10 sualda təzyiq problemləri

 
10 sualda təzyiq problemləri

1) Mənim təzyiqim kədərlənəndə, əsəbiləşəndə qalxır, bu normaldır?
Stressli vəziyyətlərdə qan təzyiqinin yüksəldiyi doğrudur. Amma çox vaxt bu normal vəziyyət deyil, yüksək təzyiq əlamətidir. Gündə bir neçə dəfə aparılacaq ölçmələr, ya da 24 saat təzyiq təqibi bu tip şikayətləri olanların böyük əksəriyyətinin hipertenziya xəstəsi olduğunu göstərir. Qan təzyiqimiz yüksək olduqda, müxtəlif bəhanələr tapıb, ciddi hesab etməsək, özümüzü aldatmış olarıq. Əvəzini gələcəkdə çox ağır ödəyərik.

2) Təzyiqimi sol qolumdan ölçəndə sağdakından daha yüksək olur, görəsən niyə?
Qan təzyiqinin iki qolda fərqli olması anormal deyil. 3 mindən çox insanın iştirak etdiyi araşdırmada təcrübədən keçənlərin təzyiqləri hər 2 qoldan ölçülüb. İki qol arasındakı fərq təxminən 3-5 mmHg olub. Amma təzyiqi yüksək olanlarda, xüsusilə köklərdə, iki qol arasındakı fərq daha çox olub. Bəzi mütəxəssislər bu vəziyyətin gələcəkdə ürək xəstəliyinin yaranmasının xəbərçisi olduğunu düşünürlər. Əgər iki qol arasındakı təzyiq fərqi 20 mmHg-dən çoxdursa, bir qola gedən damarda darlıq olmasını araşdırmaq lazımdır.

3) Təzyiq dərmanları xərçəngə səbəb olur, doğrudurmu?
Keçən il ABŞ-da yüksək təzyiq müalicəsində çox istifadə edilən, qısa adı ARB olan dərman qrupunun az da olsa xərçəng riskini artırdığını bildirən araşdırmanın nəticəsi açıqlanıb. Amma növbəti aylarda başqa elm insanlarının apardığı araşdırmalar bu tapıntını təsdiq etməyib. ABŞ-ın dərmanların təsdiq və yoxlamasından məsul olan təşkilatı FDA, 150 min xəstənin üzərində 31 araşdırmanı apardıqdan sonra bu dərmanların xərçəng riskini artırmadığı nəticəsi təsdiqlənib. Avropalı rəsmilərin bu mövzuda araşdırmaları davam edir. Mütəxəssislərin böyük əksəriyyəti ARB qrupu dərmanların xərçəng riskini yüksəltmədiyi fikirindədir.

4) Başım ağrıyanda təzyiqimin yüksəldiyini anlayıram və dərman qəbul edirəm. Bu doğrudurmu?
Son 50 ildə aparılan araşdırmalar, nadir vəziyyətlərdən başqa, yüksək təzyiqlə baş ağrısı arasında səbəb-nəticə əlaqəsi olmadığını göstərib. İllər əvvəl londonlu həkim, xəstələrinin təzyiqlərinin yüksəldiyini başa düşüb-düşmədiklərini araşdırıb. Araşdırdığı 102 xəstənin yarısı, "Təzyiqimin qalxdığını başadüşürəm" deyib. Amma bu şəxslər arasında təxminləri doğru olanların sayı bir əlin barmaqlarından çox deyil. Bütün məlumatlar, müalicələrini baş ağrılarına görə təşkil edənlərin böyük səhv etdiklərini göstərir.

5) Yüksək təzyiqdə vərəsəliyin rolu varmı?
Yalnız vərəsəliklə keçən yüksək təzyiq xəstəliyi var. Amma çox nadirdir. Qohum olanları əhatə edən araşdırmalar, hipertenziyada genetikanın zəmin olduğunu göstərir. Lakin çox insanda əsas faktorlar həyat tərziylə əlaqədardır. Son illərdə aparılan araşdırmalarda hipertenziyası olanlarda bəzi genetik mutasiyalar aşkarlansa da, bunların heç biri öz başına təyin edilmir. Elə görünür ki, yüksək təzyiq xəstəliyi, həyat tərzi, yaş və genetik faktorlar arasındakı kompleks qarşılıqlı təsirlə yaranır.

6) Təzyiq dərmanlarının əks təsirləri varmı?
Təzyiq müalicəsində bəzi əks təsirləri var. Dozanın azaldılmasını hətta dərmanın dəyişdirilməsini tələb edə bilər. Əks təsirlərdən bəziləri belədir:

- Halsızlıq
- Baş gicəllənməsi
- Quru öskürək
- Kaliumda azalma
- Əzələ və oynaq ağrısı
- Ayaqlarda şişmə
- Allergik reaksiyalar

7) Avtomatik təzyiq alətiylə ölçülən qan təzyiqi doğrudurmu?
Avtomatik alətlər ya klassik ölçümlərdəki ilə eyni damar səslərini dinləyərək, ya da qan axınının yaratdığı titrəşmələri hiss edərək ölçür. Ümumiyyətlə, qolun üst hissəsinə yerləşdirilən alətlərin ölçüləri, əl biləyinə və barmaq ucundan ölçənlərinkinə nisbətən daha həssasdır.

8) Həkim qan təzyiqinin 24 saat davamlı ölçülüb qeyd olunmasnı niyə istəyir?
Qan təzyiqi gün ərzində dəyişir. Gün ərzində bu enmələrin və qalxmaların gözlənilən gedişatı var. Oyaq olduğumuz vaxt təzyiq daha yüksək olur, yuxu əsnasında 10-20 faiz düşür. Hər 15, ya da 30 dəqiqədə bir qan təzyiqini ölçən alət 24 saat ərzində 50 və ya 100 ölçmə edir. Bu ölçmələr bir insanın qan təzyiqini, həkim tərəfindən bir dəfə ölçüləndən çox daha yaxşı təmsil edir və ürək damar xəstəlikləri riskinin daha həssas şəkildə nəzərdə tutulmasını təmin edir.

9) Təzyiqimi evdə ölçdükdə normal çıxır, amma nə vaxt həkimim ölçsə yüksək olur. Səbəbi nədir?
Bu vəziyyətə ağ köynək hipertenziyası deyilir. Bu diaqnoz ancaq digər vaxtlarda qan təzyiqinin normal olduğu sübut edildikdən sonra qoyula bilər. Çünki bu qrupa qoyulan xəstələrə yaxından baxıldıqda qan təzyiqlərinin başqa vaxtlarda da yüksəldiyi müşahidə olunur.

10) Təzyiq dərmanı qəbul etməyə başladığımdan bəri, ayağa qalxanda başım fırlanır. Bu nəyə görə ola bilər?
Bu şikayət ehtimalla ayağa qalxanda qan təzyiqinin düşməsidir. "Ortostatik hipertenziya" deyilən və yaşlılarda tez-tez müşahidə olunan bu vəziyyət bəzi təzyiq dərmanları nəticəsində də əmələ gələ bilər. Oturanda və yatanda yüksək olan qan təzyiqinə nəzarət etmək üçün verilən dərmanlar, ayağa qalxdıqda huşunu itirmə hissinə qədər çatan problemlərə yol aça bilər. Ortostatik hipertenziyada verilən dərman dozasını azaltmaq lazım olacağı üçün tez-tez yüksələn təzyiqin idarəsi çətinləşir. Dərman növü və dozaları nəzərdən keçirilib səbirlə faydası ən yaxşı olan müalicə üsulu tapılmalıdır.


Geri dön

_C.Ronaldo_

  • 1 oktyabr 2011 21:43
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
Əməyə hörmət olaraq müəllifə bol-bol təşəkkür edirəm!

--------------------
....All right....I love you.....LeGeNd.Az....

Musique Sage

  • 1 oktyabr 2011 18:28
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem

sevgi yalandir

  • 29 sentyabr 2011 15:21
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

Xebere Gore Twk edrem...

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi yalandir

  • 20 sentyabr 2011 20:41
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
herdenbir olur tezyiq

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Repery

  • 20 sentyabr 2011 16:45
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Xebere Gore Twk edrem.... love

--------------------

Ay Üzlü

  • 20 sentyabr 2011 13:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
xeber ucun tewekkurler

VuSkA_248

  • 20 sentyabr 2011 11:05
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
{awards}
Allah hamiya shefa versin. son vaxtlar bu xestelik yaman cavanlashib sad
10_15 yash zarafat deyil. twk. emeye gore.

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

Zaurcik2011

  • 20 sentyabr 2011 10:55
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
YUKSEK TEZIQIM VAR.BU XEBER MENIM UCUN DEYERLI XEBER OLDU TESEKKUR.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Sirli Melek

  • 20 sentyabr 2011 10:42
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
NORMAL TƏZYİQLİYƏM. AMMA BİRDƏN PİS XƏBƏR EŞİDƏNDƏ TƏZYİQİM QALXIR. ONA GÖRƏ DƏ PİS XƏBƏRİ MƏNƏ EHTİYATLA DEYİRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

aid_fanatka

  • 20 sentyabr 2011 10:33
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
herdenbir olur tezyiq

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Delya_91

  • 20 sentyabr 2011 10:18
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
hm,tezyiqim yoxdu heleki)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}