Yeganə çıxış yolu: şəhadət

 
Yeganə çıxış  yolu: şəhadət

İmam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar. O hadisədən təqribən 1300 il keçib. Ancaq dünyanın bütün ölkələrindən o Həzrətin ziyarətinə zəvvar axını ilbəil artır. Kimisi xəstəlikdən şəfaət tapmaq üçün, kimisi müşküllərinin həlli üçün, kimisi isə, sadəcə olaraq, öz ağası Qərib-əl-Qürəbanı (“Qəriblər Qəribi”) ziyarət etmək üçün müqəddəs Məşhəd şəhərinə üz tutur.

İmamlıq məqamı

İmam Rza (ə) hicrətin 148-ci ili (təqribən miladi 775-ci ildə) zil-qədə ayının 11-i İmam Museyi-Kazimin (ə) və Tuktəm xanımın evində dünyaya göz açıb. Həzrət (ə) anadan olduqdan sonra İmam Kazim (ə) xanım Tuktəmə Tahirə (“Pak”) adı verir. İmamın (ə) adı Əli, ləqəbi isə Rza olub.

Həzrət Rza (ə) otuz beş yaşında ikən atası İmam Kazim (ə) Bağdad zindanında xəlifə Harun ər-Rəşidin əmrilə zəhərləndirilərək şəhadətə çatdırılır. Təxminən 810-cu ildə İmamət vəzifəsi Həzrət Rzanın (ə) boynuna düşür. Məxzumi rəvayət edir ki, İmam Kazim (ə) bir gün səhabələrini çağırıb belə söylədi: “İstərdim ki, mənim oğullarımdan onun (İmam Rzaya (ə) işarə edərək) mənim vəsim və varisim olduğuna şahid olasınız”. Digər rəvayətlərdə isə deyilir ki, İmam Kazim (ə) Yəzid ibn Səlid adlı səhabəsinə buyururb: “Məndən sonra işlər Əliyə keçəcək. Onun adı birinci İmam Əli ibn Əbu Talib (ə) və dördüncü İmam Əli ibn Hüseynin (ə) adı kimidir”. Daha sonra çətin siyasi durumu və xəlifənin İmam Rzanı (ə) qətlə yetirmək təhlükəsini nəzərə alaraq İmam (ə) bu- yurur: “Ey Yəzid! Sənə dediklərimi sirr olaraq saxla və səmimiyyətlərində əmin olmaduğun insanlardan başqa heç kəsə bunu söyləmə”. Atasının şəhadətindən sonra İmam Rza (ə) öz imamətini açıqca bəyan etdi. Hətta səhabələrdən bəziləri bu cür açıqlığın onun həyatına təhlükə yaradacağından ehtiyatlanırdılar. Səfvan ibn Yəhya nəql edir ki, imamət tərəfdarları İmam Rzaya (ə) müraciət edərək belə dedilər: “Sən öz ali məqsədin barədə çox aşkar danışırsan, indi isə biz qorxuruq ki, bu şeytan (Harun ər-Rəşid) sizə xələl yetirər”. Ancaq İmam (ə) Harunun ona heç bir zərər yetirməyəcəyini söyləmişdi. Elə də oldu, xəlifə Harun İranın şərqində baş verən üsyanı yatırtmaq üçün qoşunla yola düşür və Tus şəhərində xəstəlikdən ölür. Bütün ehtimallara rəğmən, o, İmamı (ə) qətlə yetirə bilmir.

Onunla (ə) üç Abbasi xəlifəsi – Harun ər-Rəşid, Məhəmməd Əmin və Məmun həməsr olublar. Məmunun hakimiyyətinə kimi İmam (ə) vətəni Mədinədə yaşayıb, daha sonra xəlifə onu Xorasana gətirdir və burada onu şəxsən özü zəhərləyərək şəhid edir.

Xəlifələrin savaşı

Harun ər-Rəşid öldükdən sonra xilafət onun oğlu Məhəmməd Əminə keçir. Ancaq Harunun digər qadından Məmun adlı oğlu atasının taxtına göz dikir. Əmin paytaxt Bağdadda, Abbasi zadəganları arasında böyük rəğbətə malik idi. Mərvi (hazırkı Türkmənistan və Şimali-Şərqi İran əraziləri) öz təsiri altında saxlayan Məmuna isə xilafətin mərkəzində etibar etmirdilər. Bəzi tarixi sənədlərə əsasən, Məmun ümumiyyətlə xəlifənin yox, xəlifənin hərəmlərindən (arvadlarından) birinin və vəzir Bərməkinin oğlu olub. Bəlkə elə bu səbəbdən Abbasilər Məmunun Harunun taxtına çıxmasını istəmədiklərinə baxmayaraq Bərməki onun tərəfini tutdu.

Onu qeyd etməliyik ki, hər iki qardaş özbaşına qərar qəbul etmirdilər, onlar mütləq öz ustadları ilə məsləhətləşirdilər. Faktiki olaraq iki qardaşın savaşı arxasında bu insanların şəxsi ambisiyaları dururdu.

Mərv əhlindən qoşun toplayan Məmun paytaxta tərəf yola düşdü. Xəlifənin qoşununa qalib gələn Məmun paytaxta daxil olur və hakimiyyəti ələ keçirir. Əmin cəmi beş il xəlifəlik etdi. Ümumiyyətlə, bu hadisəni analiz edən tarixçilərin fikrincə, Əminin uduzmasının bir neçə səbəbi var idi ki, onlardan biri onun ustadının zəif olması, digəri isə xəlifənin xasiyyətinin yüngül olması idi.

Məmunun qarşısında iki maneə var idi. Biri bir qrup narazı Abbasi zadəganları, digəri isə inkişaf edən ələvi (şiə) hərəkatları. Taxta çıxıb narazı Abbasilərlə hesablaşdıqdan sonra onun xilafətinə yeganə təhlükə törədəcək amil şiələr idi. Xüsusən onu qeyd eləmək lazımdır ki, bir sıra tarixi sənədlərə əsasən Xürrəmi hərəkatları da siyasi cəhətdən şiəliklə bağlı idi.

Yuxarıda qeyd olunduğu kimi, taxta çıxan yeni xəlifənin qarşısında yeganə qüvvə ələvi hərəkatları idi. Ələvilərə qarşı repressiyalar bu müqaviməti daha da gücləndirdi və xəlifə gözəl anlayırdı ki, burada güc deyil siyasət işlətmək lazımdır. Həmçinin Məmun Abbasilərin tam etimadını qazana bilməmişdi, ona görə də onun hökumətinin hələ bərkimədiyi halda hamı ilə zor gücü ilə danışmaq olmazdı.

Hicrətin 199-cu ilində (təqribən miladi 825-ci il) ələvilərin böyük rəğbətinə malik Məhəmməd ibn Təbatəbayi Əbu Sürəyyə adlı bir şəxsin dəstəyi ilə qiyama qalxır. Kufədən Yəmənə qədər olan ərazilər ələvi üsyanlarına bürünür. Həmçinin İran və Azərbaycan əhalisinin də bu qiyamlara qoşulmaq ehtimalı böyük idi. Xatırladaq ki, Əməvilərin hakimiyyətinin sonunda xilafətin şərqi və mərkəzində camaat Peyğəmbər (s) Əhli-Beytinə (ə) böyük məhəbbət bəsləyir və baş alıb gedən zülm fonunda İslam hakimiyyətinin məhz Əhli- Beyt imamlarına (ə) mənsub olmasına etiqad geniş vüsət tapmışdı. Bu səbəbdən Abbasilər özləri Əməviləri devirib hakimiyyətə gəlmək üçün Əhli-Beytin (a) adından istifadə etmişdilər.

İmama (ə) qarşı hiylə

Müvəqqəti olaraq qiyamları sakitləşdirə bilən Məmun daha effektli yol axtarırdı. Beləliklə də o, İmam Rzanı (ə) öz vəliəhdi təyin etmək qərarına gəlir. Qanuna əsasən, vəliəhd xəlifənin ölü- mündən sonra xəlifə olurdu. Əlbəttə, bu addım nə Allah qorxusu, nə İmama (ə) məhəbbət səbəbindən atılmış idi. Çünki hakimiyyət uğrunda əllərini qardaşının qanına bulaşdıran, günlərini eyş-işrətə həsr edən bir şəxs xilafəti öz xoşu ilə başqasına verə bilməzdi.

Bu niyyətin çirkin olmasına ən aydın dəlil İmamın (ə) bu təklifi rədd etməsidir. Əks halda xilafətin onun öz haqqı olduğunu bilən İmam Rza (ə) bu imkandan istifadə edərdi. Başqa cəhətdən, Məmunun İmama (ə) qarşı tutduğu mövqe onun həqiqi istəklərindən xəbər verirdi. Belə ki, xəlifə İmamın (ə) ətrafında öz casuslarını saxlayırdı. Vəziyyət o yerə çatmışdı ki, Məmuna işləyən Huşam ibn İbrahim Rəşdi İmamın (ə) bütün işlərinə nəzarət etməyə çalışırdı, onun yanına gəlib-gedənlər barədə məlumat toplayır və danışılan sözləri Məmuna çatdırırdı. Rəvayətlərə əsasən, İmam Rza (ə) ona çatan məktubları oxuduqdan sonra yandırardı ki, casusların əllərinə düşməsinlər.

Bəzən xəlifə öz yaxınlarına həqiqi məqsədlərini açıqlayırdı. İmam Rzaya (ə) vəliəhdliyin təklif olunmasına təəccüb edən bir şəxs xəlifəyə bunun səbəbi barədə sual verir. Məmun isə belə cavab verir: “Bu insan bizdən gizlində və uzaqda insanlarını öz başına yığırdı. İndi isə onu öz taxtımıza otuzduraraq onun çağırışını öz xeyrimizə yönəldəcəyik. Həmçinin bu bizim səltənət və xilafətimizin onun tərəfindən tanınmasına səbəb olacaq. Qoy tərəfdarları onun dəvət etdiyi şeyləri onun özündə tapa bilməsinlər, xilafət isə onsuz da bizimdir, onun yox. Biz qorxurduq ki, onu sakit buraxsaq, elə bir qiyam qaldırar ki, onun qarşısını almaq mümkün olmaya...”

Beləliklə də aydın olur ki, İmam (ə) vəliəhdliyi qəbul etdiyi təqdirdə onun müqəddəs şəxsiyyətinə ləkə gələ bilərdi, bundan əlavə, İmam (ə) Məmunun xilafətini möhkəmlətmiş olardı. Ona görə də İmam (ə) bu təklifdən imtina etdi. Məmun isə öz istəyindən əl çəkmək fikrində deyildi. O, İmamı (ə) məcburən Mərvə gətirtdi və burada ona öz təklifini etdi.

Ya xəlifə, ya vəliəhd

İmam Rza (ə) Mərvə gəldikdə xəlifə ona xilafətdən uzaqlaşmaq və bütün işləri İmama (ə) tapşırmaq istədiyini bildirdi. İmam (ə) təklifi qəbul etmədi. Xəlifə bir daha müraciət edərək dedi: “Mənim xilafəti qəbul etmək barədə birinci təklifimi qəbul etmədinizsə, vəliəhdlik barədə ikinci təklifimi qəbul etməlisiniz”. İmam Rza (ə) bu təklifi də rədd etdi. Onda İmamı (ə) gizlin bir yerə çəkərək söylədi ki, xilafəti və müsəlmanların bütün işlərini İmama (ə) tapşırmaq istəyir. İmam yenə də imtina etdi. Bir az sonra Məmun dedi: “Ömər ibn Xəttab özündən sonra hakim təyin etmək üçün altı nəfərdən ibarət şura təsis etdi. Onlardan biri də Sizin cəddiniz Əli ibn Əbu Talib idi. Ömər əmr etdi ki, şuranın hökmü ilə razılaşmayan şəxsin boynunu vursunlar. Beləliklə də mənim təklifimi qəbul etməkdən savayı sənin çarən yoxdur, çünki mən başqa çıxış yolu görmürəm”. Bununla da Məmun İmamı öldürmək istədi- yini anlatdı. İmam (ə) vəliəhdlik təklifini qəbul etmək üçün xəlifəyə şərtlər qoydu: “... Nə əmr verəcəm, nə qanunvericilik, nə məhkəmə işinə baxacam. Həmçinin kimisə nə vəzifədən azad, nə də vəzifəyə təyin edəcəm. Heç bir şey dəyişmək və ya islahat aparmaq niyyətində də deyiləm”. Bu faktiki olaraq vəliəhd titulunun quru qəbul olunması demək idi, çünki İmam (ə) bütün funksiyalardan imtina etdi və heç bir dövlət işinə qarışmayacağını bildirdi. Xəlifə isə bu şərtləri qəbul etdi.

Səhabələrdən biri İmam Rzanın yanına gəlib bu məsələ barədə sual verdi. İmam (ə) isə bunu məcburən etdiyini bildirərək belə buyurdu: “Məgər bilmirsiniz ki, Yusif (ə) İlahi peyğəmbər olub. Misirin xəzinədarı olmaq zərurəti yarananda o qəbul etdi. Zərurət məni də məcbur etdi ki, bu mirası nifrətlə qəbul edim. Eyni zamanda, mən hakimiyyət işlərində iştirak etmirəm, sanki ona heç bir aidiyyətim yoxdur. Mən Allaha təvəkkül edir və yalnız Ondan yardım gözləyirəm”.

Yeganə çıxış yolu: şəhadət

Gec-tez Məmun anlamalı idi ki, İmam (ə) onun təklifini simvolik qəbul etməklə heç bir şey dəyişməyəcək. İmam Rzanı (ə) öz intriqalarına cəlb edib xalqın İmama (ə) olan məhəbbətini azaltmaq müm- kün olmadı. Digər tərəfdən Abbasilər xəlifənin vəliəhdi olaraq İmam Rzanın (ə) təyin olunması ilə razılaşa bilmirdilər. İş o yerə çatdı ki, Abbasilər Məmuna qarşı çıxaraq Bağdadda İbrahim ibn Mehdi Abbasiyə beyət etdilər.

Xəlifə olmazın vasitələrə əl atırdı. Müxtəlif şəhərlərdən alimləri İmamla (ə) diskussi- yalara dəvət edərək onların mübahisədə qalib olacağına ümid edirdi. Əlbəttə ki, heç kəs İmamla (ə) elmdə yarışa bilməzdi. Əbu Salət deyir ki, İmam (ə) həmişə alimlərlə mübahisədə qalib gəlirdi və insanlar deyirdi: “And olsun Allaha, o, Məmundan daha çox xilafətə layiqdir” və bu sözlər Məmuna çatdırılırdı.

Xilafətin əldən getməsindən qorxan xəlifə yeganə çıxış yolunu İmam Rzanı (ə) şəhid etməkdə görürdü. Belə də oldu. İmama (ə) zəhərlənmiş üzümü şəxsən xəlifə özü verdi. İmam Rza (ə) səfər ayının 28-i, əlli beş yaşında ikən dünyasını dəyişdi. O, Tus şəhərində dəfn olundu.


Geri dön

ZERiDE

  • 21 sentyabr 2011 18:45
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
saq ol... deyerli xebere gore... ALLAH RAZI OLSUN SENDEN....

Cilent_M.Q

  • 20 sentyabr 2011 17:47
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Аллах рази олсун

--------------------

Zaurcik2011

  • 20 sentyabr 2011 17:36
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

SABiNA

  • 20 sentyabr 2011 17:17
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Аллах Рази Олсун Еллерин Дерт Гормесин

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}