Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

 
Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Məsələn, hər hansı bir insanın “bu haqda, peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) hədis varid olmasa da mən bunu edirəm. Çünki, məqsədim yaxşılıq etmək, savab qazanmaqdır”. Buna dəlil olaraq onu deyə bilərik ki, səhabələrdən bir nəfər bayram namazından əvvəl qurbanını kəsdiyi zaman peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ona dedi: “Sənin qoyunun ətlikdir” – yəni, qurbanlıq olmadı. Çünki, əməl sünnəyə müvafiq deyildi. Sünnətə uyğun olan isə qurbanlıqların bayram namazından sonra kəsilməsidir. Namazdan əvvəl kəsilən heyvan vaxtında olmadığı üçün qurban kimi qəbul olunmadı.
(Hədisi Buxari (5556) və Müslim (1961) rəvayət etmişlər.)

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Hafiz İbn Həcər deyir: “Şeyx Məhəmməd bin Əbu Cəmra deyir ki, əməl xoş niyyətlə olsa belə, şəriətə uyğun deyilsə, doğru sayılmır” (Buxarinin şərhi “Fəthul bari” 10/17 )
Onu da qeyd etmək lazımdır ki, bir gün rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) dostu Abdullah bin Məsud məsciddə halqa şəklində oturub zikr edən insanların yanına gəldi. Onların hər birində bir neçə çınqıl daşlar var idi. içlərində bir kişi belə deyirdi: “Yüz dəfə təsbeh, təhlil və təkbir gətirin!” Onlar bu zikrləri həmin çınqıl daşlarla sayırdı. Abdullah bin Məsud başlarının üstündə dayandı və dedi: “Siz nə edirsiniz?” Dedilər: “Əbdürrəhmanın atası! Bu, təkbir, təhlil və təsbeh etdiyimiz çınqıl daşlarıdır”. Badullah bin Məsud dedi: “Günahlarınızı sayın! Mən yaxşılıqlarınızdan bir şeyin belə itməyəcəyinə zaminəm. Ey Məhəmməd ümməti, vay halınıza! Həlakınızı nə tez gətirdiniz!

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Bunlar peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) səhabələridir. Bu, onun köhnəlməmiş paltarı, sınmamış qabı! Vallahi, ya siz Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) millətindən daha doğru yolda olan bir millətsiniz, ya da zəlalət qapısını artıq açmısınız” Dedilər: “Ey Əbdürrəhmanın atası, vallahi, biz yalnız xeyir istədik”. Dedi: “Xeyir istəyə-istəyə ona nail ola bilməyən o qədər insanlar var ki!” (Bunu Dərami “Sünən”də rəvayət etmişdir. (1/68-69) Albani “Səhih hədislər silsiləsi”ndə qeyd edib. Bax; (2005))
Ibadətlərin səbəb olduğu şeylərə gəlincə, qəlbin rahat, beynin təmiz, ruzinin bol, bədənin sağlam olması və sair keyfiyyətlərin əmələ gəlməsi buna aiddir.
Qurani-Kərimdə çoxlu ayələr və rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) sünnəsində həmin keyfiyyətlərə dəlalət edən bir o qədər hədislər mövcuddur. Bütün bunlar ona dəlalət edir ki, izzət və cəlal sahibi Allahdan qorxmaq və saleh əməllər dünya və axirət səadətini müəyyən edir.

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Allah taala buyurur ki, “Əgər kəndlərin camaatı iman gətirib Allahdan qorxsaydılar, səmadan və yerdən olan bərəkətləri onların üzünə açrdıq”. Bu ayəti kərimə ibadəti və onun müsəlman hətaında buraxdığı izi əhatə edir. Kim Allahdan qorxaraq Ona iman gətirsə, onu mükafatlandırar və dünya həyatında ona bol nemətlər bəxş edər, göyün və yerin bərəkətini onun üzünə açar. Ona göylərdən yağış endirər, yerdən əkin və xəzinələr çıxardar.
Izzət və cəlal sahibi olan Allah Əhli kitab barədə belə buyurur: “Əgər onlar Tövrata, Incilə və Rəbləri tərəfindən nazil olanlara riayət etsəydilər, üstlərindən və ayaqları altından yeyərlər”. Bu ayəti kərimə əvvəlki ayə kimidir. “Üstlərindən və ayaqları altından yeyərlər” – yəni, Allah taalanın göydən yağış endirməsi səbəbilə olan ruzilər, həmçinin Allah sübhənahu və taalanın yerdə ayaqları altında bitirdiyi bitgilər, əkinlər və sair ruzilər, o cümlədən Allah taalanın yerdən çıxartdığı xəzinələr nəzərdə tutulur. Kənd camaatı və kitab əhli haqqında qeyd olunan bu iki ayədə iman və təqva səbəbilə əldə edilən dünya mükafatından söhbət gedirdi.

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Allahdan qorxan möminlər üçün axirət mükafatına gəlincə, Allah taala bu barədə buyurur: “Əgər kitab əhli iman gətirib Allahdan qorxsaydılar, Biz onların pisliklərini dəf edər və onları Nəim Cənnətlərinə daxil edərdik”.
Allah azzə və cəll buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” Bu, ibadətdir. Sonra ibadətin qoymuş olduğu izi qeyd edərək buyurur: “Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar”. Həqiqətən, əməllərin islahı və axirətdə günahların bağışlanılması ibadətin özündən sonra qoyduğu izlərdən hesab olunur. Bu ayə ibadətin dünya və axirətdə səbəb olduğu xeyirlərdən – dünyada əməllərin islahı, uğur və insanın elmlə Allahın yoluna yönəlməsi, axirətdə isə günahların bağışlanılması, pisliklərin dəf edilməsinə səbəb olduğunu göstərir.

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Allah taala buyurur: “Kim Allahdan qorxarsa, (Allah) onun üçün çıxış yolu açar və gözləmədiyi yerdən onu ruziləndirər”. Ayədə bildirilir ki, ibadətlərdən biri olan təqva, Allaha itaət, Onun əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək çətinliklərdən və sıxıntıdan qurtulmağa səbəb olur. O cümlədən, Allah taala Ona itaət edənə və Ondan qorxana gözləmədiyi yerdən ruzi bəxş edər.
Başqa bir ayədə Uca Allah buyurur: “Kim Allahdan qorxarsa, (Allah) onun işində asanlıq yaradar”. Deməli, Allahdan qorxmağın qoyduğu izlərdən biri də işlərdə asanlığın yaranması, xeyir qapılarının, o cümlədən dünya və axirət səadətinə nail olmağa aparan yolların açılmasıdır.

Müsəlman həyatında ibadətlərin izi (II - hissə)

Izzət və cəlal sahibi olan Allah buyurur: “Kim Allahdan qorxarsa, (Allah) onun pisliklərini uzaqlaşdırar, əcrini artırar”. Bu, Allah sübhənahu və taalaya olan təqvanın səbəb olduğu axirət mükafatıdır.
Həmçinin, Allah azzə və cəll buyurur: “Ey iman gətirənlər! Əgər siz Allahdan qoxsanız, sizə haqqı batildən ayıran bəxş edər, pisliklərinizi dəf edər, sizi bağışlayar. Allah böyük fəzilət sahibidir”. Bu ayə də ona dəlalət edir ki, izzər və cəlal sahibi olan Allah Ondan qorxan, ona və rəsuluna (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) itaət edən hər kəsi batildən ayıraraq haqqa qovuşdurar və Allaha gedən yolu onun üçün asanlaşdırar. Bu insanın ibadət sayəsində dünyada qazana biləcəyi mükafatdır. Axirətdə isə onun pisliklərini dəf edəcək, günahlarını bağışlayacaq. Ayənin ortasında qeyd olunur ki, “Əgər siz Allahdan qoxsanız, sizə haqqı batildən ayıran bəxş edər”. Başqa bir ayədə isə “Allahdan qorxun! Allah sizə öyrədər”.
Abdulmuhsin bin Həmdulabbad əl-Bədr.


Geri dön

sevgi yalandir

  • 20 sentyabr 2011 20:30
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
ALLAH RAZI OLSUN>

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Repery

  • 20 sentyabr 2011 16:32
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
tWK EDREM XEBERE GORE......... love

--------------------

Zaurcik2011

  • 20 sentyabr 2011 16:18
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN>

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

SeL_cAn

  • 20 sentyabr 2011 15:48
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Bütün bunlar ona dəlalət edir ki, izzət və cəlal sahibi Allahdan qorxmaq və saleh əməllər dünya və axirət səadətini müəyyən edir.
Allah razı olsun

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ay Üzlü

  • 20 sentyabr 2011 14:19
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Canim cooox sag ol Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}