Sən demə təzədən sevmək olarmış

 
Sən demə təzədən sevmək olarmış

Sən demə təzədən sevmək olarmış

Sən dəmə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə təzədən sevmək olarmış

Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsılən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axsam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?!

Sən demə təzədən sevmək olarmış

Sən demə, təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qivasan,
Ö səndən qaça…

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

Sən demə təzədən sevmək olarmış

İlk sevgi yuvadan düşən quşçuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir defə sevilir insan,
Sən demə, hər dəfə sevmək olarmış…

Sən demə təzədən sevmək olarmış

Nüsrət Kəsəmənli


Geri dön

Repery

  • 20 sentyabr 2011 16:47
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Xebere Gore Twk edrem.... love

--------------------

RADUQA

  • 20 sentyabr 2011 13:35
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Tewekkur edirem...cox gozel werdi...ALLAH GOZEL WAIRIMIZ NUSRET KESEMENLIYE QENI QENI REHMET ELESIN...WERLERINI COX SEVDIYIM WAIRLERIMIZDENDI..MINNETDARAM SIZE BU GOZEL WER UCUN..!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Ay Üzlü

  • 20 sentyabr 2011 13:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsılən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
tewekkurler

Zaurcik2011

  • 20 sentyabr 2011 11:13
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ELA.TESEKKUR.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

aid_fanatka

  • 20 sentyabr 2011 10:35
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
nusret kesemenlinin seirlerinin vurgunuyam olurem onun seirleri ucun superdi tesekkurleeeer

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Delya_91

  • 20 sentyabr 2011 10:22
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
love

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Sirli Melek

  • 20 sentyabr 2011 10:21
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Sən dəmə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş. winked

N.KƏSƏMƏNLİ GÖZƏL ŞAİRDİR. ALLAH ONA RƏHMƏT ELƏSİN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 20 sentyabr 2011 10:08
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler cok guzel siyirdi minetaram

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 54
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}