Ümumi Rəhmət

 
Ümumi Rəhmət


Ümumi Rəhmət

Ümumi Rəhmət
Bağışlama prinsipi istisnai bir hadisə deyil, varlıq aləmində rəhmətin qəzəbə qalib gəlməsindən yaranan ümumi bir formuldur.
Buradan ilahi bağışlamanın ümumi olması və onun bütün varlıqları, onların hər birinin öz qabiliyyəti çərçivəsində əhatə etməsi mə’lum olur. Bu prinsip əzabdan xoşbəxtlik və qurtuluşa nail olanların hamısına aiddir.
Buna görə də Qur’ani-kərim belə buyurur:
«O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir...» (Ən’am-16)
Yə’ni əgər rəhmət olmasa, heç kəsdən əzab götürülməz.

Əziz İslam Peyğəmbəri (s) mübarək ömrünün son günlərində müsəlmanlar üçün oxuduğu xütbədə bu məsələni xatırladıb ki, qurtuluş və səadətə çatmaq üçün iki mühüm amil vardır. Onlardan biri əməl, digəri isə rəhmətdir.

Həmin xütbənin bir hissəsi belədir:
«Ey camaat! Allahın Heç kəslə qohumluq əlaqəsi yoxdur və həmçinin əməldən başqa, mənfəəti cəlb edərək ziyanı uzaqlaşdıracaq heç bir əlaqə də mövcud deyildir. Diqqətli olun! Heç kəs bihudə iddialar etməsin və və heç kəs xam xəyalla yaşamasın. Məni haqq olaraq göndərən Allaha and olsun ki, Allahın rəhməti ilə birgə olan əməldən başqa heç bir şey insanın nicat tapmasına səbəb olmur. Əgər mən özüm də günah etsəydim, süqut edərdim.»

O həzrət sonra belə buyurub: «İlahi, mən çatdırdım?»
Əziz İslam Peyğəmbəri (s), digər peyğəmbərlər və imamların bağışlanma istəmələrinin sirri də ilahi rəhmətin ümumi olmasıdır.
Daha doğrusu belə demək olar ki, kim Allaha daha yaxındırsa, bu əsasdan daha çox bəhrələnir. Ümumiyyətlə, kim daha yaxındırsa Allahın gözəl adından və Onun kamillik sifətlərindən başqalarına nisbətdə daha çox istifadə edir.

Əziz İslam Peyğəmbəri (s) belə buyurub:
«Qəlbimdə küdurət nişanələri görünür və mən Allahdan gündə yetmiş dəfə bağışlanmaq istəyirəm.»

Ümumi Rəhmət


Geri dön

Delya_91

  • 20 sentyabr 2011 10:25
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
«Qəlbimdə küdurət nişanələri görünür və mən Allahdan gündə yetmiş dəfə bağışlanmaq istəyirəm.»
recourse

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Inciciceyi

  • 20 sentyabr 2011 09:33
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun. twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Zaurcik2011

  • 20 sentyabr 2011 01:24
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

MuCaHiD_313

  • 20 sentyabr 2011 01:15
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Ər-rəhman” (bağışlayan) və “ər-rəhim” (mehriban) kəlmələri Allah-taalanın gözəl sifətlərindəndir və “rəhmət” kökündən alınmışdır.
Təfsirçilər arasında belə bir məsələ vardır ki, Rəh-man sifəti dedikdə Allahın ümumi rəhməti nəzərdə tutulur. Bu rəhmət həm dosta, həm düşmənə, həm mö’minə, həm kafirə, həm əməli salehə və həm də bəd əməl sahiblərinə şamildir. Bildiyimiz kimi, rəhmət yağışı ümumi şəkildə hamıya çatır, ne’mət süfrəsi hamı üçün açılmışdır, iman və təqva dərəcəsindən asılı olmayaraq bütün bəndələr həyatın müxtəlif ne’mətlərindən bəhrələnir və öz ruzilərini Allahın sonsuz və tükənməz bərəkət süfrəsindən götürürlər. Bu Allahın bütün varlıqları əhatə edən ümumi rəhmətidir ki, hamı o ne’mətə qərq olur.
Amma rəhim sifəti, Allahın xüsusi rəhmətinə aid olunur. Bu rəhmət onun əmrlərinə, fərmanlara itaət edən saleh və müti bəndələrinə şamildir. Onlar öz iman və saleh əməlləri nəticəsində aludə və ləyaqətsiz insanların məhrum olduğu xüsusi ehsan, bəxşiş və rəhmətdən bəhrələnməyə layiq görülmüşlər.
Bu məsələnin yeganə şahidi bu ola bilər ki, Rəhman kəlməsi Qur’anın hər yerində qeydsiz gətirilmişdir və bu da onun ümumi olmağını çatdırır.Amma rəhim kəlməsi bə’zi hallarda, özü də qeyd ilə gətirilmiş və xüsusi rəhmət olmasını çatdırır: “Allah mö’minlərə qarşı rəhimdir(Əhzab surəsi)Bə’zi yerlərdə isə “Həmd” surəsində olduğu kimi, qeydsiz gətirilir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur: “Allah bütün varlıqların mə’bududur, bütün məxluqata Rəhman, mö’minlərə qarşı RəhimdirKafi”Tovhidi-Səduq“Məanil-əxbar”
(Əl-mizandan nəqlən)

Biz işlərimizi Allahın adı ilə, geniş rəhmətilə başlayarkən, Onun tükənməz rəhmətindən, ümumi və xüsusi mərhəmətindən imdad diləməliyik. Çünki, cazibə qüvvəsi kimi ümumi və cahanşümul olan, qəlbləri bir-birinə mehriban və ülfətli edən qüvvə, məhz rəhmət sifətidir. Məxluqatı Xaliqlə əlaqələndirmək üçün bu sifətdən imdad diləmək lazımdır. Buna görə də həqiqi mö’minlər “Bismillahir-rəhmanir-rəhim”-deməklə işləri başlayır, qəlbini, ümidini hər yerdən kəsib yalnız Allah-taalaya ürək bağlayır, Ondan kömək istəyirlər. Allahın rəhməti genişdir, əhatəlidir, heç bir varlıq ondan məhrum deyildir.Bismillah”dan bu dərsi də gözəl şəkildə öyrənmək olar ki, Allah-taalanın işləri rəhmət əsasındadır, cəzalandırma isə istisna mahiyyəti daşıyır. Bu cəzalandırma üçün qəti səbəblər, şərtlər mövcud olmasa, mühakimə heç vaxt gerçəkləşmir.Covşən-kəbir” duasının 20-ci bəndində oxuyuruq: “Ey Allah, ey rəhməti qəzəbindən yüksəkdə duran Varlıq!”

Bununla, Allah-taala insanlara da həyatda belə olmağı, işlərin əsasını rəhmət, mərhəmət və məhəbbət əsasında qurmağı, zor və güc tətbiq etməkdən isə yalnız zəruri hallarda istifadə etməyi tövsiyə edir.

Burada sözümüzü Peyğəmbərdən (s.ə.v.v) nəql olunan dolğun mə’nalı bir hədislə sona yetiririk: “Həqiqətən Allahın yüz rəhməti vardır və O, onlardan yalnız birini yer üzünə nazil etmiş və məxluqat arasında bölüşdürmüşdür. Məhz bu rəhmətlə insanlar bir-biri ilə ülfət, ünsiyyət bağlayır və rəhmli olurlar. Yerdə qalan doxsan doqquzunu isə Özü üçün saxlamışdır. Onların vasitəsi ilə Qiyamət günü Öz bəndələrinə rəhm edəcəkdir.Məcməul-bəyan”, 1-ci cild, səh.21

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

ASMIYA

  • 19 sentyabr 2011 23:45
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ELBET KI, GOZEL. YUCE RABBIM DOGRUYU ANLAMAYI ESASI DA ANLAYIB EMEL ETMEYI NESIB EYLESIN BIZLERE NESIB AMINNN.

--------------------


OLSEM_YASAMA

  • 19 sentyabr 2011 23:23
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
tewekkurller

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}