Pak və təqvalı olmaq dərsi

 
Pak və təqvalı olmaq dərsi

Pak və təqvalı olmaq dərsi

Bismillahir-rehmanir-rehim

Pak və təqvalı olmaq dərsi

Elə bilməyin ki, Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad (əleyhissəlam) üçün hazırlamırdılar.
Xeyr, onlar bu cür planlardan çox çəkirdilər, ancaq İmam Səccad (əleyhissəlam) onların bu kələklərinə uymur, hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmayaraq onlara qarşı e’tinasızlıq edirdi.
Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə, İmam Səccad (əleyhissəlam) onlara rədd cavabı verirdi.
Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir:
Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf Kə’bə evinin ətrafına dövr vurmaq təvaf adlanır (Kə’bə evinin ətrafına dövr vurmaq təvaf adlanır) edirdi. İmam Səccad (əleyhissəlam) da, onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir e’tina etmirdi.
İmam Səccad əleyhissəlamı yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: “Bu kimdir ki, bizdən qabaqda təvaf edir və bizə heç e’tina etmir?”
Dedilər ki, o, Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır).

Əbdülməlik bir qırağda oturub dedi: “Onu mənim yanıma gətirin!”
İmam Səccad (əleyhissəlam) onun yanına gələndə Əbdülməlik dedi: “Ey Əli ibn Hüseyn (əleyhissəlam)! Mən ki, sənin atanın qatili deyiləm, niyə mənim yanıma gəlmirsən?”
İmam Səccad (əleyhissəlam) buyurdu: “Atamın qatili onun dünyasını puç etdi, atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə, onda ol!”

Əbdülməlik dedi: “Yox, məqsədim budur ki, bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən.”
Bu vaxt İmam Səccad (əleyhissəlam) yerə oturub paltarının ətəyini açaraq buyurdu: “İlahi, Öz övliyalarının qədir-qiymətini ona göstər.” Birdən gördülər ki, o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad (əleyhissəlam) buyurdu: “İlahi, bunları götür, bizim onlara ehtiyacımız yoxdur.“ (Əl-Xəraicu vəl-cəraih, səh.232)

Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin qılıncı Əli ibn Hüseyn əleyhissəlamdadır. (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı olduğuna görə fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi.
Bundan da əlavə, o qılıncın İmam Səccad əleyhissəlamda olması Əbdülməliki narahat edirdi.
Çünki İmam (əleyhissəlam) bununla camaatı öz ətrafına yığa bilərdi.
Buna görə də, Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi.
Hələ İmam Səccad əleyhissəlama bir məktub da yazıb bildirdi ki, əgər bir işi olsa, xəlifə onu yerinə yetirməyə hazırdır.
İmam Səccad (əleyhissəlam) qasidə rədd cavabı verdi.
Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki, əgər qılıncı verməsən, sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad (əleyhissəlam) da beytül-maldan pay alırdı.)
İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür.
Allah Qur’anda buyurur ki, “Allah, həqiqətən heç bir xaini, nankoru sevməz.” (“Həcc” surəsi, ayə 38. Ə’yanuş-şiə, c.1, səh.365)

Pak və təqvalı olmaq dərsi


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:50
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
tewekkurler

VuSkA_248

  • 22 sentyabr 2011 10:47
  • Məqalə: 55
  • Şərh: 207
  • Bal:
{awards}
twk. emeye gore. Allah razi olsun

--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

KRiPToS

  • 22 sentyabr 2011 00:52
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

devyjones

  • 22 sentyabr 2011 00:12
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Allah Razi Olsun Xəbərə söz ola bilməz! İmamların belə hadisələri çox olub sübutlar çoc olub amma gərşi iman edənlər olmayıb.Allah Quranda buyurur.Biz onların gözlərini dillərini qəlblərin və qulaqlarınıi möhürləmişik.Nə haqqı görərlər nə danışarlar nədə ki,eşidərlər Allah bizi haqq yolda olanlardan eyləsin!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

MuCaHiD_313

  • 22 sentyabr 2011 00:03
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri
Əl-İrşad, səh.260.
İmam Səccad əleyhissəlamın öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də, İslam hökmlərinin nəşri, əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad (əleyhissəlam) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki, İmam əleyhissəlamın bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Şiə məzhəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: “Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr, dualar, Qur’an fəzilətləri, halal-haramlar qeyd etmişlər ki, bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək, söhbət çox uzanar<<İmam Səccad əleyhissəlamdan yadigar qalmış əxlaqi-tərbiyəvi tə’limlərdən bir nümunəsi “Risalətül-hüquq” adlı bir topludur. İmam burada insanın müxtəlif, istər Allah qarşısında, istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (əleyhissəlam) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.
İmam Səccad əleyhissəlamın bəyan etdiyi vəzifələr, insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir 1) Allahın haqqı; 2) İnsanın nəfsinin haqqı; 3) Dilin haqqı; 4) Qulağın haqqı; 5) Gözün haqqı; 6) Əlin haqqı; 7) Ayağın haqqı; 8) Qarının haqqı; 9) Өvrətin haqqı; 10) Namazın haqqı; 11) Həccin haqqı; 12) Orucun haqqı; 13) Sədəqənin haqqı; 14) Qurbanlığın haqqı; 15) Hökmdarın haqqı; 16) Müəllimin haqqı; 17) Qul sahibinin haqqı; 18) Rəiyyətin haqqı; 19) Şagirdlərin haqqı; 20) Həyat yoldaşının haqqı; 21) Qulun haqqı; 22) Ananın haqqı; 23) Atanın haqqı; 24) Өvladın haqqı; 25) Qardaşın haqqı; 26) Qulu azad edənin haqqı; 27) Azad olmuş qulun haqqı; 28) Yaxşı iş görənin haqqı; 29)Azançının haqqı; 30) Pişnamazın haqqı; 31) Həmnişinin haqqı; 32) Qonşunun haqqı; 33) Dostun haqqı; 34) Şərikin haqqı; 35) Malın haqqı; 36) Borc sahibinin haqqı; 37) Həmsöhbətin haqqı; 38) Düşmənin insana olan haqqı; 39) İnsanın düşmənə olan haqqı; 40) Müşavirə edənin haqqı; 41) Müşavirəçinin haqqı; 42) Nəsihət istəyənin haqqı; 43) Nəsihət edənin haqqı; 44) Böyüyün haqqı; 45) Kiçiyin haqqı; 46) Dilənçinin haqqı; 47) Kömək istəyənin haqqı; 48) İnsanı sevindirənin haqqı; 49) İnsanı qəmləndirənin haqqı; 50) Həmdinlilərin haqqı; 51) Zimmilərin haqqı.

İmam Səccad əleyhissəlamın həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarmaqarışıq günlərində, istərsə də, kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə, o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccad əleyhissəlamın bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir:
İmam Səccad (əleyhissəlam) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.Hilyətül-övliya, c.3, səh.136Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (əleyhissəlam) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs İmam Səccad (əleyhissəlam) olmuşdur] O, gecələr namə’lum şəkildə çörək, yemək və s. şeyləri şəxsən öz çiyninə atır, kimsəsizlərin qapısına aparıb buyurardı: «Gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür. Kəşfül-ğümmə, c.2, səh.289;Nurul-Əbsar, səh.140.Kəşfül-ğümmə, c.2, səh.289;Təzkirətul-Xəvas, səh.327. Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn (əleyhissəlam) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq.

İmam Səccad (əleyhissəlam) şəxsən un və digər ərzaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki,onun çiyni əzilərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş, onun səbəbini soruşduqda, “bu, yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir” cavabı eşitmişdilər.Hilyətül-övliya, c.2, səh.136.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

★Azerbaijan girl★

  • 21 sentyabr 2011 23:10
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thankssssssssssssssss

Zehra MeLeK

  • 21 sentyabr 2011 23:10
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

_LiLaC_

  • 21 sentyabr 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

maiw mm

  • 21 sentyabr 2011 22:15
  • Məqalə: 14
  • Şərh: 277
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Cilent_M.Q

  • 21 sentyabr 2011 21:32
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

INSAN RUHU

  • 21 sentyabr 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Allah Qur’anda buyurur ki, “Allah, həqiqətən heç bir xaini, nankoru sevməz.” (“Həcc” surəsi, ayə 38. Ə’yanuş-şiə, c.1, səh.365)

Zaurcik2011

  • 21 sentyabr 2011 20:36
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ay Üzlü

  • 21 sentyabr 2011 20:02
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

HaYaT_GuZeL

  • 21 sentyabr 2011 19:57
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsun.Tesekkurler gozel bacisim xebere gore.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}