Röyanın adı "əməkdar artist" siyahısından çıxarılıb

 
Röyanın adı "əməkdar artist" siyahısından çıxarılıb

Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup şəxsə əməkdar artist fərxi adı verilidi. Hər dəfə olduğu kimi budəfə də fərxi adların verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Artıq neçə gündür ki, fəxri ad alan şəxslərlə bağlı mətbuatda müxtəlif yazılar dərc olunur, etirazlar səslənir. Xüsusi ilə Səməd Səmədova xalq artisti adının verilməsinə kəskin reaksiyaları görürük.

Bu arada böyük maraqla qarşılanacaq bir xəbər əldə etmişik. Məlumata görə, “əməkdar artist” siyahısı hazırlanarkən Azərbaycan ən populyar estrada müğənnisi Röyanın da sənədləri alınıb. Hətta Röya əvvəlcə ad almaq üçün tələsmədəyini, bunun tez olduğunu bildirərək təvazökarlıq edib. Lakin onun etirazları nəzərə alınmayıb və təkildə müğənnidən sənədlərini təqdim etmək xahiş edilib. Röya da sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.

Siyahı hazırlanaraq yuxarı göndərilib. Lakin adlarla bağlı sərəncam verildikdə Röyanın adı orada olmayıb. Məlumatlara görə, ölkənin bir nömrəli estrada müğənnisinin, “əməkdar artist” siyahısında yer alan həmin 20 nəfərdən daha çox istedada və auditoriyaya sahib olan Röyanın üstündən xətt çəkilməsi onun repertuarı ilə bağlıdır. Daha doğrusu Röyanın müraciət etdiyi bəstəkar, oxuduğu mahnılarla bağlıdır. Belə ki, müvafiq dairədə Röyanın məhz sabiq millət vəkili Hüseyn Abdullayevin mahnılarını oxuması faktı qabardılıb və onun ipə-sapa yatmadığı vurğulanıb. Bununla da, sənətçinin adı siyahıdan çıxarılıb.

Burada bir maraqlı məqamı qeyd etmək yerinə düşür. Maraqlıdır ki, Röyanın sonuncu ifa etdiyi Hüseyn Abdullayevin “Sənə görə” mahnısı internetdə bir milyondan artıq yükləmə edilib. Bizcə, təkcə bu fakt onu deməyə əsas verir ki, sənətçi çalışıb xalqın artisti olmağı bacarmalıdır, kağız üzərindəki “xalq artisti” yox...


Geri dön

MiLeyla

  • 26 sentyabr 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
onsuzda roya yekdi,kagiz uzerinde ad alsa nolacaq almasa nolacaq

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

solmayan_gul

  • 22 sentyabr 2011 21:47
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
{awards}
ona hesey yarasir

--------------------
YENIDEN GELDIM BURAYA SALMLAYIRAM SIZLERIII

alisa

  • 20 sentyabr 2011 18:25
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
Nurlan4ik,
duz deyirsen super dedin
ozude yaxsi eliyibler beleleri hecneye layiq deyil

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

SeL_cAn

  • 20 sentyabr 2011 16:52
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Röya qoy elə xalqın ürəyində birinci olsun. Necə ki elədi.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Repery

  • 20 sentyabr 2011 16:45
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Xebere Gore Twk edrem.... love

--------------------

Enerelen

  • 20 sentyabr 2011 13:45
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
evvelce xebere gore tewekkur.roya ele bilir divadi hec toyugda deyil uzeyirden ne ferqi var uzeyirde ilde20 30 mahni cixarir royada hec bir mahnisi papulyarlasmamis o birin cixarir ozunu sigortalayir))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

Ay Üzlü

  • 20 sentyabr 2011 13:26
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Roya ad alsada almasada cox sevilir ve dinlenir

H.o.S.t _ FaNaTka

  • 20 sentyabr 2011 13:16
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
onsuzda onu xalq sevir ad bos seydir

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

romantikim

  • 20 sentyabr 2011 12:22
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Röya onsuzda xalqın sevimlisidi.
Heç Hüseyn Abdullayev kimi də bəstəkar yoxdu Azərbaycanda. Hamı bunu bilir

Zaurcik2011

  • 20 sentyabr 2011 11:07
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ESI ELINE HER MIKRAFON ALAN MUGENI OLUR.DAY XALQ ARTIST ADI KIME GELDI VERMEZLER.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

... Deryam ...

  • 20 sentyabr 2011 10:34
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
VAXTI ÇATANDA MİNNƏTSİZ ÖZLƏRİ VERƏCƏKLƏR !
HƏLƏ SƏVİYYƏSİZLƏRİN VAXTIDI ONLARIN AD QOYMASI BİTSİN!!! fellow


--------------------

aid_fanatka

  • 20 sentyabr 2011 10:34
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_Yaxsiliq Meleyi_

  • 20 sentyabr 2011 10:26
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Röyanı hamı sevir.

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Delya_91

  • 20 sentyabr 2011 10:19
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
boyyy,ewi verilmesin de ama millet onu sevir

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Sirli Melek

  • 20 sentyabr 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLI XƏBƏRDİR. ADLAR BOŞ ŞEYDİR. ƏSAS ODURKİ XALQ SEVSİN. RÖYANIN BÜTÜN MAHNILARI DEMƏK OLAR Kİ, XİT OLUR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 20 sentyabr 2011 10:10
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
хабере горе тещеккурлер

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}