Portağaldan da yanacaq əldə etmək olarmış

 
Portağaldan da  yanacaq əldə etmək olarmış

Portağaldan yanacaq əldə etməyin yolu tapılıb. Professor Ceyms Klark iddia edir ki, onun yaratdığı mikrodalğalı soba portağalın qabığını məhv edərək maddə əldə etməyə qadirdir. Sonradan həmin maddədən yağ, plastmas və avtomobil yanacağı emal etmək mümkündür. Mikrodalğa metodu qoz, alma qabığı, kofe, düyü qabığı kimi məhsullardan da yanacaq əldə etməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Express.co.uk" nəşri yazır.Professor Klarkın fikrincə, meyvə yanacağının böyük perspektivləri var. O xatırladıb ki, dünyada ən iri portağal şirəsi istehsalçısı olan Braziliyada ildə 8 milyon tonadək portağal qabığı utilizasiya olunur.

Yeri gəlmişkən, bütün bu tullantılar benzinə çevrilə bilər.Professor Ceyms Klarkın yanacaq istehsalı üzrə mikrodalğalı qurğusu adi mikrodalğalı sobaya oxşayır. Onun istehsalına 200 min funt sterlinq xərclənib. Professor dekabradək saatda 30 kiloqramadək tullantını emal edən mikrodalğalı sobanın tam işlənmiş modelini təqdim etməyi planlaşdırır.Alimin hesablamalarına görə, 1 milyon funta bir saat ərzində altı ton qida tullantısı emal edə biləcək soba düzəltmək mümkündür. O hesab edir ki, gələcəkdə belə bir qurğu adi hadisə ola bilər, onlar ölkənin hər yerindəki ticarət mərkəzlərində, kafe və restoranlarda quraşdırılacaqlar.1 ton portağal qabığından 80 litr benzin alınırPortağal və yosunlardan avtomobil benzini istehsalı barədə İspaniyanın Valensiya vilayətinin hakimiyyəti də fikirləşib. Burada yetişdirilən portağal və limonlar ildə 37,5 milyon litrədək etanol buraxmağa imkan verir.

Tullantıların hər bir tonundan 80 litr avtomobil benzini almaq olar. Valensiyada portağal və limonun illik istehsalı 4 milyon ton təşkil edir. Yerli məmurlar artıq hesablayıblar ki, portağal- destillə zavodunun istismara verilməsindən sonra region yanacaq ixracından asılılığı 40 faiz azalda və 2,5 min yeni iş yeri aça bilər. Portağaldan əldə olunacaq etanolun İspaniyada lazım olan avtomobil yanacağının cəmi 1 faizini təşkil edəcəyi gözlənilir.


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:42
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

sevgi yalandir

  • 22 sentyabr 2011 19:47
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
gercekden maraqlidi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ay Üzlü

  • 22 sentyabr 2011 11:44
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Lap yaxwi.Bele kewfleri ne qeder cox tapsalar o qeder yaxwidi.
Maraqlidi xeberdi cox sag olun.

MələkKız

  • 22 sentyabr 2011 10:34
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gercekden maraqlidi

Inciciceyi

  • 22 sentyabr 2011 10:23
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Melumata gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

VuSkA_248

  • 22 sentyabr 2011 09:55
  • Məqalə: 55
  • Şərh: 227
  • Bal:
{awards}
hmm maraqliydi.
twk. movzuya gore,


--------------------
Heyat Incesenetin en Yaxshi Telebesidir...

Sirli Melek

  • 22 sentyabr 2011 09:45
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Tullantıların hər bir tonundan 80 litr avtomobil benzini almaq olar.
MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Delya_91

  • 22 sentyabr 2011 09:45
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
Maraqli xebere gore sagolun,bilmirdim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}