Qısqanclığın 10 əsas səbəbi

 
Qısqanclığın 10 əsas səbəbi

Kişilər şüurlu qadın qısqanclığını təbii və hətta xoş qəbul edirlər. Kişiyə qarşı qısqanclıq qadının ona münasibətinin ciddi olmasından xəbər verir. Ancaq bəzən qadın qısqanclığı sərhədi aşır, sevgilisini itirməkdən qorxan xanım cüzi şeylərə anormal reaksiya verir, dəlillərə fikir vermədən qeyri-sağlam qısqanclığın əlamətlərini nümayiş etdirir.

1. O, kişini izləyir
Qısqanc qadın müntəzəm olaraq kişini izləyir, onu telefon zəngləri ilə bezdirir, hesab kitabçasını və ciblərini yoxlayır, hətta internet axtarış sisteminin tarixinə belə baxır.

2. O, hər həftə yoldaşını xəyanətdə təqsirləndirir
Xəstə qısqanclıq qurbanı olanlar hər həftə öz sədaqətini sübut etməyə çalışırlar. Hədsiz dərəcədə qısqanc qadın heç kimin məsləhətinə qulaq asmır, keçmiş şübhələrə görə üzr istəyib yenisinə başlayır.

3. O, yoldaşının subay kişilərlə dost olmasını istəmir
Hər tanış kişi, onun hakimyyətinin potensial təhlükəsi olmağa başlayır. Subay dostlar - ikiqat təhlükədir. Xanımların fikrincə, o cür dostlar kişini gözəl tənha qadınlar olan kampaniyaya qata bilər. Bundan əlavə, o düşünür ki, kişinin heç dostu olmasa, daha yaxşıdır.

4. O, insanlar arasında dava salır
Qısqanclıq səhnəsi məkan, vaxt və ya mühitdən asılı deyil, “xəstə” qadın hər yerdə dava sala bilər. Qısqanc xanım ifadələrindən və səs tonundan utanmayaraq ailə, dostlar və cəmiyyət qarşısında kişini pərt edə bilər.

5. O, yoldaşını iş yoldaşı ilə xəyanətdə günahlandırır
Ola bilər bir gün o, “çox işim var idi” bəhanəsi ilə “təsadüfən” onun ofisində peyda olacaq. Hədsiz qısqanc qadın sevgilisinin iş yerində katibə, ya başqa bir cazibədar assistentin çalışmasına dözə bilməz, əks halda kişini əsl katorqa gözləyir

6. O, “təsadüfən” yoldaşının olduğu restorana gəlir
Ola bilsin qadın həmin restorana təsadüfən gəldiyini bildirəcək, lakin əminliklə demək olar ki, bu, əvvəlcədən planlaşdırılıb. Gözlənilmədən peyda olmağın arxasınca, “madam, ikimiz də burdayıq" deyərək gecəni birlikdə keçirmək və ya evə getmək təklifi gələ bilər.

7. O, sevgilisinin dostlarını sorğu-suala tutur
Həddindən artıq qısqanc qadının, yəqin ki, xüsusi “şpionlar” dəstəsi var, amma bununla belə, o, kişi qanunlarını tapdalayaraq onun dostlarını sorğu-suala çəkir.

8. Hətta yaxşı münasibət də onun kefini pozur
Qadınla keçirilən hər dəqiqə - başqası ilə eşqbazlıq etmək üçün əldən çıxmış imkan deməkdir. Bu üzdən o çalışacaq ki, kişini nəzarətdə saxlasın. Qadını ən məsum əməllər belə qıcıqlandırır - məsələn, axşamı evdə onunla keçirmək əvəzinə, kişi anasına və ya qohumlarına baş çəkməyə gedir.

9. O, sevgilisini dostları ilə heç yana buraxmır
Qeyri-normal qısqanclıqdan əziyyət çəkən qadın sevgilisinin dostları ilə birlikdə əylənməsinə imkan vermir, böyük ehtimal ki, barda olan cəlbedici gözəlçələrə biganə qala bilməyəcək. Beləliklə, evə qayıdan qısqanclıq xəstəliyinin qurbanı "döyüş meydanı" ilə üzləşəcək: o, hər şeyi nöqtəsinə kimi danışmalıdır: Harada? Necə? Kiminlə?

10. Kişi başqa qadınlara baxanda o qəzəblənir
O, kişini nəinki başqa qadınlara baxanda, hətta onun yanından ötüb keçən gözəl xanımlara da qısqanır. Həddindən artıq qısqanc qadın sevgilisinin xarici görünüşündən asılı olmayaraq bütün xanımlarla əlaqəsini məhdudlaşdırmağa çalışır.


Geri dön

Sirli Melek

  • 20 sentyabr 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
ÇOOOOX QISQANC BİRİYƏM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

RADUQA

  • 20 sentyabr 2011 08:42
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
tewekkur edirem cox maraqlidi mene...
MENCE HER KESIN QELBINDE QISQANCLIQ VAR....HER WEYIN HEDDI VAR ..NE OLUR OLSUN ARTIQLIQ EDENDE NETICESI HEC YAXWI OLMUR...HEMDE MENE ELE GELIR ESIL KIWI QADIN NE QEDER QISQANC OLSADA QADINA ESAS VERMEZ KI QADIN ONA QARWI O HEREKETLERI ETSIN...BIRDEKI KIM OLUR OLSUN ;OLMAZ "OLAN NE VARSA HEMIWE HAMIDA DAHA COX HEVES YARADIR...
COX SAQOLUN BIR DAHA..KIWILERINDE QISQANCLIQINDAN YAZSANIZ YAXWI OLAR....TEWEKKURLER...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_GUNAY_

  • 20 sentyabr 2011 02:18
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
shexsen bir qadin kimi,men bu cur xanimlara meslehet gorurem ki.eger erivuuzun ancag suze qarsi diggeddi olmagni isdiyirsuzse onda ozuvu hemse maragda saxlamagi bacarmalisuz.....eks halda o suzde tapa bilmediyni basqalarinda axdarar

Miracle..

  • 20 sentyabr 2011 00:51
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
{awards}
Cox qisqanc insanam 10cu tam menlik bawqa qadinlara baxmasi unsiyet saxlamasi hettda bu qohumu olsa bele bu meni qezeblendirir dava saliram gunde qiriwirig ama bu sevginin tadi tuzu beeeeeeeeeeeee sevdiyim insan yalniz mene aid olmalidir tewekkurler

--------------------
_Contra spem spero_

aliye

  • 19 sentyabr 2011 23:49
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
Bu lap Aramizda qalsin kinosundaki Efsanenin Aslani qisqanmagina oxşadi wink

sWeeT

  • 19 sentyabr 2011 23:11
  • Məqalə: 5
  • Şərh: 74
  • Bal:
{awards}
hmm qisqancliq duzu yerinde edirler ne edirlerse qizlar oglanlara .. od olmayan yerden tustu cixmaz sebebsiz hec ne olmur

Deniz

  • 19 sentyabr 2011 22:53
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Qisqancliqdan bezmisem desem??? men ozum de hedsiz derecede qisqancam amma burda yazilan kimi qisqancliq qisqancliq yox, xestelikdi. Yeqin ki gunumuzde bele xestelere rastlamaq olur

maiw mm

  • 19 sentyabr 2011 22:32
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
na olur olsun manim qeder qisqanc insan yoxdu

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

E_M_O

  • 19 sentyabr 2011 21:56
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
men qisqancam sevgiliminde qisqanc olmasini isterdim ama bu qederde yox

Ay Üzlü

  • 19 sentyabr 2011 21:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
HER BOW WEYLERE QISQACLIGIN YERI YOXDU MENCE
TEWEKKURLER XEBER UCUN

aga482

  • 19 sentyabr 2011 21:42
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
ne bilim bundada cox abartirlare da fellow

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Zaurcik2011

  • 19 sentyabr 2011 21:29
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Esas odurki kisi etibarini itirmesin,itdise neyinki qisqancliq her sey ola biler.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Iriska

  • 19 sentyabr 2011 21:07
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Maraqli xeberdi ama bu qisqancliq deyil axi........Inamsizliqdi.....mende cox qisqancam ama men bele etmezdim meselen ne ederdim....Ise gederken cox etir istifade etmesine izin vermezdim....eve gelerkende baxardim gorum eyni etir gelir yoxsa qarisiq.....adice xalasi qizina qohumuna bele qisqanaram ama yuxarida yazilanlari etmerem love

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 535
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}