QaraQura - Bir Cümləli Həyat / Hekayə

 
QaraQura - Bir Cümləli Həyat / Hekayə

Onu görəndə köhnə, dağılmış, divarları nəmişlikdən iy verən bir xarabaya bənzər komanı közərtməyə çalışan çilçıraqdan asılmış ipə boğazını keçirmiş halda ayaqları hər an sınacaq taburet üzərində, bir əlində siqaret – bəlkə də onu bu həyatta tərk etməyən yeganə varlıq – digərində isə uşaqlığından ona yadigar qalan – hərçənd hələ də uşaq yaşlarında idi özü - oyuncaq ayısını bərk - bərk sıxmış halda gözləri - sinoptiklərin xəbər verdiyi hər an yağış yağacaq - buludlu bir hava kimi, qəm dəryasında batmış bu qızcığazın arzularını boğmuş dünyadakı insanlara hiddətli, qəzəbli və sanki müharibədə məğlub olmuş bir generalın ruh halını xatırladacaq tərzdə baxarkən, həyatın necə də qəddar, radikal, sərt və faşist olduğunu düşünürdüm, amma həyat neyləsinki insanlar bir ovuc torpağa, var – dövlətə görə, güc qazanmaq, hakimiyyət əldə etmək uğrunda vəhşiləşir, balıq kimi üzüb, quş kimi uçub amma insan kimi yaşaya bilmirlər və bunların acısın həmişə daha zəyif – yəni haqsızlıq etməyi bilməyən, hər kəsi İNSAN kimi düşünən - insanlar çəkir, hansıki, hal - hazırda qarşımda dayanıb, üzünün çirkini göz yaşları ilə yuyur və əlindəki oyuncaq ayısını bərk – bərk sinəsinə sıxaraq sanki ondan dəyərli heç nəyi yoxmuş kimi - anasını doğularkən itirməsi sanki doğulduğu zaman anasını qətlə yetirməsi, atasının bir gecə evə gəlməməsi və ya yoxa çıxması ilə başlayan, həyatın onun üçün bəstələdiyi yalnızlıq simfoniyasının ilk minor notlari ikən bir zamanlar doğum gününə hədiyyə olunan bu oyuncaq onun ilk və son major notları idi həyatında bəlkə də - həyatla son qumarını oynayan və daim məğlub olan bir qumarbaz kimi sanki bu dəfə itirməyə heç nəyi yoxmuş və dodaqlarının çatlarında göz yaşlarının duzluluğu dodaqlarını göynədərkən sol əlində tutduğu siqaretdəki nikotini sonuncu dəfə içinə çəkərək ciyərlərinə ötürüb qanına qarışdırdı və sağ ayağı ilə üzərində dayandığı tabureti sanki bütün ömrü boyu çəktiyi acıların, əzabların, haqsızlıqların və hüznün acığını çıxırmış kimi itələdiyi zaman dodaqlarıma, yanağıma və çənəmə sanki yağış yağırmış kimi göz yaşlarım damcılarkən dünyada qalmalı olan bir insanın gettiyini gördüm..
QaraQura - Bir Cümləli Həyat / Hekayə


Geri dön

K_U_R_S_A_N_T

  • 15 noyabr 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
Twk cooox tesirlidir.

Musique Sage

  • 1 oktyabr 2011 13:32
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkurler

sevgi yalandir

  • 28 sentyabr 2011 20:29
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
vauu deyerdim qeribe hejayeydi,belesini oxumamisdim

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:48
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
tewekkurler

Melek Kiz

  • 22 sentyabr 2011 10:50
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox beyendim PIAH cox sagol

Delya_91

  • 22 sentyabr 2011 09:47
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
vauu deyerdim qeribe hejayeydi,belesini oxumamisdim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 67
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}