Ümmətə nəsihət

 
Ümmətə nəsihət

Ümmətə nəsihət

Bismillahir-rehmanir-rehim

Ümmətə nəsihət
İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi.
O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir, zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş, yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam tə’limləri ilə tanış edirdi.

Bu moizələri araşdırdıqda görürük ki, İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi.

Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda “İmamət” məsələsinin həqiqətini, yə’ni, İslam hökumətinin mə’sum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən, münafiq, fasiq, zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi.

Camaata başa salırdı ki, Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki, nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.


Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki, İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bə’zi hissələrini oxucuların nəzərinə çatdırırıq:

“Camaat, təqvalı olun və bilin ki, Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin, istər yaxşı, istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah, sənin üçün göndərilmiş Peyğəmbər, itaət etdiyin din, qəbul etdiyin İmam olacaqdır.” (Tühəfül-üqul, səh.249)

Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:
Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.

İmamın öz sözünə “camaat” ifadəsi ilə başlamasından mə’lum olur ki, bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil, bütün insanlara xitab edir.

İmam söhbəti əsnasında istər aşkara, istərsə də işarə ilə Qur’anın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki, burada İmamın tərəf müqabili ümumi camaat olmuş, ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır.
Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Qur’an ayələrindən istifadə etmişdir.
Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Qur’an ayələrinə istinad etməyə ehtiyac duymurdu. (İmam Səccad əleyhissəlamın həyatı barədə araşdırma, səh.36-38)

Ümmətə nəsihət


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:51
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

devyjones

  • 22 sentyabr 2011 00:20
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
O gün Qorxulu gündür o gündə bizim ixtiyarımız əlimizdən alınar Allahın ixtiyarına tabe olarıq.Hələ ki nəfəsimizi alıb veririk ixtiyarımız əlimizdədi tövbə edək Allaha qayıdaq Xəbərə görədə Təşəkkürlər!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

MuCaHiD_313

  • 21 sentyabr 2011 23:38
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Ey oğlum! Dünya dərin dəniz kimidir. Çox insanlar onda boğulmuşdur. Gəmin təqva, yükün iman, halın təvəkkül olsun, bəlkə xilas olarsan..Ey oğlum! Alimlərə qarşı öyünmək, ağılsızlarla inadlaşmaq və məclislərdə, yığıncaqlarda özünü nümayiş etmək üçün elm öyrənmə! Ehtiyacım yox deyərək də elmi tərk etmə.Ey oğlum! Allah-Təalanı anan (xatırlayan) insanlar görsən onlarla otur. Alim olsan belə elminin faydasını görərsən və elmin artar, sən öyrəmnəyə layiq isən sənə öyrədərlər. Allah-Təala onlara olan rəhmətindən səni də faydalandırar. Allah-Təalanı zikr etməyənləri görsən onlardan uzaq dur.Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın! O, hər səhər zikr və təsbih edir, sən isə yatırsan."

"Ey oğlum! Seçilmiş qullara təslim ol, pislərlə dost olma."

"Ey oğlum! İnsanlara yaxşılıqları əmr və nəsihət edib özünü unutma! Yoxsa şam kimi olarsan. Şam insanları işıqlandırar, lakin özünü yandırıb əridir."

"Ey oğlum! Yalandan çox çəkin! Çünki yalan dinini pozar və insanlar yanında mürüvvətini azaldır. Bununla həyanı, dəyərini və mövqeyini itirərsən."

"Ey oğlum! Pis xasiyyətdən, könüldağınıqlığından çəkin. Səbirsiz olma, yoxsa dost tapa bilməzsən. İşini sevərək yerinə yetir, çətinliklərə döz. Bütün insanlara qarşı yaxşı xasiyyətli ol."

"Ey oğlum! Həmişə kədərli olma, ürəyini dərdləndirmə. İnsanların əlində olana tamah salmaqdan çəkin. Qədərə razı ol və Allah-Təalanın sənə verdiyi ruziyə qənaət et. "

"Ey oğlum! Dünya müvəqqəti və qısadır. Sənin dünya həyatın isə azdan da azdır. Bunun da azının azı qalmış, çoxu keçmişdir."

"Ey oğlum! Tövbəni sabaha saxlama, çünki ölüm qəflətən gəlib çıxar."

"Ey oğlum! Sükut etməklə peşman olmazsan. Söz gümüşsə də sükut qızıldır."

"Ey oğlum! Halal loğma ye və işlərini alimlərə danış, işlərini necə edəcəyini onlardan soruş."

"Ey oğlum! Alimlər məclisində iştirak etməyə davam et. Bahar yağışı ilə yer üzünü yaşıllaşdıran Allah-Təala alimlərin məclisindəki hikmət nuru ilə də möminlərin qəlbini işıqlandırar."

"Ey oğlum! Əməl ancaq yəqin (Allah-Təalaya olan elm və mərifət) ilə edilər. Hər kəs yəqini ölçüsündə əməl edər. Əməl nöqsanlığı yəqin nöqsanlığından gəlir."

"Ey oğlum! Bir xəta törətdikdə dərhal tövbə et və sədəqə ver."

"Ey oğlum ! Ölümdən şübhə edirsənsə yuxuya getmə. Yatdığın və yatmaq məcburiyyətində qaldığın kimi, ölümə də məhkumsan. Diriləcəyinə də şübhə edirsənsə, yuxudan oyanma. Yuxudan oyandığın kimi öldükdən sonra da diriləcəksən."

"Ey oğlum! Halal qazanc ilə yoxsulluqdan qorun. Yoxsul kimsə bu üç müsibətlə qarşılaşır: Din zəifliyi, ağıl zəifliyi və mürüvvətin itməsi."

"Ey oğlum! Mərhəmət edən mərhəmət tapar. Sükut edən salamatlığa qovuşar, xeyir söyləyən mənfəət qazanar, pis danışan günahkar olar , dilinə hakim olmayan peşman olar."

"Ey Oğlum! Dünya malından yetəcək qədərini al, çoxunu axirət üçün xeyirə sərf et. Sıxıntıya düşəcək və başqasının kürəyinə yük olacaq şəkildə tənbəllik etmə."

"Ey oğlum! Əsla kimsəni kiçik görüb həkərət etmə. Çünki onun da, sənin də Rəbbiniiz birdir

HZ>>LOGMAN- eliyhisalamin ogluna nesihetleri hemcininde bizlere

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

_LiLaC_

  • 21 sentyabr 2011 22:59
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
“Camaat, təqvalı olun və bilin ki, Allahın hüzuruna qayıdacaqsınız.

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

maiw mm

  • 21 sentyabr 2011 22:23
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Cilent_M.Q

  • 21 sentyabr 2011 21:36
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

INSAN RUHU

  • 21 sentyabr 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
BUGUN EMEL GUNUDU,,HESAB YOXDU...
SABAH HESAB GUNUDU,,EMEL YOXDU...
ALLAH RAZI OLSUN SIZDEN..!!!

Ay Üzlü

  • 21 sentyabr 2011 20:05
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}