Qurani Kərimdə "Qəlb"

 
Qurani Kərimdə "Qəlb"

Qurani Kərimdə "Qəlb"

“Qəlb” kəlməsi Qur’anda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir.
Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır.
Çünki Qur’ani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:

1. Dərk etmək və əql qüvvəsini işlətmək. “Nə üçün yer üzündə seyr etmirlər ki, bununla təəqqül edəcəkləri (düşünüb dərk edəcəkləri) qəlbə malik olsunlar?!” (“Həcc” surəsi, ayə 46)

2. Düşünməmək, dərk etməmək əqli işə salmamaq. “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.” (“Həcc” surəsi, ayə 46)

“Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.” (“Tövbə” surəsi, ayə 78)

3. İman.
“Allah bu insanların qəlbində imanı möhkəmləndirmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.” (“Mucadilə” surəsi, ayə 22)

4. Küfr etmək və iman gətirməmək. “Axirətə iman gətirməyənlər qəlbləri ilə (haqqı) inkar edir və təkəbbürlük göstərirlər.” (“Nəhl” surəsi, ayə 22)

“Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.” ("Nəhl" surəsi, ayə 28)

5. Nifaq (münafiqlik). “Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.” (“Tövbə” surəsi, ayə 64)

6. Hidayət. “Hər kəs Allaha iman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.” (“Təğabun” surəsi, ayə 11)

Başqa bir ayədə buyurulur: “Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud, həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.” (“Qaf” surəsi, ayə 38)

7. Qəflət. “...Həvayi-nəfsə tabe olub, ona itaət etmə.” (“Kəhf” surəsi, ayə 28)

8. Aramlıq və xatircəmlik. Qur’anda buyurulur: “Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.” (“Rə”d” surəsi, ayə 28)

Yenə buyurulur: “Məhz O (Allah) mö’minlərin qəlblərinə aramlıq nazil etdi ki, imanları artsın.” (“Taha” surəsi, ayə 4)

9. İztirab və tərəddüd. “Səndən yalnız Allaha və qiyamət gününə iman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədirlər.” (“Tövbə surəsi, ayə 45)

10. Mehribanlıq və rəhmət. “İsaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.” (“Hədid” surəsi, 27)

Yenə buyurulur:
“Özünün köməyi və mö’minlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.” (“Ən”am” surəsi, ayə 63)

11. Kobud rəftar və daşürəklilik. “Əgər daşürəkli və kobud qəlbli olsaydın, camaat sənin ətrafından dağılışardı.” (“Ali-İmran” surəsi, ayə 159)

Bir sözlə, Qur’anda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir.
O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir.
Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.
Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur.

Qur’anda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yə’ni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir.
Allah-təala Qur’anda Peyğəmbəri-Əkrəmə (s.a.a.) xitab edərək belə buyurur: “Ruhul-Əmin (Cəbrəil) Qur’anı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.” (“Şüəra” surəsi, ayə 194)

Başqa ayədə buyurulur: “Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Qur’anı sənin qəlbinə nazil etmişdir.” (“Bəqərə” surəsi, ayə 94)

Qəlbin məqamı o qədər yüksəkdir ki, insan onun vasitəsilə vəhy mələyini görüb, onun sözlərini eşidə bilər: “Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.” (“Nəcm” surəsi, ayə 11)

Qurani Kərimdə "Qəlb"


Geri dön

music_angel

  • 20 sentyabr 2011 20:55
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
2. Düşünməmək, dərk etməmək əqli işə salmamaq. “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.” (“Həcc” surəsi, ayə 46)

--------------------

sevgi yalandir

  • 20 sentyabr 2011 20:22
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
Allah razi olsun.qelblerimiz her zaman ALLAH sevgisi ile dolsun. love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zaurcik2011

  • 20 sentyabr 2011 16:15
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah razi olsun.qelblerimiz her zaman ALLAH sevgisi ile dolsun.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Repery

  • 20 sentyabr 2011 16:15
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
tWK EDREM XEBERE GORE......... love

--------------------

SeL_cAn

  • 20 sentyabr 2011 16:03
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Allah sevgisi ürəyimizdən əskik olmasın.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}