İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

 
İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

Həmd olsun aləmlərin yaradıcısı olan Allaha! O Yaradana ki, “insanı yoxdan yaradıb ona danışmağı öyrətdi “.

Qələmin və dilin öhdəsinə böyük bir məsuliyyət qoydu ki, qələm haqdan başqa bir şey yazmasın, dil də haqdan başqa bir söz danışmasın. “And olsun qələmə və onunla yazdıqlarına ”.

Allahın salam və salavatı əziz peyğəmbərimiz Muhəmməd və onun məsum Əhli beytinə olsun!

Hidayət çırağı


İmam Hüseynin (Ona salam olsun!) məclisində ağlamaq və belə yerlərdə iştirak etmək gözəlliklərə üz tutub yalan, fırıldaq və bütün pisliklərdən uzaq olub onlara tövbə etməkdir. Çünkü bu, haqqı təsdiq, batili isə inkar etməkdir. Əhli-beyt (Onlara salam olsun!) üçün hazırlanan yığıncaqlarda yaxından iştirak etmək, xüsusən Aşura gününü yaşatmaq – ənbiya və Allah dostlarının məclisində olmaq və onda iştirak etmək deməkdir. Belə ki, bütün gözəlliklər İmam Hüseynin (Ona salam olsun!) qiyamında, xüsusən Аşura günündə özünü açıq-aşkar göstərmişdir. Müaviyənin oğlu Yezid və onun tərəfdarları kimi düşmənlər bir neçə saatın içində bütün çirkinlikləri zahir edib göstərdikləri kimi, İmam Hüseyn (Ona salam olsun!) az vaxtda bütün gözəllikləri nümayiş etdirdi. “Haqq və batil cəhətdən Aşura tarixin açıq-aydın güzgüsüdür!” – desək heç də yanılmamışıq. Bizim olub keçənlərlə və tarixdə baş vermiş hansısa hadisələrlə işimiz yoxdur, öz sözünü deyənlər üç haldan kənar deyildirlər:

İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

1. Cahil; 2. İnadkar; 3. Pulgir.

Birinci dəstədə olanları agah edib oyatmaq olar. Lakin ikinci və üçüncü dəstələrdə olanlar Qurani-Kərimin buyurduğu kimi: "Onlar üçün nəsihət faydasizdir." Elə buna görə də onlarla mübahisə etməkdən pəhriz etmək və onların işini Allaha tapşırmaq lazımdır. Allah tamam dünya müsəlmanlarına və aləmdə olan məzlumlara yardımçı olsun və şər sahiblərinin şərrini özlərinə qaytarsın.

Siz “Nəhcül-Bəlağə” kitabında Həzrət Əliinin (Ona salam olsun!) buyurduğu "Həmmam" xütbəsinə müraciət etsəniz ən gözəl əxlaq və rəftarları orda görərsiniz. Çox gözəl buyurmuş Allah Rəsulu: “Hüseyndir hidayət çırağı və nicat gəmisi!”

İmam Hüseynin (Ona salam olsun!) məktəbindən ibrətlər

Allahın Rəsulu Həzrət Muhəmməd (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) necə də gözəl buyurmuşdur: “Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir”. İmam Hüseynın adı çəkilən hər yerdə qəlblər nurlanır və insan gələcəyə ümidvar olur, həyatı gözəl görür. Amma Yeziddən, Müaviyədən, Şimr və Ömər Səddən danışılan vaxt insan gələcəyi qaranlıq görür, həyata və məxluqata qarşı bədbin olur. Bu təkcə şiələrin dərk və hiss etdiyi həqiqət deyil, əksinə başqalarına da nəsib olub. Belə ki, müasir dövürdə də biz bunun şahidi oluruq:

İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

“Bir amerikalı qadın Kərbəlada İmam Hüseyn (Ona salam olsun!) hərəmində ağlayıb, ona təvəssül edir və Allahdan övlad diləyirdi. O qadından "Bu İmamı haradan tanıyırsan?" deyə soruşanda belə cavab verir: “Mən İmamı (Ona salam olsun!) tanımırdım. Buradakı izdihamı gördüm və adamlardan bu barədə soruşdum. Onlar "İmam Hüseynin (Ona salam olsun!) mübarək qəbridir" – dedilər. Sonra onun məhəbbəti qəlbimə düşdü”. Bizim vəzifəmiz budur ki, hər gecə-gündüz bu şəhid İmam (Ona salam olsun!) və Kərbəla qəribini yada salaq, onun üçün əzadarlıq məclisləri təşkil edək, can və malımızla İmam Hüseyn (Ona salam olsun!) və onun əshabını – Qasim, Əli Əkbər, qardaşı Əbəlfəzl, qəhrəman bacısı Zeynəb və bütün əzizlərini yad edib əzizləyək”. Davamlı mənəvi ləzzət məhz bu cür məclislərdən hasil olur. Əgər bir kəs buna inanmaq istəsə, bir dəfə İmamların əzadarlıq məclislərində iştirak etməklə hansı ləzzətin şirin olduğunu dərk edər. Belə isə bu cür məclislər təşkil edək! Çünkü əmniyyət, sülh, qənaətçilik ruhiyyəsi və məhəbbət bu cür məclislərin bəhrələrindəndir.

İmam Hüseyn (Ona salam olsun!) buyurmuşdur:

“Əgər yer üzündə mənim üçün heç bir sığınacaq və dayaq olmasa yenə də, Yəzidə (Allahın lənəti olsun ona) beyət etmərəm”. Yəni insan gərək həmişə azad olsun və batilə haqq, haqqa da batil deməsin.

İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

İmam Rza (Ona salam olsun!) buyurub:

“İnsanda üç sifət cəm olmayınca, mömin deyil: Bir sifət və xislət Allahdan, biri Peyğəmbərdən və biri də imamdan. Allahdan olan sifət və xislət sirri gizlətmək, Peyğəmbərdən olan sifət xalqla müdara etmək (xoş rəftarla davranmaq) və İmamdan olan sifət isə səbirdir”.

Yəni Allah yolunda o qədər səbirli olsun ki, İmam Hüseyn (Ona salam olsun!) kimi yeri gələndə, aclıq və susuzluğa da razı olsun, amma zalıma beyət etməsin. Quran buyurur ki, insan öz təamına baxmalıdır ki, görsün yediyi halaldır, yoxsa haram, pakdır yoxsa napak. Çoxlu yeməlilər vardır ki, təkcə insanın orqanizminə ziyan verib xəstələndirmir, hətta öz ziyanlı təsirini onun ruhunda da qoyur. Bəzi yeməklər insanın orqanizminə ziyan vurub onu xəstələndirdiyi kimi, onun ruhunu da xəstələndirir.

Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) buyurmuşdur ki: Hüseyn hidayət çırağıdır. Bu sözü izah etmək istəyirəm: Zülm zülmət yaradar, Aysız gecələr kimi. Bu zülmət gecələrinin çırağı Hüseyndir. İmam Hüseyn (Ona salam olsun!) bir nurani çıraq kimi xalqa haqq yolunu nişan verir. İmam Hüseyn (Ona salam olsun!) kimi nurani cırağı əldə olan xalqın gecəsi də işıqdır. Orda daha qaranlığın mənası yoxdur. Hüseyn olan ürəkdə zərrəcə qaranlıq tapılmaz. Hüseynin Aşurası da bütün günlərin aynasıdır. Aynaya gündüzlər baxarlar və çırağı gecələr yandırarlar.

İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

Əgər istəyirik qaranlıqlar işıq olsun Hüseyn məhəbbəti ilə ürəklərimiz işıqlanmalıdır. Əgər bir kəs istəyir bilsin ki, haqq kimdir, nahaqq kim, Hüseynin Aşurasına baxsın. Görsün Hüseyn nə deyirdi? Yəzid və onun qoşunu nə istəyirdi? Bu sözün cavabını Aşura ayna kimi sənə göstərər və sənin kim olduğunu və kimin tərəfdarı olduğunu deyər. İmam Hüseyn qoymadı tarix bir kəsə qaranlıq qalsın. Kərbəlada Allahı istəyənlər İmam Hüseyn sırasında, şeytan və dünyanı istəyənlər isə Yəzidin sırasında idi. Mənə de görüm tarixin harası qaranlıqdır? Bəlkə sənin öz ürəyin qaranlıqdır?! Quran və İslam tarixi günəşdən işıqlı və sudan safdır. O kəslərin ki, tarixdə eybi var, bu söz ilə (qaranlıq deməklə) İslam və müsəlmanların tarixini gözdən salmaq istəyirlər. İslam dininə, Qurana, müsəlmanlara bundan da böyük zülm və bundan da böyük xəyanət yoxdur. “Yalnız Quran” – deyənlərin sözünün mənası budur ki, Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) qəbul etmirik. Halbuki Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) sözləri də Quranda buyurulduğuna görə, vəhy və Allah sözüdür. “Qurandan başqa heç bir şeyi qəbul etmirik” – deyənlərin sözü şeytan sözüdür. Halbuki, bütün müsəlmanlar Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) hədislərini də Quran kimi qəbul ediblər. Müsəlman olan necə deyə bilər ki, Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) hədislərini qəbul etmirəm mənə Qurandan de? Məgər Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə!) Quranın ziddinə danışırdımı ki, bu gün sən deyəsən mənə hədis demə, Qurandan de. İlahi! İmam Hüseyn məhəbbətini qəlbimizdə çoxalt! Bu dünyada ziyarətini, axirətdə isə şəfaətini onu istəyənlərə nəsib elə! Allah bir neçə gözəllik verib ki, onlardan biri təbiət gözəlliyi, səs gözəlliyi və məzhəb gözəlliyidir. Allah Azərbaycanı gözəl yaratdı və gözəllər gözəli İmam Hüseynin (Ona salam olsun!) məhəbbətinidən də bizlərə pay verdi. Bu söz bir həqiqətdir və heç kəsə gizli deyil: Azəri dilimizdəki mərsiyələr və nohələr başqa dillərdə yoxdur! Bu etiqad və bu Hüseyncilikdir ki, Azərbaycana bu qədər gözəllik verib.

İnsanı yoxdan yaradıb ona danışmağı öyrətdi

Azərbaycan dedikdə İmam Hüseyn yada düşür. Yəni İmam Hüseyndən başqa sədaqətdə, məhəbbətdə, insaniyyətdə və s. kim Allaha bəndəçilik edə bilər? Eləcə də İmam Hüseyndən başqa Allah yolunda öz cavanlarından, südəmər balasından kim keçə bilər? Bu Hüseynə azərbaycanlılar hamıdan gözəl ağlar. Həqiqətən heç kəsə gizli deyil Qafqaz, xüsusən Azərbaycan qəhrəmanlar və igidlər diyarıdır. Əhli beyt aşiqlərinin əksəriyyəti azərbaycanlıdır. O cümlədən, Füzuli, Fazil Dərbəndi və s. Onların mərsiyələri kimi şirin mərsiyə hələ yazılmayıb. Rus imperiyası yetmiş illik təzyiqlər nəticəsində azərbaycanlılara Hüseyn məhəbbətini unutdura bilmədi və eləcə də keçirilən matəmlərin qarşısının alınmasında aciz qaldı. Onlar gizli olsa da belə İmam Hüseyn (Ona salam olsun!) üçün əza mərasimləri saxladılar. Qafqaz əhlinə, xüsusilə də Azərbaycan xalqına olunan zülmlər, təzyiqlər (sürgünlər, zindanlar, dənizə atmalar) əgər başqa bir xalqa olsaydı, öz adını yaddan çıxardardı, nəinki dinini və məzhəbini. 70 il az deyil. Bu müddətdə din, iman saxlamaq çox çətindir. Ancaq bu fəxr, iftixar azərbaycanlılara nəsib oldu. Dini qoruyub körpə balalarına çatdırdılar. Allah! Bütün müsəlmanları, xüsusilə azərbaycanlıları hifz elə! Öz bərəkətini yerdən, göydən Azərbaycan xalqına və Azərbaycan torpağına yağdır! Amin ya Rəbbəl aləmin.


Geri dön

xurush

  • 21 sentyabr 2011 13:38
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
Allahı tanımaq, Allah Rəsulunu tanımaq və itaət etməklə mümkün olar.

Allahı tanımaq və sevmək, Quranı oxuyub anlamaq və həyata tətbiq etməklə mümkündür.

"Allahı tanıyan və itaət edən, zindanda da olsa bəxtiyardır. Allahı unudan, saraylarda da olsa zindandadır, bədbəxtdir."


_Yaxsiliq Meleyi_

  • 21 sentyabr 2011 09:26
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
Allah üreyine göre versin.

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

ASMIYA

  • 21 sentyabr 2011 00:02
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
[u]INSA ALLAH REBBIMIZIN RAZILIGINI QAZANA BILERIK. INSA ALLAH. AMIN. [/u
]


ASMIYA,

--------------------


ZERiDE

  • 20 sentyabr 2011 21:55
  • Məqalə: 35
  • Şərh: 146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..TWK XEBERE GORE...

RADUQA

  • 20 sentyabr 2011 21:32
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
ALLAH KOMEYIN OLSUN DOSTUM...DEYERLI MOVZUDU...TEWEKKUR

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Мой Мир

  • 20 sentyabr 2011 21:19
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
∞♥

Cilent_M.Q

  • 20 sentyabr 2011 20:44
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
АЛЛАХ РАЗИ ОЛСУН, ЕЛЛЕРИНИЗ ДЕРД ГОРМЕСИН

--------------------

... Deryam ...

  • 20 sentyabr 2011 20:16
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI XEBERE GORE TWK ...

--------------------

sevgi yalandir

  • 20 sentyabr 2011 20:11
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
smile smile laughing

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}