Sevgidə sükut

 
Sevgidə sükut

Sevgidə sükut

Düşünürəm ki, insan həyatı boyu çalışır ki, nələrisə əldə etsin. Bəs bu nələrin içindəsə sevgi varmı? Var! Hər insan istəyir ki, sevgi baxımdan həmişə uda. Amma çox təəsüf ki, həmişə udmaq olmur. İnsan bəzən uduzur. Sevirsən və düşünürsən ki, hər şey gözəldir. Həyat, insanlar, hava, yaşadığın hər gün yəni hər şey insana çox gözəl təsir edir. İnsanda qeyri-adi bir enerji ortaya çıxır. Hər gün sevgidən yeniliklər gözləyib onunla böyümək istəyir insan. İlk günlər hər şey gözəl, əl çatçaz, maraqlı olur amma hardasa müəyyən vaxtdan sonra sanki sevgidə bir sükut olur. Bu sükutun sonu nədir onu bilmək olmur. Bu sevginin susqunluğunun səbəbini axtarırıq və kimin düzgün kimin yalnış olduğunu öyrənməyə çalışırıq amma bir nəticə olmur. Zaman-zaman hər şey daha da sakitliyə qərq olur.
Ya onda, ya da səndə yalnış olur. Amma heç bir tərəf öz səhvlərini öyrənib düzəldməyə çalışmır. Sevgi elə incə, elə saf, elə kövrək, elə həyəcanlandırıcı, elə əvəz olunmaz hissdir ki insan özünü heç vaxt hiss etmədiyi kimi hiss edir.
Nə gözəldir qarşılıqlı sevgi, nə gözəldir qarşılıqlı hörmət, nə gözəldir qarşılıqlı hisslər. Sevgi öz-özünə böyüyür. İnkişaf edir. Və anı gələndə birdə görürsən ki, nəsə dəyişmisən. Özündə yeni bir hissin yaşadığını hiss edirsən. Sevgi xəbərdarlıqla deyil ani gəlir. Və insanı yaxaladığı an heç də asanlıqla tərk etmir. Bu hiss insanın içində sevərkəndə böyüyür. Və beləliklə ya daha da sevməyə başlayır insan ya da, qədrini bilməyib əlindən salırsan. Sevgidə ani sükut yaxşı əlamət sayılmır.
Çünki insan sevirsə o sevgi çılğın və şıltaq olur. O sevgidə həm acı həm də şirinlik olur. Sevgi bir ritm kimi vurur. Hər notda bir həyəcan, hər nəğmə də bir can və hər sözdə bir məna olur. Gözlərdə parlaqlıq. Ürəkdə coşğu. Və olduqca enerji dolu olur insan. Hətta qışı yaydan, yayıda qışdan seçə bilmir.
Bəs sevgidə sükut nədir? Hər sükut eyni olmur. İnsan var sevir amma müəyyən münaqişədən sonra sakitliyə və bir az düşünməyə ehtiyac duyur, hər sevən cütlüklərdə söz-söhbət olduğu kimi hər sevilən şəxsin də, zaman-zaman sakitliyə və etdiyi hərəkətləri düşünməyə ehtiyacı olur. Və ən maraqlısı odur ki, görəsən insan niyə bu ani sakitliyə üz tutur. Görəsəm sevgisindən tam əmin olmadığı üçünmü yoxsa sakit qalıb bir seçim etmək üçünmü.


Sevgidə sükut

Bəs siz nə vaxtsa sevginizdə ani bir sükut yaşamısınızmı?
Əyər yaşamısınızsa onda nə qərar vermisiniz?
Hər sevən insanın ani sükuta ehtiyacı varmı?


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
xebere gore tewekkurler

--------------------

Ulya

  • 30 sentyabr 2010 23:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

Ulya

  • 26 sentyabr 2010 14:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Dj_Tural

  • 25 sentyabr 2010 21:12
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler gozel xeberdi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Azeri_Gozeli

  • 25 sentyabr 2010 16:22
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
ela xeberdi beyendim sevgilim yoxdu ona gorede sulariniza cavab vere bilmyecem uzurlu hesab edin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}