Şirkin növləri

 
Şirkin növləri

Şirk iki cürdür: Böyük və kiçik şirk.
Böyük şirk tövhidl və islamla ziddiyyət təşkil edir, əməlləri puça çıxarır. Allaha şərik qoşanlar cəhənnəmlikdilər. Allaha şərik qoşan bütün söz və əməllər küfrdür. Məsələn, ölülərə, bütlərə sığınmaq, Allahın halal etdiyi haram, haram etdiyini halal hesab etmək, Allahın bəzi peyğəmbərlərini təkzib etmək və sair bu kimi küfr əməllər böyük şirkdir, əməlləri boşa çıxardır və insanı İslam dinindən çıxardır.

Şirkin növləri

Allah taala qadınlar haqqında olan surədə buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. (ən-Nisə, 48) Buradan aydın olur ki, şirk bağışlanmır, qalan günahlar isə Allah sübhənahu və taalanın istəyindən asılıdır, istəsə bağışlayar və yaxud tövbə etmədən asiliklər üzərində öldüyü qədərində əzab verər, sonra da oddan çıxardıb Cənnətə daxil edər. Bu, xavaric, mötəzilələrdən və onların etiqadında olan digər firqələrdən fərqli olaraq Əhli Sünnə və Camaatın əqidəsidir.

Şirkin növləri

Zumər surəsində isə Allah taala belə buyurur: “De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər, 53) Alimlər deyirlər ki, bu ayə tövbə edənlər haqqındadır. Nisə surəsindəki ayə isə tövbə edənlərə aid deyil. Kim bəzi asiliklər edə-edə şirk üzərində ölərsə, Allah taalanın bu ayəsinə şamil olunur: “Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar”. (ən-Nisə, 48)

Şirkin növləri

Şirkdən savayı yəni, zina və sair günahlar üzərində ölən və bunların haram olduğuna etiqad edib halal saymasa və tövbə etmədən axirət mənzilinə köçsə, Əhli Sünnə və Camaatın əqidəsinə görə, onun bağışlanması Allahın istəyindən asılı olacaq. Belə ki, istəsə, onu tövhidinə və müsəlman olduğuna görə bağışlayaraq Cənnətə daxil edər və yaxud da etdiyi böyük günahlar qədərində onu Cəhənnəmdə cəzalandırar, sonra da Cənnətə daxil edər. Bir az öncə də bu haqda danışmışdıq.

Şirkin növləri

Xavariclər isə etiqad edirlər ki, böyük günah sahibləri Cəhənnəmdə əbədi qalacaqlar və kafirdilər. Mötəzilələr də belə insanların Cəhənnəmdə əbədi qalacaqları görüşündədilər. Lakin Əhli Sünnə və Camaat bu fikirdə onlara müxalifdi və hesab edir ki, zinakar, oğru, valideyninə asi olan və sair böyük günah sahibləri bunların halal olduğu fikrində deyillərsə, həmin günahlara görə kafir hesab olunmurlar və Cəhənnəmdə əbədi qalmayacaqlar.

Şirkin növləri

Əksinə, qeyd edildiyi kimi onların bağışlanması Allahın istəyi altındadır. Bunlar bilinməsi vacib və həledici olan mühüm məsələlərdir. Bu məsələlər dinin əsası olduğuna görə, hər bir müsəlman dininin gerçəkliyini və onun ziddi olan Allah taalaya şərik qoşmağı dərindən anlamalı, şirk və sair böyük günahlara görə tövbə qapısının günəşin batdığı yerdən çıxacağı günədək açıq olduğunu bilməlidir.

Şirkin növləri

Lakin əsas və ən böyük bəla Allahın dinindən qafil olmaq və onu başa düşməməkdir. Bəlkə də qul cahilliyindən, rəsulullahın (s.a.v.) gətirdiyi haqq dindən və hidayət yolundan xəbərsiz olduğuna görə, heç ağlına gəlmədən şirkə və küfrə düşmüş olur. Ey aqil insan, özün dərk et və Rəbbinin əmrlərinə ehtiram göstər! Əməlini sırf Allah üçün et! Xeyir əməllərə tələs!

Şirkin növləri

Dinini dəlillərlə öyrən, Qurana və sünnəyə sarınaraq onu dərindən başa düş! Elm məclislərində və xeyir əməllər işlənən yerlərdə ol! Rəbbindən hidayət yolunda səni sabit etməsini istə! Əgər günaha düşsən, tövbə etməyə çalış! Səhih hədisdə qeyd olunduğu kimi, bütün adəm övladı xata edəndir. Lakin xata edənlərin ən xeyirlisi tövbə edənlərdir. Bil ki, günahlar İslamına nöqsan gətirir, imanını zəiflədir.

Şirkin növləri

Ona tövbə edin və peşmançılıq çəkin! Allah sübhənahu Ona tövbə edənlərin tövbələrini qəbul etdiyini bildirir: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (ən-Nur, 31) Başqa bir ayədə izzət və cəlal sahibi olan Allah buyurur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin!” (ət-Təhrim, 8) Tövbə etmək zəruridir və qulu hər zaman lazımdır. Peyğəmbər (s.a.v.) buyurur ki, “Tövbə özündən əvvəlkiləri yox edir”.

Şirkin növləri

Ona görə də həyatını tövbəsiz təsəvvür etmə! Zillətə düşdüyün zaman tövbə etməyə və islah olunmağa çalış! Dinini dərindən öyrən və dünya payını axirət payından üstün tutma! Dünyada vaxtının çox hissəsini dinini öyrənməyə həsr et, elm və zikr məclislərində keçir! Allahın kitabından və peyğəmbərin (s.a.v.) sünnəsindən ayrılma! Bil ki, sən bu işləri gördüyün müddətdə əbədi səadətin qapısını açmış olacaqsan!

Şirkin növləri

Biz şirkin böyük növünü qeyd etdik. Bununla yanaşı şirkin kiçik növü də vardır ki, riya, Allahdan başqasına and içmək və sair əməllər buna misaldır. Riya bəzi sözlərin və əməllərin insanlar tərəfindən eşidilib alqışlanması səbəbi ilə edilən təəssüratdır. Həmçinin, əmanətə, Kəbəyə, peyğəmbərə və sairlərinə and içmək kiçik şirkdir. Şirkin bu növündən də çəkinmək lazımdır.

Şirkin növləri

Bir nəfər rəsulullaha (s.a.v.) “Allah və sən istəsən!” – dediyi zaman, rəsulullah (s.a.v.) ona belə qarşılıq vermişdi: “Sən məni Allaha tay etdin! Təkcə Allah istəsə!” Və yaxud peyğəmbər (s.a.v.) buyurdu ki, “Allah və fılankəs istəsə” – deməyin! Ancaq Allah, sonra da fılankəs istəsə! – deyin!” Həmçinin, peyğəmbər (s.a.v.) buyurur ki, “Kim and içmək istəsə, Allaha and içsin və yaxud sussun!” Başqa bir hədisdə Allah rəsulu (s.a.v.) buyurur:

Şirkin növləri

“Atalarınızın, analarınızın canına və şəriklərə and içməyin! Doğru olmadığınız halda Allaha da and içməyin!” Bir hədisdə isə rəsulullah (s.a.v.) buyurur ki, “Kim Allahdan qeyrisinə and içərsə, şirk edər”. Bu barədə çoxlu səhih hədislər varid olub. Onlardan birində rəsulullah (s.a.v.) “Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir” – dediyi zaman, ondan kiçik şirkin nə olduğunu soruşdular və rəsulullah (s.a.v.) onun riya olduğunu bildirdi. Onu da qeyd etmək lazımdır ki, riya bütünlüklə insanın inancına daxil olar və sırf nifaq xarakteri daşıyarsa, iman və sevgi olmadan zahirdə müsəlman olduğunu göstərərsə, belə insan münafiq və kafirə çevrilər.

Şirkin növləri

Həmçinin, Allahı təzim etdiyi kimi Allahdan qeyrinə and içdiyini təzim edən, onun qeybi bildiyinə və sair qüclərə malik olduğuna etiqad edən şəxs də böyük şirkə düşərək müşrik olar. Allahdan qeyrisinə and içmək sadəcə dillə kifayətlənsəvə inancla heç bir bağlılığı olmasa, kiçik şirkdən sayılır.

Şirkin növləri

İzzət və Cəlal sahibi Allahdan diləyirəm ki, bizi və sizi dini dərindən başa düşənlərdən, onda əzmkar olanlardan etsin, bizi və sizi doğru yolla ruziləndirsin, nəfslərimizin şərindən, əməllərimizin pisliklərindən və fitnələrin zəlalətindən qorusun! Həqiqətən, Allah səxavətli və kərimdir!
Qulu və rəsulu olan peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və Qiyamətə kimi onlara ən gözəl şəkildə tabe olanlara Allahın salavatı, salamı və bərəkəti olsun!


Geri dön

joyful

  • 3 yanvar 2012 21:08
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Repery

  • 20 sentyabr 2011 16:46
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Xebere Gore Twk edrem.... love

--------------------

Ay Üzlü

  • 20 sentyabr 2011 13:23
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
canim ellerin derd gormesin

romantikim

  • 20 sentyabr 2011 12:30
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Əllərinə sağlıq

Zaurcik2011

  • 20 sentyabr 2011 11:08
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Delya_91

  • 20 sentyabr 2011 10:20
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

PELIN_ATABAY

  • 20 sentyabr 2011 10:12
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
allah sizden razi olsun bele guzel deyerli haberleri bizimle bolusduyunuz icin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}