Heç bir uşaq ailəsiz qalmasın

 
Heç bir uşaq ailəsiz qalmasın

Cəmiyyətimizin hər bir üzvü xüsusi qayğıya ehtiyacı olan, risk qrupuna daxil uşaqlara, onların ailələrinə dəstək olmalıdır”.
Mingəçevir şəhərində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aygün Sadıqova deyir ki, təmsil etdiyi təşkilat da bu yöndə əlindən gələni əsirgəmir.
“Həmsöhbətimizin sözlərinə görə, Uşaq və Ailələrə Dəstək Mərkəzi 2005-ci ildə ABŞ-ın “Uşaqların xilası” (“Save the children”) təşkilatı tərəfindən yaradılıb. Lakin mərkəz 4 ildən artıq müqavilə ilə işlədikdən sonra 2009-cu ilin fevral ayından Təhsil Nazirliyinin balansına verilib: “Mərkəzin açılmasında məqsəd xüsusi qayğıya ehtiyacı olan, risk qrupuna daxil uşaqlara, onların ailələrinə dəstək olmaqdır”. Onun sözlərinə görə, mərkəz ilk olaraq, Azərbaycanda 3 yerdə yaradılıb: Mingəçevirdə, Goranboyda, Bakının Şüvəlan qəsəbəsində. Hazırda 120-yə yaxın üzvümüz var. Onların bir hissəsi fiziki qüsurlu, bir hissəsi əqli çatışmazlığı olanlar, bir hissəsi isə tək valideynli uşaqlar və sairədir”.
“Bu cür mərkəzlər ona görə açılır ki, internat-məktəblər aradan qaldırılsın”
Mərkəzin üzvləri arasında sağlam uşaqların da olduğunu söyləyən A. Sadıqova bildirdi ki, məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyasına, inteqrasiyasına dəstək göstərməkdir: “Uşaqları qəbul edərkən ailələrdə olur, onların valideynləri ilə söhbət edirik. Ailələr özləri də gəlib mərkəzimizlə tanış olurlar, buradakı şəraitlə maraqlanırlar. Valideynlərin çoxu müəllimlərin uşaqlara münasibətini öyrənəndən sonra uşaqlarını mərkəzimizə verirlər”. Müsahibimiz bu cür mərkəzlərin açılmasının məqsədinin internat-məktəblərin aradan qaldırılması olduğunu vurğuladı. Onun sözlərinə görə, mərkəzdə gün ərzində 3 dəfə xörək verilir, loqopet, psixoloq xidmətləri göstərilir, kompyuter, ingilis dili dərnəklərində bilik və bacarıqlar tədris olunur: “Bu cür mərkəzlər ona görə açılır ki, internat məktəblər aradan qaldırılsın, yəni hər bir uşaq öz ailəsində qalsın. Uşaqlar gün ərzində bizim məktəbimizdə olur, axşam isə öz evlərinə yola salınırlar”.
“Bu uşaqları öz doğmamız sayırıq”
Bəzi valideynlərin imkansızlıq ucbatından övladını internata vermək istədiyini vurğulayan A. Sadıqova: “Həmin valideynlərin bir neçəsinə iş tapmaqda yardımçı olmuşuq. Yəni biz əlimizdəki bütün imkanlardan istifadə edirik ki, övlad ailədən uzaqlaşdırılmasın. Bunun effektini də görürük. Ata, yaxud ana iş tapandan sonra bu fikrlərindən daşınırlar”.
“Əqli çatışmazlığı, fiziki qüsuru olan uşaqlarla işləmək çətindirmi?” sualımıza həmsöhbətimizin cavabı belə oldu: “Allah səbir verir ki, belə uşaqlarla işləyək. Allaha şükür, hər şey qaydasındadır. Biz belə uşaqlara artıq öyrəşmişik, onları ailəmizin bir üzvü, əzizimiz sayırıq, doğmamız bilirik”.
“Onların sevinci bizə bəsdir”

Aygün xanım imkanlı şəxslərin bayramlarda, əlamətdar günlərdə bu cür uşaqlara yardım göstərmələrini də məmnuniyyətlə xatırladır. Onun sözlərinə görə, Mərkəzə üzv olan uşaqlar Təhsil Nazirliyinin xətti ilə Azərbaycanın gəzməli, görməli yerlərinə ekskursiyaya aparılır: “Ailələrin aparmağa imkanı yoxdur. Uşaqlar gözəl yerləri gördükcə, gəzdikcə valeh olurlar. O uşaqların sevinci bizə bəsdir”.

Mərkəzin rəhbəri yerli və paytaxtda fəaliyyət göstərən tibb mərkəzlərindən də razılığını bildirdi. Dediyinə görə, indiyədək səhhətində problem olan uşaqların müayinəsi və müalicəsi məqsədilə hansı səhiyyə orqanına müraciət ediblərsə, müsbət cavab alıblar


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:58
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl Bolqar bibəri
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
zövqə görə xırda doğranmış şüyüt
zövqə görə duz
zövqə görə istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.
Nuş Olsun!

sorry sehv getdi


tewekkurler..

Sirli Melek

  • 22 sentyabr 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
HEÇ BİR UŞAQ VALİDEYNSİZ OLMASIN!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

_LiLaC_

  • 21 sentyabr 2011 23:31
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Uşaqlar geleceyimizdir

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

RADUQA

  • 21 sentyabr 2011 22:26
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR EDIREM XEBER UCUN...
ALLAH VERMESE HEC KIM UWAQ GETIRE BILMEZ DUNYAYA...O WEREFI TANRI BEXW EDIR INSANA...
ALLAH BUTUN UWAQLARI ATALI ANALI XOWBEXT BOYUTSUN...ANA ATALARIN QELBINDEN OVLAD SEVGISIN ...EVLADIN QELBINDENDE ATA ANA SEVGISIN ESKIK ETMESIN...!!!AMIN...!!!

TEWEKKUR EDIREM XEBER UCUN...
ALLAH VERMESE HEC KIM UWAQ GETIRE BILMEZ DUNYAYA...O WEREFI TANRI BEXW EDIR INSANA...
ALLAH BUTUN UWAQLARI ATALI ANALI XOWBEXT BOYUTSUN...ANA ATALARIN QELBINDEN OVLAD SEVGISIN ...EVLADIN QELBINDENDE ATA ANA SEVGISIN ESKIK ETMESIN...!!!AMIN...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Niqulka

  • 21 sentyabr 2011 21:01
  • Məqalə: 1
  • Şərh: 98
  • Bal:
{awards}
heç bir uşaq ailəsiz qalmasın.Amin

maiw mm

  • 21 sentyabr 2011 18:45
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
tawakur.........

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

CeNNeT_MeLeYi

  • 21 sentyabr 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
cox sagolun

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.

Ay Üzlü

  • 21 sentyabr 2011 18:20
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah hec bir uwagi ailesiz qoymasin Amin
tewekkurler xeber ucun

V_I_P

  • 21 sentyabr 2011 17:20
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
ammin allah hamin anasini atasini saxlasin. ammin.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Delya_91

  • 21 sentyabr 2011 17:13
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Ne bilim ele valideynlere deyecek sozum yoxdur,imkanin yoxdu usaq getirme dunyaya.eh neyse

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}