Sus

 
Sus

Sus könlüm. Çox dilə gətirmə. Sən dilə gətirdikcə könlün daha da coşur, daha maraqlanır və gözləmək daha da çətinləşir.

Sus könlüm. Çox söz etmə. Az söylə ki, işimiz yetkinləşsin. Az söylə ki, Haqqa qarşı səhv kəlam çıxmasın.

Sus könlüm. Bir az sus. Az qaldı bahara döz könlüm. Dənizin içində meydana gələn görünməyən dalğalar kimidir ürəyin, bilirəm. Gözləməkdən başqa çarə olsaydı, səni dayandırmazdım. ..İnan mənə. ..Ama yox,. Başqa çarə yox. Unutma ki, dərman belə gözləmədən təsir etməz, çiçək belə vaxtı gəlmədən açmaz...

Sus könlüm. Bu qışın bahara dönənə qədər. Bu gecə gündüz olana qədər. Uzaq yollar yaxınlaşana qədər. Bu çətinliyin ardından fərahlıq gələnə qədər. Və üzümüz vusal gözyaşlarıyla islanana qədər sus...

Sus könlüm. Səni səndən daha yaxşı bilən Rəbbinin hökmü baş verənə qədər. Sənin nəsibin sənə çatana qədər, çatmayanlarınsa sənin nəsibin olmadığını anlayana qədər sus...

Sus könlüm. ONUN gələcəyini görənə qədər. Ağrının bala çevrildiyinin fərqinə varana qədər. Onun könlünün sənin könlünə söhbət düyünüylə bağlandığını görənə qədər sus.

Sus könlüm. Səbəblər var, edilənə qədər. Bəhanələr meydana gələnə qədər, bir-birimizin nəsibi olana qədər sus.

Sus könlüm. Bütün bu susmalarına qarşılıq hər şeyin xeyirlisinin olacağına inanaraq sus...

Sus könlüm. Hər susuşun bir cavab olsun. Hər susuşun, səbrin olsun. Hər susuşun, duan olsun. İçdən yalvarışının adı olsun, susuşun. Gözləyişinin, ümid edişinin, inancının, sevdiyinin vurğusu olsun, susuşun...


Geri dön

_RONALDO_

  • 13 mart 2011 10:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tesekkurler

--------------------

sevgi yalandir

  • 18 oktyabr 2010 15:08
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler bezen seni sevirem demek dememekden yaxsidir

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 26 sentyabr 2010 14:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked susuram

Dj_Tural

  • 26 sentyabr 2010 05:14
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler super menali sozleri var

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

MiYasKa KrEoZi

  • 26 sentyabr 2010 01:37
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
Sus deMesEm De suSur.. fellow TesheKkurLerr maRaqLI iDi smile

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}