Ömür

 
Ömür

Ömür

1354.Ömür.
Quran:
«Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.» (Fatir surəsi, ayə 11)

Hədis:
4589. İmam Əli (ə): «Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.» (Ğurərul-Hikəm, hədis3434)
4590. Allahın Peyğəmbəri (s): «Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.» (Tənbihul-Xəvatir, c. 2, səh. 218)

1355. Ömrü qənimət saymaq.
4591. Allahın Peyğəmbəri (s): «Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.» (Məkarimul-Əxlaq, c. 2, səh. 346, hədis 2661)
4592. Allahın Peyğəmbəri (s): «Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.» (Əlamud-Din, səh. 336, hədis 12)
4593. İmam Əli (ə): «Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir.» (Ğurərul-Hikəm, hədis 9840)
4594. İmam Əli (ə): «Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri!.» (Nəhcül-Bəlağə, xütbə 188)
4595. İmam Əli (ə): «Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş vaxtı qənimət bilin» (Tənbihul-Xəvatir, c. 2, səh. 89)
4596. İmam Əli (ə): «Allahın rəhməti olsun nəfəslərinin ölümə doğru atdığı addımlar olduğunu bilən və sonra əmələ tələsərək arzularını qısaldana.» (Ğurərul-Hikəm, hədis 5214)
4597. İmam Əli (ə): «Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz.» (Ğurərul-Hikəm, hədis 2618)
4598. İmam Əli (ə): «Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən.» (Ğurərul-Hikəm, hədis 3429)

1356. Ömrü onlara hüccət olanlar.
Quran:
«Onlar alovların içində fəryad çəkərlər: «Ey Allahımız! Bizi buradan çıxart ki, gördüyümüz işləri deyil saleh əməllər edək.» Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadımmı?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdir. Dadın! Zalımların imdadına çatan olmaz.» (Fatir, ayə 37)

Hədis:
4599. Allahın Peyğəmbəri (s): «Qiyamət günü olanda nida gələr: «Altmış yaşında olanlar hardadır?!» Bu Allah-taalanın buyurduğu həmin ömürdür: Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?!» (Kənzul-Ummal . 2924)
4600. İmam Əli (ə): «Allahın insanın üzrlərini qəbul etdiyi ömür müddəti altmış ildir.» (Nəhcül-Bəlağə, hikmət 326)
4601. İmam Əli (ə): «Əfsuslar olsun, ömrü onünçun hüccət olan və həyatı onu bədbəxtliyə sövq edən qafilə!.» (Nəhcül-Bəlağə, xütbə 64)
4602. İmam Baqir (ə): «Qırx yaşı keçdikdə, bəndəyə deyirlər: «Ayıq ol, çünki bundan belə sənin heç bir üzrün qəbul edilməz. Artıq altmış yaşlı insana iyirmi yaşındakı insan kimi üzr gətirmək yaraşmaz.» (əl-Xisal, səh 545, hədis 24)

1357. Ömrü uzadan amillər.
4603. Allahın Peyğəmbəri (s): «Həmişə dəstəmazlı ol ki, Allah ömrünü uzatsın.» (Əmali-Mufid, səh. 60, hədis 5)
4604. Allahın Peyğəmbəri (s): «Kim ruzisinin çox və ömrünün uzun olmasını istəyirsə sileyi-rəhm etsin (qohumları ilə mehriban olsun).» (əl-Xisal, səh. 32, hədis 112)
4605. İmam Əli (ə): «Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin.» (Əyunu Əxbari-Reza(ə), c. 2, səh. 38, hədis 112)
4606. İmam Baqir (ə): «Bizim şiələrimizə Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki onun ziyarəti ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar.» (Biharul-Ənvar, c. 101, səh. 4, hədis 12)
4607. İmam Sadiq (ə): «Hər kim xoşniyyət olsa, ömrü uzun olar.» (Biharul-Ənvar, c. 69, səh. 408, hədis 117)
4608. İmam Sadiq (ə): «Kim ailəsi ilə yaxşı olsa, ömrü uzun olar.» (Əmali-Tusi, səh. 245, hədis 425)
4609. İmam Sadiq (ə): «Əgər Allahın sənin ömrünü uzatmasını istəyirsənsə, ata-ananı sevindir.» (əl-Zohd Lil Hüseyn ibn Səid, səh. 33, hədis 87)

1358. Mömin və uzun ömür istəmək.
4610. Xanım Fatimeyi Zəhra (s) (Münacatda):–«İlahi! Səni and verirəm qeybdən olan elminə və məxluqlar üzərində qüdrətinə, məni sağ qalmağın mənim üçün yaxşı olduğunu bildiyin müddətə qədər sağ saxla və nə vaxt ölüm mənim üçün yaxşı olsa, onda öldür.» (Biharul-Ənvar, c. 94, səh. 225, hədis 1)
4611. İmam Səccad (ə) (Məkarimul əxlaq duasında):–«Ömrümü, sənin itaətinə sərf olununcaya qədər uzat və nə vaxt ömrüm şeytanın otlağına dönsə, canımı al və öz yanına apar.» (əs-Səhifətus-Səccadiyyə, səh. 82, dua 20)

1359. İnsanın öz ömründən xəbərsizliyindəki hikmət.

4612. İmam Sadiq (ə): «İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin ondan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəlməsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərəfəsində olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul olmasının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, malın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qorxusu ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təskinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yəqinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bundan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləzzət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının sonlarında tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müddətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə insan murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müddətinin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. Ancaq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaqgörənliyin səhv olmasına dəlalət etmir.» (Biharul-Ənvar, c. 3, səh. 83)

Ömür


Geri dön

sevgi yalandir

  • 21 sentyabr 2011 13:05
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
MINNETDARAM DEYERLI MOVZUDU.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

ASMIYA

  • 21 sentyabr 2011 09:30
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ALLAHIN SOZUNDEN DAHA GERCEK, DAHA GOZEL, INSANA HUZUR VEREN KELIMELER VARMI? MUMKUN DEYIL OLMASI. TWKKK.
smile

--------------------


RADUQA

  • 21 sentyabr 2011 09:00
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
{awards}
MINNETDARAM DEYERLI MOVZUDU...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

maiw mm

  • 21 sentyabr 2011 08:48
  • Məqalə: 14
  • Şərh: 277
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Zaurcik2011

  • 21 sentyabr 2011 01:43
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ay Üzlü

  • 21 sentyabr 2011 00:16
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 42
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}