Səbr və Şükr dolu bir həyat

 
Səbr və Şükr dolu bir həyat

Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurmuşdur:

"Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar"
(Müslim: 2 2295 № 2999.)

Bu mübarək hədisi Rəsulullahdan (SallAllahu aleyhi və səlləm) eşidən və bizə çatdıran səhabənin kim olduğunu bilirsinizmi? Bu səhabənin adı Əbu Yəhya Suheyb ibn Sinan olmuşdur.Onun həyatı bu hədisin canlı nümunəsi və gerçək bir əslidir.

Səbr və Şükr dolu bir həyat

Musul ətrafındakı vadidə anadan olmuşdur.Uşaq ikən vadi Bizanslıların hücumuna məruz qalır.Bir çox insan əsir düşür.Əsirlər arasında Suheyb ər-Rumi kimi tanınan Əbu Yəhya Suheyb ibni Sinan (ra) da olur.Elə bu hadisəyə görə o Suheyb ər-Rumi deyə çağırılmağa başlayır.
Məkkəli Abdullah ibn Cüdan Suheybi qul kimi alır.Lakin bir müddət sonra onu azad edir.Allahın elçisi Məhəmmədə (SallAllahu aleyhi və səlləm) peyğəmbərlik gəlmədən öncə Suheyb (ra) onunla görüşər, söhbətləşərdi. Ammar bin Yasir (ra) ilə də yaxın yoldaş idilər.Bir-birindən xəbərsiz Allah elçisinin (SallAllahu aleyhi və səlləm) dəvətini eşidib, onun yanına gəlmiş və qapıda qarşılaşmışdılar.Eyni zamanda içəri daxil olub, müsəlman olmuşdular.

Süheyb və Əmmar (r.a.) cəhalət və küfrdən xilas olduqları üçün çox sevinirdilər.Və şükr edirdilər.Amma hər ikisi Məkkədəki müşriklərin onlara əziyyət verəcəklərindən də xəbərdar idilər.Buna baxmayaraq Allaha və Onun elçisinə (SallAllahu aleyhi və səlləm) şəksiz iman edirdilər.
Çox qısa bir zamanda Məkkə müşrikləri Suheybin (ra) müsəlman olduğunu eşitdilər.Süheyb (ra) özü müsəlman olduğunu açıq şəkildə bəyan etmişdir.Bununla da müsəlman olduğunu açıq-aşkar söyləyənlərin yeddincisi oldu.Müşriklər digər müsəlmanlar kimi onlarada işgəncə verməyə başladılar.Suheyb və Ammar (r.a.) kimi kasıb və qohumu olmayanlara isə daha çox əziyyət verirdilər.Bu işgəncələr illər uzunu davam etdi.Lakin Suheyb (ra) əziyyətlərə səbr etdi.Beləcə Yer üzünün ən səbrliləri içində özünə yer aldı.

Səbr və Şükr dolu bir həyat

Suheyb (ra) həm də yaxşı bir dəmirçi idi.Bu peşəsi ilə də illər sonra çoxlu var dövlətə sahib olmuşdur,O həm də mahir ox ata bilən bir döyüşçü idi.
İllər ötdü.Artıq Mədinəyə hicrət zamanı gəlmişdir.Bütün müsəlmanlar Mədinəyə hicrət etməyə başladılar.Rəsuli-Əkrəm (SallAllahu aleyhi və səllləm) və Əbu Bəkr də (Ra) Məkkədən ayrılmışdır.Məkkədən ən son çıxanlardan biri isə Suheyb (ra) olmuşdur.Suheyb (ra) Məkkədən çıxarkən Məkkəli müşriklər yolunu kəsir.Suheyb (ra) dərhal ox çantasını götürüb, əvvəlcə müşriklərə yaxşı ox ata bildiyini xatırladır.Sonra isə oxlar bitənə qədər onlara ox atacağını, daha sonra isə qılıncı ilə mübarizə aparacağını söyləyir.Müşriklər isə Məkkəyə kasıb halda gəldiyini, indi isə var-dövlət ilə Məkkəni tərk etməsinə icazə verməyəcəklərini söyləyirlər.Süheyb (ra) cavabında bütün mal-dövlətini onlara verəcəyini, əvəzində isə yolundan çəkilmələrini təklif edir.Müşriklər razılaşırlar.Beləcə bu böyük səhabə bütün mal-dövlətini müşriklərə verib, öz yoluna davam edir.Uzun səfərdən sonra nəhayət, Suheyb ibn Sinan (ra) Mədinəyə çatır.Rəsulullahın (SallAllahu aleyhi vəsəlləm) yanına çatarkən aclıqdan və yorğunluqdan hərəkət etməyə halı qalmamışdır.

Gətirilən xurmaları yeyərkən Allah Rəsulu
(SallAllahu aleyhi və səlləm) bu ayələri oxuyur:

-İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün)
öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
(Bəqərə surəsi/207)

Səbr və Şükr dolu bir həyat

Suheyb (ra) başına gələnləri peyğəmbərə (Sallallahu aleyhi və səlləm)
danışarkən Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurdu:

-Ey Əbu Yəhya! Sən bu alış-verişdə qazandın.
(Hakim,Müstədrək, c.3,s.398; Nəvəvi, Riyazus-Salihin,c.1,s.211)

Suheyb (ra) Peyğəmbərin (SallAllahu aleyhi və səlləm) yanında bütün döyüşlərə qatıldı.
Möminlərin Əmiri Ömər İbnul-Xəttaba (Ra) sui-qəsd edildikdən sonra üç
gün müddətində onun vəzifəsini icra etdi və məsciddə imamlıq etdi.
Ömrünün hər anı səbrlə hörülmüş bu böyük səhabə hicrətin 38-ci ilində
Mədinədə ruhunu Allahu təaləyə təslim etdi. Allah ondan razı olsun.


Geri dön

Ay Üzlü

  • 21 sentyabr 2011 18:59
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
Allah her kese sebirli wukurlu yalansiz bir heyah versin
tewekkurler gozel xeber ucun

ZERiDE

  • 21 sentyabr 2011 18:14
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
Allah razi olsun.yazan ellerin yorulmasin dosi.twk xebere gore....

maiw mm

  • 21 sentyabr 2011 16:39
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
tewekur..........

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

PELIN_ATABAY

  • 21 sentyabr 2011 15:57
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
Suheyb (ra) başına gələnləri peyğəmbərə (Sallallahu aleyhi və səlləm)danışarkən Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurdu:-Ey Əbu Yəhya! Sən bu alış-verişdə qazandın. (Hakim,Müstədrək, c.3,s.398; Nəvəvi, Riyazus-Salihin,c.1,s.211)Suheyb (ra) Peyğəmbərin (SallAllahu aleyhi və səlləm) yanında bütün döyüşlərə qatıldı.Möminlərin Əmiri Ömər İbnul-Xəttaba (Ra) sui-qəsd edildikdən sonra üç gün müddətində onun vəzifəsini icra etdi və məsciddə imamlıq etdi.Ömrünün hər anı səbrlə hörülmüş bu böyük səhabə hicrətin 38-ci ilindəMədinədə ruhunu Allahu təaləyə təslim etdi. Allah ondan razı olsun


--------------------

CeNNeT_MeLeYi

  • 21 sentyabr 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
tskler maraglidir

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.

_Yaxsiliq Meleyi_

  • 21 sentyabr 2011 14:53
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah bizim sebrimizi çox etsin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

gulnihal

  • 21 sentyabr 2011 14:45
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
ALLAH bizleride sebr ve sukur edenlerden etsin.

RADUQA

  • 21 sentyabr 2011 14:27
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR DOSTUM.....COX SAQOL DEYERLI XEBERLER UCUN.
Allah bizleri sebr sahibi etsin...dilimizden wukurleri eskik etmesin....!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

... Deryam ...

  • 21 sentyabr 2011 14:26
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah bizlerdi sebr eden bendelerinnen etsin .
.....Deyerli xebere gore twk ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 38
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}