Təbii balı saxtadan necə fərqləndirilməli?

 
Təbii balı saxtadan necə fərqləndirilməli?

Dünən Bakıda arıçılıq məhsullarının satış yarmarkası açılıb.

"Ekspress" qəzeti yazır ki, yarmarkada 41 rayondan arıçılar dəvət olunub. Yarmarkada bal satışı ilə bərabər elmi-praktik konfrans da keçiriləcək. Konfransa alimlər, xarici ölkələrdən arıçılıq üzrə mütəxəssislər dəvət olunub.

Kənd Təsərrufatı Nazirliyində heyvandarlıq məhsuldarlığının istehsalı emalı damazlıq işi və otlaqlar şöbəsinin müdir müavini Fəxrət Eminovun sözlərinə görə, yarmarkada peşəkar, yüksək səviyyədə bal istehsal edən arıçıların iştirakı təmin edilib. Arıçıların ölkədə damazlıq arıçılığının inkişafına böyük maraq göstərdiklərini deyən nazirlik nümayəndəsinin sözlərinə görə, bu məsələ ilə əlaqədar KTN tərəfindən müvafiq tədbirlər həyata keçirilir, layihələr işlənilir. "Yaxın vaxtlarda damazlıq arıçılığının inkişafı ilə bağlı böyük layihələr həyata keçiriləcək. Bu, arıçılığın daha da inkişaf etməsinə, yerli arı genifondunun qorunub saxlanılmasına kömək edəcək".

Onun dediyinə görə, hal-hazırda respublika baytarlıq laboratoriyasının mütəxəssisləri hər bir arıçıya fərdi yanaşaraq onların gətirdikləri ballardan nümunələr götürür və nümunələrə baxıldıqdan sonra hər birinə sertifikat veriləcək. F.Eminov sərgidə satılan 1 kq balın 15 manat olduğunu bildirib.

"Yarmarkada balı 15 manatdan baha satmağa icazə verilmir. Çünki bu, sərgidir. Biz də əhalinin daha ucuz və keyfiyyətli bal almasına çalışırıq. Burada elə arıçılar var ki, 30 manata bal satırlar. Amma biz onları məcbur edirik ki, 15 manatdan yuxarı qiymətə satmasınlar. Rayon İcra Hakimiyyətləri ilə Kənd Təsərrüfatı Nazirliyi birgə sərgidə satılan balların qiymətinə nəzarət edir. Balın qiyməti ilə əlaqədar bütün arıçılara məlumat verilib", - deyən həmsöhbətimiz keçən il müstəsna hal kimi Naxçıvandan gələnlərə 17-18 manata bal satmağa icazə verildiyini bildirib. Bunu isə Naxçıvan arıçılarının Bakıya təyyarə ilə gəlmələri ilə izah edib. "Onların yol xərcini nəzərə alıb balı 2-3 manat baha qiymətə satmalarına icazə vermişik".

Bal yarmarkasında olasan, təbii balla saxtanın fərqini arıçıların öz dilindən eşitməyəsən, bu mümkün deyil. Arıçı Asif Kərimovun dediyinə görə, təbii bal olan bankaya günəş şüası düşdükdə qırılır, yəni ki, bankadan keçə bilməyib səmtini dəyişir. "Saxta bal isə günəş şüasını asanlıqla qəbul edərək alışır. Bu, təbii balı saxtadan ayıran əsas xüsusiyyətdir".

A.Kərimov arıçılıq məhsullarının müalicəvi xüsusiyyətlərindən də danışıb. "Təmiz balı yaraya yaxdıqda yara sağalır, bal isə bütünlüklə həmin nahiyəyə hopur. Bal ağrını da bədəndən götürür. Bunun üçün ağrıyan hissələrə balı çəkib sellofanla bükmək lazımdır. Ölü arıların da müalicəvi əhəmiyyəti var. Ölü arını spirtlə qarışdırıb istifadə etmək olur. Bu, prostat vəzi xəstəliyi zamanı da xeyirlidir. Arı şanının üzünün qaymağı da müalicə üçün əvəzsizdir. Bu qaymaq sağalmaz vərəm xəstəliyini sağalda bilir. Arının ağac çürüntülərindən topladığı propolis də çox faydalıdır. Propolis 99 faiz infeksiyanı öldürmə gücünə malikdir. Bundan başqa arı məhsullarından müəyyən dərmanlar da hazırlanır. Həkimlərin insan orqanizmindəki əritməyə gücü çatmadığı duzları həmin dərman vasitələri əridir. Mədə yarası, bağırsaq çatı, bağırsaqda qansızmalara qarşı da dərman düzəldirik. Arı məhsullarından hazırladığımız dərmanlar çox tez, 10-15 günə nəticə verir".

O, balın arının ən ucuz məhsulu olduğunu bildirir. "Digər arıçılıq məhsulları daha qiymətlidir. Arı südünün 1 qramı 100 manatadır. Arı südü kimi dünyada ikinci maddə yoxdur ki, qocalığı qismən dayandırsın. Təbii arı südü qaymaq kimi olur və axmır. Arı südünün saxlanma qaydası da çox çətindir. Ancaq balda saxlamaq olur".

Çiçək tozu haqqında da məlumat verən müsahibimin dediyinə görə, arı çiçək tozunu ayaqlarında gətirir. "Çiçək tozu dən şəklində olur. Bir neçə rəngdən ibarət olan çiçək tozu daha xeyirlidir".

Arıçı Daşkəsən zonasının balının ən yaxşı bal hesab olunduğunu deyir. "Lakin bu gün çoxları Daşkəsən balı adı ilə saxta ballar satırlar. Dünyada Daşkəsən arısına çatan arı yoxdur. Bu arılar mülayim xarakteri və yüksək məhsuldarlığı ilə seçilirlər. Onlar insanları sancmır. Xortumları isə uzun olduğundan başqa arıların çiçəklərdən ala bilmədiyi şirəni ala bilir. Nadir bal növləri almaq olur. Orta yaşına kimi o arılar işləyir. Bu arıların vətəni Daşkəsən rayonunun Qabaqtəpə kəndidir".

Arıçı Asim Quliyev isə təbii balı fərqləndirməyin başqa yollarından danışıb. "Saxta balı əsl baldan müxtəlif yollarla fərqləndirmək olar. Balı adi qəzet səhifəsinin üstünə qoyub yarım saat saxlayırsan. Əgər qəzet səhifəsinin arxa tərəfinə nəm keçibsə, demək, bal saxtadır. Belə ki, saxta balın tərkibində su olur və ona görə qəzetə nəm keçir. Təbii balı 1 sutka da qəzet səhifəsində saxlasanız, altına nəm keçməyəcək. Balın təbii və ya saxta olduğunu yod vasitəsi ilə də yoxlamaq olar. Belə ki, nəlbəkidə 1 çay qaşığı yodla 1 çay qaşığı balı qarışdırın. 3-4 dəqiqədən sonra, yod və bal tamamilə bir-birindən ayrılır. Saxta balda isə yod və bal bir-birinə qarışır. Kibrit çöpünü bala salıb yandırın, əgər bal təbiidirsə, çöp yanmayacaq. Əks təqdirdə isə yanacaq. Çünki saxta balın tərkibində şəkər tozu olur. Bildiyimiz kimi də şəkər tozu yanır".

O, süni balın hazırlanması sirlərini də açıqlayıb. "Süni bal şəkər tozu və sudan düzəlir. Bundan başqa, keyfiyyətsiz təbii bal da süni yolla alınır. Bunun üçün arıxanaya şəkər tozu qoyulur. Arı da çiçəklərlə deyil, həmin şəkər tozu ilə qidalanır və bal qoyur. Bu bal çox keyfiyyətsiz alınır. Belə balı çiçəklərdən alınan baldan ayırmaq üçün dadına və rənginə fikir verin. Çiçəklərlə qidalanan arılardan alınan təbii balı yedikdə ağzı və boğazı yandırır. Şəkər tozu ilə qidalanan arılardan alınan bal isə boğazı qıcıqlandırmır, rəngi də ağımtıl olur. Bundan başqa üzü ağ rəngdə olan pətəklər var ki, onlar da şəkər tozu ilə qidalanan arıların pətəkləridir".

Arıçı Afərin Əsgərov ən bahalı balın kiloqramını 100 manata satdıqlarını deyir. "Yarmarkada isə qiymət məhdudiyyəti olduğundan məcbur olub həmin balı 50 manata satırıq. Bu balın üstünlüyü çoxdur. Belə bal pətəkləri insanlar yaşadıqları ərazidən minimum 5 km aralıda olur".

Söhbətləşdiyim arıçılar yarmarkadan və balın qiymətindən razı qaldıqlarını bildirdilər.

Oxucuların nəzərinə çatdırırıq ki, bal yarmarkası Əhmədli qəsəbəsi, "Bakı" kinoteatrının yanında təşkil olunub.


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 03:01
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler..

Sirli Melek

  • 22 sentyabr 2011 11:52
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDIR. NƏZƏRƏ ALARAM.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

maiw mm

  • 21 sentyabr 2011 18:53
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
tewekur................

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Ay Üzlü

  • 21 sentyabr 2011 18:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

CeNNeT_MeLeYi

  • 21 sentyabr 2011 18:30
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
twkler bilirdim

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.

Delya_91

  • 21 sentyabr 2011 17:34
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
bal yemirem fellow

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

sevgi yalandir

  • 21 sentyabr 2011 17:24
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hm twk melumata goree

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}