Allahdan başqasını Allah kimi sevmək şirkdir

 
Allahdan başqasını Allah kimi sevmək şirkdir

Uca Allah buyurur ki:
"İnanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" (Bəqərə, 2/165)

Allahdan başqasını Allah kimi sevmək şirkdir

İbn Qeyyim deyib ki: "Uca Allah bu barədə belə xəbər verir: Kimsə Uca Allahı sevdiyi kimi bir başqa şeyi sevərsə, o, Allahdan kənarda Allaha tay tutanlardandır. Bu, yaradılış və rübubiyyət baxımından deyil, məhz sevgidə tay tutulmasıdır. Yer üzündə yaşayan heç bir kəs yaratmaqda və rübubiyyətdə Allaha tay qoşmamışdır. Lakin məhəbbətdə şərik qoşmaq belə deyil. Yer üzündəkilərin əksəriyyəti Allahdan kənarda bir sıra varlıqları sevgi və təzim məsələlərində Ona şərik etmişlər.

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Uca Allahın: "… onları Allahı sevən kimi sevənlər…" buyruğu Allahı sevdikləri kimi onları da sevərlər deməkdir. Bu isə, bilavasitə Allaha yönəldilməli olan məhəbbətin Allahdan qeyrisinə ünvanlanmasıdır. Belələri öz sevgilərində Allahla bərabər başqalarını da Ona tay etmişlər.
Daha sonra Uca Allah: "… Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…" – deyə buyurur.

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Yəni, iman gətirənlərin Allaha olan məhəbbəti, şərik qoşanların şərik qoşduqları varlıqlara – Allahdan başqa sevdikləri və təzim etdikləri tanrıçalarına bəslədikləri sevgidən qat-qat güclüdür".
Şeyxülislam İbn Teymiyyə aşağıdakı sözləri ilə bu təfsiri bəyəndiyini belə bildirir:
Bunların məzəmmət edilmələrinin səbəbi Allaha şərik qoşduqları varlıqları sevgidə Allaha şərik etmələri və möminlərin etdiyi tərzdə, sevgilərini Allaha olduğu kimi verməmələridir.

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Bax, sevgidə belə şərik qoşma Uca Allahın, onların od içində olarkən nə deyəcəklərinə xəbər verdiyi aşağıdakı buyruğunda da toxunmuşdur. Onlar od içində yanarkən öz tanrıçalarına və şərik qoşduqları varlıqlara, şərik qoşulan varlıqlar da onlarla birlikdə odda hazır edildikləri zaman belə deyəcəklər:
"Allaha and olsun ki, biz haqq yoldan açıq-aydın azmışdıq! Çünki biz sizi siz bütlərialəmlərin Rəbbi ilə bərabər tuturduq" (Şura, 26/97-98)

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Məlum olduğu kimi, onlar, yaratmaq və rübubiyyət baxımından, ortaqlarını aləmlərin rəbbinə şərik qoşmurdular. Onlar ancaq sevgi və təzimlə bağlı olduqda o varlıqları Ona şərik etmişdilər (Bax: İbn Qeyyim, Mədaricus-Salikin, III, 13-14)
Qeyd etməliyəm ki, sufilər arasında olan bəzi müsəlanlar Allahı sevdikləri kimi, şeyxlərini də sevir və ona təzim edirlər. Onlar bu vəziyyətləri ilə birinci kərim ayədə (Bəqərə, 2/165 –red.) Allahın məzəmmət etdiyi müşriklərə bənzəyirlər.

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Onlardan olan müsəlmanlar da, təəssüflər olsun ki, Allaha dua etdikləri kimi, övliya qəbul etdikləri şəxslərə də dua edirlər. Bunlar belə etməklə duada onlarla Allahı bərabərləşdirmiş olurlar. Bu isə, Allahdan qeyrisi üçün icra edilməsinə icazə verilməyən ibadət növlərindəndir. Bu vəziyyətdə son kərim ayə onlara uyğundur. Hədisdə də deyilir ki: "Dua ibadətin lap özüdür" (Tirmizi rəvayət edərək, onu yaxşı və səhih adlandırmışdır) – deyə buyrulur.

Allahdan başqasını Allah kimi sevmək şirkdir

Sufilər arasında bəzi (Qərbi Dəməşqdə olan İbn Ərəbi kimi) şəxslər Allahla yaratdıqlarını eyniləşdirirlər. O belə deyir:
"Rəb quldur, qul da Rəbdir.
Hayıf ki, bilmirəm cavabdeh kimdir?"
Uca Allah onların söylədiklərindən daha uca və pakdır.
(Belələrinin Allah sevgisini iddia etmələri cəfəngiyatdan başqa bir şey deyildir.Allah bizi belə küfrlərdən qorusun.Y.Q)


Geri dön

Repery

  • 20 sentyabr 2011 16:43
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Xebere Gore Twk edrem.... love

--------------------

Ay Üzlü

  • 20 sentyabr 2011 13:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir…
tewekkurler canim gozel xeber ucun

VuSkA_248

  • 20 sentyabr 2011 10:54
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
{awards}
Alah razi olsun..
emeye gore teshekkur.

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

PELIN_ATABAY

  • 20 sentyabr 2011 10:44
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Sirli Melek

  • 20 sentyabr 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

aid_fanatka

  • 20 sentyabr 2011 10:31
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Delya_91

  • 20 sentyabr 2011 10:29
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
raziyam,Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Zaurcik2011

  • 20 sentyabr 2011 10:28
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ilk serh menden.Allah razi olsun.Allah her kesleri qorusun.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

... Deryam ...

  • 20 sentyabr 2011 10:27
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH BIZLERI WEYTAN YOLUNA GETMEKDEN QORUSUN !!!
DEYERLI XEBER UCUN TWKLER ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}