Zühri kimdir?

 
Zühri kimdir?

Zühri kimdir?

Zühri kimdir?

Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük
hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni məzhəbinin “yeddi fəqih” (Məhəmməd ibn Sə`din qeydlərinə əsasən digər altı fəqih bunlardan ibarətdir:
1. Səid ibn Müsəyyib.
2. Süleyman ibn Yəsar.
3. Əkrəmə (ibn Abbasın azad etdiyi şəxs).
4. Əbu Bəkr ibn Əbdürrəhman.
5. Əta ibn Əli Ribah.
6. Ürvə ibn Zübeyr.


“Təbəqatül-kübra”, c. 2, s. 379-387)indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki, böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şər’i məsələlər) rəvayət etmişlər. (Səfinətül-bihar, c.1, səh.573)

Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar:
Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.” (Ət-Təbəqatül-kubra, c.2, səh.388)
Yaxud: “Məkhula dedilər ki, indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.”(Əl-Bidayətu vən-nihayə)

Bununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm, zöhd, təqva əzmətinin heyranı, o Həzrətin mə’nəvi məqamının vurğunu idi.
Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.) (Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.159) Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi, ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.(Kəşfül-ğümmə, c.2, səh.288)

O, İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş, ondan çoxlu hədis nəql etmişdir. (Biharül-ənvar, c.46, səh.57; 64-65;73 və s. Ehticaci Təbərsi, c.2, səh.5)

Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o, bir nəfəri cəzalandırmış, həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: “Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”

Bir gün İmam Səccad (əleyhissəlam) Zührini görüb buyurdu: “Sənin (Allah rəhmətindən) mə’yus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et!
Ölən şəxsin qan bahasını onun varislərinə göndər, özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi.
O, sonralar deyirdi: “Əli ibn Hüseyn əleyhissəlama hamıdan çox mən borcluyam.” (Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.59; Əl-Bidayətu vən-nihayə, c.9, səh.106)

Zühri kimdir?


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:50
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

Inciciceyi

  • 22 sentyabr 2011 08:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

KRiPToS

  • 22 sentyabr 2011 00:51
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

devyjones

  • 22 sentyabr 2011 00:26
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Zühri Haqqın heç eşitməmişdim Axıra qədər oxudum xəbəri Allah razı olsun !

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

OLSEM_YASAMA

  • 22 sentyabr 2011 00:23
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
twk ALLAH razi olsun

MuCaHiD_313

  • 22 sentyabr 2011 00:00
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
ve lenetullah ela edaihim ecmein

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

MuCaHiD_313

  • 21 sentyabr 2011 23:51
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Zühri kimdir?Həzrət imam seccad(e) saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q)Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni məzhəbinin yeddi fəqihinin dərslərində olmuş, on nəfər səhabənin xidmətinə yetişmişdir. Belə ki, böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şər’i məsələlər) rəvayət etmişlər ( Səfinətül-bihar, c.1, səh.573.-izahli sekilde bu kitabda yazilib)Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir<Ət-Təbəqatül-kubra, cild.2, səh.388.izahli sekilde bu kitabda yazilib)Yaxud: “Məkhula dedilər ki, indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.( Əl-Bidayətu vən-nihayə.KitabiBununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm, zöhd, təqva əzmətinin heyranı, o Həzrətin mə’nəvi məqamının vurğunu idi. Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.)Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.159(izahli sekilde bu kitabda yazilib)muraciet ele)Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi, ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.[253] O, İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş, ondan çoxlu hədis nəql etmişdir<Biharül-ənvar, c.46, səh.57; 64-65;73və s. Ehticaci Təbərsi, c.2, səh.5.izahli sekilde bu kitabda yazilib)

Zühri Bəni-Üməyyə sarayında
İbn Əbil Hədid Zührini Əli əleyhissəlamın müxaliflərindən biri hesab edərək yazır: “Bir gün İmam Səccad (əleyhissəlam) eşitdi ki, Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (əleyhissəlam) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (əleyhissəlam) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı. Şərhi-Nəhcül-bəlağə (İbnƏbil Hədid), c.4,səh.102.Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş tə’yin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə, Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu. Əl-Bidayətu vən-nihayə, c.9, səh.346.

İbn Sə’d yazır: “Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur.Ət-Təbəqatül-kubra, c.7, səh.447. Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O, Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid, Süleyman, Yezid, Hişamın sarayında, eləcə də Өmər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə tə’yin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş, hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi tə’yin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır.Əl-Bidayətu vən-nihayə, c.9,səh.341. Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki,ömrünün sonlarında ona dedilər: “Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın, Peyğəmbər məscidində sütunların birinin kənarında oturub, biz də sənin dövrəndə yığışaydıq, sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki, əgər belə iş tutsam, dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki, mən dünyadan əl çəkib Axirətdən yapışam.<<<ELa lenetullah elel qovmil zalimin

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

.::BaBy_FaCe_WiSe::.

  • 21 sentyabr 2011 23:50
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
cox sagolun deyerli xeberdi amma men gerek kopi edib sonra oxuyum bele tez derk etmiyecem=) smile

--------------------

Zehra MeLeK

  • 21 sentyabr 2011 23:03
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

maiw mm

  • 21 sentyabr 2011 22:08
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

ayet

  • 21 sentyabr 2011 21:14
  • Məqalə: 8
  • Şərh: 4
  • Bal:
{awards}
maraqli idi allah razi olsun

INSAN RUHU

  • 21 sentyabr 2011 20:56
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN VE EHLIBEYTI SEVENLERDEN..!!!

..:MeleK kiz:..

  • 21 sentyabr 2011 20:24
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
bilmirdim bunu

Cilent_M.Q

  • 21 sentyabr 2011 20:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

--------------------

sevgi yalandir

  • 21 sentyabr 2011 20:05
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}