Xoşbəxtlik dünyası

 
Xoşbəxtlik dünyası

Xoşbəxtlik dünyası

Xoşbəxtlik dünyası

Pillələri tələsik aşağı enən çoxbilmiş Nəbi həyətdəki oturacaqda yerini rahatladı. Baharın xoş ətrini sinəsinə çəkdi. Bu, o demək idi ki, məktəbli Nəbi artıq dərslərini hazırlayıb və səbirsizliklə babasını gözləyir. Xəbəri yox idi ki, babası da kənardan onu seyr edir. Baba ona yaxınlaşıb gülə-gülə söylədi:
– Hə, çoxbilmiş, mən sənin növbəti sualını cavablandırmaq üçün hüzurundayam.
– Baba, olar ki, bu dəfə sualı sən verəsən?
– Bəyənilsin, yaxşı fikirdir. Mənə de görüm, sənin ən xoşladığın və ən xoşlamadığın söz hansıdır?
Nəbi bir qədər fikrə gedib dedi:
– Mənim ən xoşladığım söz – “olar”, ən xoşlamadığım söz isə – “olmaz”dır. Görəsən, “olmaz” sözü olmasaydı, necə olardı?
– Hə..., mənim ağıllı balam, onda bu dünyada hər şey bir-birinə qarışardı. Bizim yaşadığımız bu dünya “olmaz” dünyasıdır. Ancaq bu kəlmənin işlənmədiyi başqa bir dünya da var. Kim burdakı “olmaz”lara əməl eləsə, həmin xoşbəxtlik – “olar” dünyasına daxil olub, orada əbədi qalar.
Nəbi təəccüblə soruşdu:
– Doğrudan? O haradır elə?
– Diqqətlə qulaq as, sənə bir nağıl danışım. Onda hər şey sənə aydın olacaq.
Nəbi sevincindən atılıb-düşməyə başladı və səbirsizliklə babasının nağıl danışmasını gözlədi:
– Yaşasın babalar!.. Nağıl, nağıl...
Baba söyləyəcəyi nağılı belə başladı:
– Qədim, çox qədim zamanlarda Yaradan adlı bir padşah vardı. Bu Padşahın “danışan məxluq”dan başqa hər şeyi var idi; çoxlu sərvəti, xəzinələri, heyvanlar aləmi, bitkilər aləmi və daha nələri... Nəhayət, Yaradan bu qərara gəldi ki, artıq “danışan məxluq”lar düzəltməyin vaxtı gəlib çatıb. Beləliklə, gildən iki danışan məxluq – əvvəlcə Adəmi, sonra isə Həvvanı yaratdı. Yaradan bu məxluqun gözəlliyini çox bəyəndi və yaratdığına “əhsən” – dedi. Sonra həmin məxluqlara söylədi:
– Sənin adını “insan” qoyuram. Sən ən gözəl bir yerdə yaşamağa layiqsən.
Bundan sonra həmin iki məxluq üçün çox yaraşıqlı, səliqəli, gözoxşayan, məlahətli bir bağ-bağça və xoşbəxtlik – “olar” mənzili inşa edilir.
Aləmlərin padşahı olan həmin bu Hökmdar əmr edir:
– Ey kamil məxluqlar, Mən sizi yaratdım və sizin üçün ən yaxşı olanını seçdim. Mənə tabe olun! Siz mənim yaratdığım iki danışan məxluq olaraq bu gözəl məkanda məskunlaşın. Burada olan bütün dadlı yeməklərdən yeyib, istədiyiniz qədər dincələ bilərsiniz. Bir şərtlə ki, diqqətli olmalısınız. Sizin qalacağınız bu yerin aşağı tərəfindən həmişə səslər gələcək, o səsə qulaq asmayın. Çünki o səs sizi düz yoldan azdırıb, bədbəxt edə bilər. Sizlər yalnız yuxarıdan gələn səsə qulaq asın. O səs sizə xeyir və xoşbəxtlik gətirər. Çünki o səs sizi yaradıb idarə edənə məxsusdur.
Bu iki “insan” həmin möhtəşəm yerdə yaşamağa başladılar. Aşağıdan gələn “gəl-gəl” səsləri isə kəsilmək bimirdi. Bir gün o yerdən pıçıltılı bir səs gəldi: “Bunu bilmirsiniz!...”
Həvva dedi:
– Çox maraqlıdır, görəsən, nəyi bilmirik?
Adəm səs gələn səmtdən soruşdu:
– “Biz nəyi bilmirik?”
Pıçıltı söylədi:
– Bunu bilmək üçün yeri qazıb mənim yanıma düşməlisiz. Və onlar... Hə... balaca, yorulmadın ki?
– Baba, tez ol, danış, sonra nə oldu?
– Və onlar Yaradanın “olmaz” – deyə qadağan etdiyi səsə qulaq asıb, dərin bir quyuya düşdülər. Bura onların əvvəl yaşadıqları yerdən çox fərqli idi. Burada daşlı-kəsəkli çoxlu yollar vardı ki, uzanıb gedir və ucu-bucağı görünmürdü. Onlar azmışdılar. Bir qədər getdikdən sonra qarşılarına bir nəfər nurani ağsaqqal kişi çıxdı. O kişi “mən sizə yolları nişan vermək üçün məmur olunmuşam” dedi. Əhvalatı olduğu kimi soruşduqdan sonra onlara söylədi: “Mənə diqqətlə qulaq asın. Buradakı yollardan biri ilə gedib, öz mənzilinizə qayıda bilərsiniz. Məsələ burasındadır ki, gördüyünüz bu yüzlərlə yolun yalnız biri sizin əvvəl yaşadığınız yerə gedib çıxır. Bu yolların başlanğıcında olan iplərə fikir verməlisiz. Sizə lazım olan düzgün yolun əvvəlində olan ipin üzərində bir addım atsanız, o yol qısalıb sizin qarşınızda hamarlanacaq. Sonra yenə bir neçə dəfə daş-kəsəkli yollar qarşınıza çıxacaq. Hər dəfə bir addım atmalısız ki, yol sizin üçün hamarlansın. Bu minvalla yol bitənə qədər gedin. Elə ki, yollar bitdi, axırıncı ipi tutub qalxın. O ip sizi öz ilk mənzilinizə aparıb çıxaracaq”.
Beləliklə, Adəm və Həvva öz əvvəlki yaşayış yerinə dönə bildilər. Onlar məmurun dediyi kimi bütün “olmaz” yazılan yolları tərk edib, çətinliklərə qatlaşaraq “bir addım at” yazılan yollardan keçdilər. Və axırıncı yoldakı ipdən yapışıb yuxarıya doğru qalxdılar. Nəhayət, “olar” mənzilinə yetişdilər.
Baba sözünü bitirəndən sonra Nəbidən soruşdu:
– Necədi, nağıl xoşuna gəldi?
– Xoşuma gəldi. Ancaq bir suala cavab tapa bilmirəm? “Olar” mənzilinə getməyim üçün mən hansı “olmaz”ları tərk etməliyəm?
– Bax, bu yaxşı sualdır. Yaxşı, məni gözlə, indi gəlirəm.
Baba geri dönəndə əlində üzərində Qurani-Kərim yazılmış bir kitab vardı. O, Nəbiyə belə nəsihət etdi:
– Oğlum, əgər gördüyün bu kitabı oxuyub əməl etsən, sən də mütləq xoşbəxt bir dünyaya daxil olarsan.


P.S Yaziya gore "Söz pərvanəsi" Gülnarə xanima oz tewekkurumu bildirirem ..!

Xoşbəxtlik dünyası


Geri dön

ZERiDE

  • 21 sentyabr 2011 18:40
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
cox beyendim,coxxxxxxxxxxxxx saq ol.....

ASMIYA

  • 21 sentyabr 2011 10:29
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COK SAGOLUN. COK BEYENDIM.

--------------------


_Yaxsiliq Meleyi_

  • 21 sentyabr 2011 09:34
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
– Necədi, nağıl xoşuna gəldi?
– Xoşuma gəldi. Ancaq bir suala cavab tapa bilmirəm? “Olar” mənzilinə getməyim üçün mən hansı “olmaz”ları tərk etməliyəm?
– Bax, bu yaxşı sualdır. Yaxşı, məni gözlə, indi gəlirəm.
Baba geri dönəndə əlində üzərində Qurani-Kərim yazılmış bir kitab vardı. O, Nəbiyə belə nəsihət etdi:
– Oğlum, əgər gördüyün bu kitabı oxuyub əməl etsən, sən də mütləq xoşbəxt bir dünyaya daxil olarsan.


teşekkürler ellerine salıq

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

RADUQA

  • 21 sentyabr 2011 01:05
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
SAQ OL DOSTUM...COX MARAQLI VE MENALI BIR XEBERDI..TEWEKKURLER SENE VE GULNARE XANIMA...ALLAH YARDIMCINIZ OLSUN..

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Cilent_M.Q

  • 20 sentyabr 2011 20:51
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
belay

--------------------

sevgi yalandir

  • 20 sentyabr 2011 20:11
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
cox maraqlidir teskur

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Niqulka

  • 20 sentyabr 2011 20:11
  • Məqalə: 1
  • Şərh: 98
  • Bal:
{awards}
maraqlıdır,təşəkkürlər smile

Just For Legend

  • 20 sentyabr 2011 19:47
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
cox beyenirem srnin xeberlerini vr xeber qoymaq uslubunu,secilen Xebercilerdensen,insallah seni saytin gelecek Jurnalisti gorecem,eminem ))

--------------------

TUKLUKECEL

  • 20 sentyabr 2011 19:27
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
BUNU OXUMAQ OLAR

--------------------
OZUM
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}