut etməyə çalışır və bilirdi ki, atası Erhard onun karyerasını izləyir. Bu qəzəb Hilariyə «Young artist Award» yarışmasında «Ruhları toplayan» filminin «İkinci planın ən yaxşı aktrisası» nominasiyasını qazandırdı. Bu, onun ilk uğuru olsa da, Hilari bir müddət sonra aktrisalıqı atmağı qərarına gəldi. «Mən bu sənətə atamın xeyir-duası olmadan gəlmişəm. Ona görə də uğur qazana bilmirəm» deyə, Hilari düşünürdü. Amma gözləmədiyi bir vaxt Erhard Hilariyə zəng vurub, onunla fəxr etdiyini və sonadək ona dəstək olacağını dedi. Bu hadisə qıza ruh yüksəkliyi verdi. Hilari yenidən böyük ekranda idi. Elə məhz bu xeyir-duadan sonra «Daddio» filmi ekranlaşdırıldı və Hilari Daffı dünya səviyyəsində məşhur aktrisaya çevirdi.

Gənc sənətçiləri kölgədə qoyan şöhrət

Hilarinin həyatı 13 yaşından sonra dəyişməyə başladı. «Lizzi Maquayr» adlı ailə komediyasının 65 bölümündə rol alan Hilari bu filmin həvəsinə ilk bəstəsini – saundtrek - yazdı. Bacısı Heyli də ona qoşuldu və bacılar duet yazdırdı. Beləcə, Hilari 16 yaşında «Metomorfoz» adlı ilk albomunu buraxdı. Mahnılar Amerika hit-paradlarının zirvəsində yer aldı, albom isə «Ən uğurlu CD» adına layiq görüldü. Hilari özünə heç kimi rəqib görmürdü. O, gənc müğənni, uğurlu aktrisa kimi etiraf edir ki, «Bir il ərzində bu qədər nailiyyəti heç Britni Spirs və Kristina Aqilera belə qazanmayıb».

Karyeranı məhv edən sevgi depressiyası

Müğənni Aaron Karter Hilarinin ilk məhəbbəti olub. Gənclər bir-birini böyük məhəbbətlə sevir, çılğın həyat yaşayır, mahnılar bəstələyirdilər. Lakin 2 ildən sonra hamı Hilarini tək görməyə başladı. Onların sevgisinə son qoyulmuşdu. Sən demə, aktrisa Lindsi Lohan Karteri Hilarinin əlindən almışdı. Xəyanətə uğramış Hilari dərin depressiya yaşayırdı. Təbii ki, bu da onun karyerasından yan keçə bilməzdi. Romantik rolda oynadığı «Zoluşkanın həyatı» və «Yüksəkdən oxu» filmləri Hilarini həyatan daha da küsdürmüşdü. Bu da özünü onun növbəti «Hilari Daff» albomunda özünü göstərdi. Albom uğursuz alındı. Yenidən böyük səhnəyə qayıtmaq üçün Hilarinin sevgiyə, nəvazişə və diqqətə ehtiyacı vardı. Karyeradan uzaqlaşıb, sadəcə, evdə oturmaq Hilariyə özünü toplamağa yardım etdi. Bir müddət sonra o, yenidən aşiq oldu. «Good Charlotte» qrupunun solisti Joel Medden çılğın qızı özünün qeyri-adi musiqi tərzi ilə yenidən həyata qaytardı. Çoxdandır Hilarini kiminləsə cüt görməyən paparatsilər artıq onun gizli şəkillərini mətbuata yayırdı. Ona görə də ana Syuzan efir vasitəsilə qızının musiqiçi Joel ilə birgə olduğunu rəsmi olaraq, bəyan etdi.

Manyak fanat

2006-cı il... Hilari artıq böyüyüb, əsl divaya çevrilib. Onun geyim tərzi və dünyaya baxışları tamamilə dəyişib. Elə ona görə də Hilari musiqiçi Medden ilə münasibətini çox sürdürə bilməyib, sevgisinə son qoydu. Amma bu hadisə həmin ərəfədə onun başına gələn yeganə fakt deyildi. Hilari fanatları tərəfindən izlənilir, hətta təhdid olunurdu. «Sevilmək gözəldir. Amma izləndiyini bilmək, bu, dəhşətdir» deyib, Hilari qorxu içində yaşayırdı. Həmin il Hilarini Maksim Mayakovskiy adlı fanatı onu daim izləyib, münasibət qurmaq üçün qızdan əl çəkmirdi. Kumirindən rədd cavabı alan fanat Hilarini ölümlə hədələdi. «Ya mənim olacaqsan, ya da heç kimin» sözləri Hilarini məhkəmələri gəzməyə vadar etdi. Xoşbəxtlikdən fanat 117 günlük həbs, 5 il şərti cəzaya məhkum olundu.

Şoppinqoman Hilari

O, həyatında nələrin dəyişəcəyinə artıq özü qərar verir. «Qızım artıq böyüyüb, onun mənim məsləhətlərimə ehtiyacı yoxdur» deyə, anası təəccüblənir. Əvvəllər disko-klublarda səhərə kimi əylənən Hilari indi ancaq studiyalarda mahnılar yazdırmaq və film ssenariləri oxumaqla məşğuldur. «Mənim pulum çoxdur. Onları yalnız sənətimə və şoppinqə xərcləməkdən zövq alıram. Mən 72 saatdan artıq şoppinqsiz qalan insanları anlamıram» deyən Hilarinin qarderobunda 50 –dən çox çantanı toz basır. Hörümçəklərdən dəlicəsinə qorxan aktrisa hazırda heyvanların müdafiəsinə qalxıb, xüsusi tədbirlərdə iştirak edir, eyni zamanda rəqs və qış idman növləri ilə məşğuldur. «Mən bir əlimdə 3 qarpız tuta bilən insanlardanam. Mənim həm kinokaryeram, həm musiqi sənətim, həm də məni dəlicəsinə sevən, çılğın sevgilim var» deyən aktrisa hazırda «New York İslanders» komandasının hokkey ustası, 28 yaşlı Mayk Komri ilə roman yaşayır. Hilari Mayk Aydaxoy hava limanında, keçmiş dostlarını ziyarət etməyə gedəndə tanış olub. Sevgililər bütün günü bir yerdədirlər. Maykla hətta aktrisanın müsahibələrində iştirak edir, gərgin iş günündən sonra aktrisanı istədiyi yerə aparıb, gəzdirir. «Eks - sevgilərim mənim həyatımda dərin iz buraxıblar. Onların üzündən karyeramda «kələ-kötürlük» yaşadım. Keçmiş sevgilərlə dost münasibətində qalmağı düşünə bilmirəm» deyən Hilari keçmiş sevgilisindən ona verilən ən bahalı hədiyyəni - «Mercedes - Benz» markalı maşını hələ də saxlayır. Hazırda özünü dünyanın ən xoşbəxt qadını adlandıran aktrisa 30 yaşında ərə getməyi planlaşdırır.


Geri dön

sevgi yalandir

  • 1 oktyabr 2011 16:37
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi yalandir

  • 27 sentyabr 2011 20:42
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
smile winked smile

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MiLeyla

  • 26 sentyabr 2011 10:49
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
menimcun coxda guclu yox normal seviyeli aktrisadi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

ZAC EFRON

  • 19 sentyabr 2011 21:46
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
buyurun:::::[b][/b]

Stephanie

  • 19 sentyabr 2011 21:02
  • Məqalə: 0
  • Şərh: 343
  • Bal:
{awards}
Qeseng qizdir

Мой Мир

  • 19 sentyabr 2011 20:56
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
aaaaaaaaaaaaa belay allah sizi guldursun ne deyim wink

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}