Həbsə atılmış 10 dahi

 
Həbsə atılmış 10 dahi

1. Migel de Servantes
Servantes (1547–1616) məşhur ispan yazıçısı və dramaturqudur. Onun şahəsəri “Don Kixot” bəziləri tərəfindən ilk müasir roman kimi qəbul edilir.
Maliyyə problemlərinə görə, İspan Armadasında tədarükçülüklə məşğul olan Servantes daha sonra vergi yığan vəzifəsində işləyib. 1597-ci ildə son 3 illik hesabındakı ziddiyyətlərə görə həbs edilib.

2. Volter
Volter (1694–1778) fransız maarifçilik dövrünün yazıçısı, esseisti və filosofu idi. O, intellekti, fəlsəfi mülahizələri, vətəndaş azadlıqlarını müdafiə etməsiylə məşhur idi. Volter yaradıcılığı boyu demək olar ki, bütün janrlara müraciət etmiş, 20.000-dən çox məktubun və iki mindən çox kitab və broşuraların müəllifidir.
Volter əsərlərində hökumət və katolik kilsəsinə etdiyi hücumlara görə, tez tez bu qurumlarla problemlər yaşayırdı. Ədəbi fəaliyyəti Volterin bir neçə dəfə həbsə düşməsinə və sürgün olunmasına səbəb olmuşdu.

3. Aleksandr Soljenitsin
Soljenistin (1918–2008) rus roman yazarı, dramaturq və tarixçisidir. O, əsərləri vasitəsilə dünyanı QULAQ-dan (Sovetlər birliyində əmək düşərgəsi) xəbərdar etmiş və bu cəhdlərinə görə 1974-cü ildə Sovetlər Birliyindən sürgün edilmişdi. Soljenitsın 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Amma bundan əvvəl Soljenitsın ədəbi fəaliyyətinin tarixçəsi varıydı.O, 1945-ci ildə şərqi Prusiyada xidmət edərkən bir dostuna yazdığı məktubda Stalinin müharibə taktikasını “alçaltdığına” görə həbs edilmişdi. Sovet əleyhinə təbliğat aparmaqda ittiham olunan Soljenitsin 8 il həbsə məhkum edilmiş, daha sonra isə həbsi Sibirə ömürlük sürgünlə əvəz edilmişdi. Amma Stalinin ölümü və Xruşovun hakimiyyətə gəlməsindən sonra, o da Stalinin çoxminlik qurbanlarından biri kimi əfv edilmişdi, azadlığa buraxılmışdı. lakin yazıçı azadlığa buraxılandan sonra da, fəaliyyətindən qalmamış, sovet rejiminin iç üzünü açan əsərlər yaratmışdı. Onunla bacarmadığını görən sovetlər isə Soljenitsını ölkədən qovmuşdu.

4. Pol Verleyn
Verleyn (1844–1896) simvolizm cərayanına bağlı məşhur fransız şairi idi. O, fransız və beynəlxalq poeziyanın ən görkəmli nümayəndələrindən biri hesab olunur. Çılğın gənc şair Artur Rembo ilə homoseksual münasibətdə olan Verleyn, 1972-ci ildə həyat yoldaşı Matilda və 3 oğlunu tərk etmişdi. Artur və Verleyn Londona köçüb yaşamağa başlamışdılar.
1973-cü ildə qısqanclıq zəminində Remboya iki güllə vuran Verleyn, onu yaralamışdı. Hadisə nəticəsində Verleyn yaxalanmış və həbs edilmişdi.

5. Oskar Uayld
Uayld (1854–1900) irlandiyalı dramaturq, roman yazarı, şairi və qısa hekayələr müəllifidir. O, kəskin zəkasına görə öz dövrünün ən uğurlu dramaturqlarından biri idi. Londonda yaşayıb yaradan Uayldın hər tamaşası Londonda bayrama çevrilirdi. O bütün Britaniyanın sevimlisi idi. Amma Verleyn kimi Uayld da homeseksual idi. Londonlu bir gənc oğlanla münasibətlərinin aşkarlanmasından sonra, Uayld “əxlaqsızlıq” ittihamıyla 2 il həbsə məhkum olunmuşdu.

Həbsə atılandan sonra isə arvadı və uşaqları onun familyasından imtina etmiş, bütün Britaniya ondan üz döndərmişdi. Azadlığa çıxdıqdan sonra isə o, Fransaya getdi. Xəstəydi, Parisin ən ucuz mehmanxanalarından birində yoxsulluq içərisində yaşayırdı, əsərləri və özü unudulmuş, hamı ondan üz döndərmişdi. Buna dözə bilməyən Uayld tezliklə vəfat etmişdi.

6. Jan Cenet
Cenet (1910–1986) görkəmli və mübahisələrə səbəb olan fransız yazıçısı və siyasi aktivist idi. Əvvəllər avara həyat tərzi keçirən və xırda cinayətlər törədən Cenet sonralar romanlar, pyeslər, poemalar və nəsr yazmağa başlayır. Amma bundan əvvəl onun böyük avaralıq tarixçəsi varıydı.
Cenet dəfələrdə müxtəlif cinayətlərdə ittiham olunmuş, hələ 15 yaşında həbs edilmişdi və 3 il həbsdə qalmışdı. Bundan başqa Cenet oğurluq, saxta sənədlərdən istifadə etmək, avaraçılıq və nalayiq hərəkətlərə görə bir neçə dəfə həbsə girib.

7. O.Henri
O.Henri (1862–1910) amerikalı yazıçı Vilyam Sidni Porterin ləqəbidir. O əsasən qısa hekayələrinə görə tanınır. O.Henri vəzifəsindən sui-istifadə edərək fırıldaqçılıq etməkdə, pul mənimsənəkdə ittiham edilmişdi. Qaynatası onu həbsdən azad etmək üçün girov pul qoysa da, məhkəməyə bir gün qalmış O.Henri Nyu Orlean, daha sonra isə Hondurasa qaçır. Arvadının ölüm ayağında olduğunu eşidən Porter 1897-ci ildə ölkəsinə qayıdır və məhkəməyə təslim olur. O 5 il həbsə cəzasına məhkum edilir.

8. Tomas Mor
Tomas Mor (1478–1535) məşhur ingilis hüquqşünas, yazıçı və dövlət xadimi olub. Mor “Utopiya adası”nın müəllifi və “utopiya” sözünün yaradıcısıdır. O, 1535-ci ildə Kral VIII Henrini Kilsənin Ali rəhbəri edəcək aktı qəbul etmədiyi üçün edam edilib.

9. Uilyam Barrouz
Barrouz (1914–1997) amerikalı roman yazarı, sosial tənqidçi, rəssam və şifahi söz ifaçısı idi. Onun əsərlərinin bir çoxu yarı avtobioqrafikdir. Onun ən tanınmış əsəri böyük ehtimalla “Çılpaq Linç”dir. 1951-ci ildə Barrouz sərxoş olan zaman həyat yoldaşını vuraraq öldürür. O 13 il həbsdə qalır, sonra isə qardaşı vəkillərə rüşvət verərək onu azad edir.

10. Ken Kizi
Debüt romanı “Ququ quşunun yuvası üzərindən uçuş”la bir anda məşhurlaşan amerikalı yazıçı Ken Kizi (1935 – 2001), 1965-ci ildə marixuana saxladığına görə həbs olunub. O, polisi çaşdırmaq üçün yalandan özünü intihar etmiş kim göstərir. Dostları onun avtomobilinin içinə intihar məktubu qoyaraq qayalıq bir yolda buraxırlar. Kizi özü isə başqa bir dostunun maşınında Meksikaya qaçır. 8 ay sonra ABŞ-a qayıdanda, o həbs olunur və 5 illik həbs cəzasını çəkmək üçün San Mateo vilayət həbsxanasına göndərilir. Həbsdən çıxdıqdan sonra Kizi Plizant Hilldəki ailə fermasına qayıdır və ömrünün sonuna qədər orda yaşayır. Burada o bir sıra məqalələr, kitablar və qısa hekayələr yazır.


Geri dön

Sunnyeyes

  • 20 sentyabr 2011 22:03
  • Məqalə: 0
  • Şərh: 108
  • Bal:
niye bu siyahida HUSEYIN CAVIDIN.XELIL RZA ULUTURKUN ADI YOXDDDDDUUR?

ZAC EFRON

  • 20 sentyabr 2011 20:41
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
hmm...yaziqlar goren niye?

Repery

  • 20 sentyabr 2011 16:40
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Xebere Gore Twk edrem.... love

--------------------

Ay Üzlü

  • 20 sentyabr 2011 13:41
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Bizimkileride yazrdizde bizimde haqsizliga ugrayayar nece dahilerimizi hebse atilib

H.o.S.t _ FaNaTka

  • 20 sentyabr 2011 13:38
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
təşəkkür o birilərini deyə bilmərəm o henrini taniyiram

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

VuSkA_248

  • 20 sentyabr 2011 10:47
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
{awards}
twk. emeye gore

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

Sirli Melek

  • 20 sentyabr 2011 10:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLI FAKTLARDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 20 sentyabr 2011 10:37
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler

--------------------

Zaurcik2011

  • 20 sentyabr 2011 10:37
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
tesekkur.biliye gerek xeberdir.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

aid_fanatka

  • 20 sentyabr 2011 10:33
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
ilk serh menden twk..............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}