Şeytanın oyunu (ibrətamiz hekayə)

 
Şeytanın oyunu (ibrətamiz hekayə)

Qəsəbələrin birində Mehman adlı imanlı bir kişi olur.Günah işlətmədən sakit öz həyatını yaşayır.Ancaq elmlə məşğul olmur heç zaman.Bir gün şeytan Allaha deyir ki, sənin o Mehman adlı bəndənin imanı çox zəifdi,mən onu yolundan tez azdıra bilərəm.Allah da şeytana izin verir.Həm beləliklə həmin bəndəsinin imanının gücünü də yoxlamış olacaqdı.Beləcə Şeytan da onu azdırmağın yollarını fikirləşir.Bir gün şeytan qoca nurani bir kişi qiyafəsində gəlir Mehmanın qapısını döyür.Mehmana deyir ki, eşitmişəm sən Allaha ibadət edirsən,məni də evinə qəbul et bir yerdə ibadət edək.Mən bu qəsəbədə təzəyəm qalmağa yerim də yoxdu, sənə yük olmaram.Nəysə Mehman razılaşır.Hər gün ibadət edirlər.Şeytan yemək yemədən ibadət edir.Ancaq Mehman yemək yeyir istirahət edir, həm də ibadətlərini vaxtında edir.Mehman baxır ki, bu kişi necə edir ki, heç yemək yemir, çay içmir ancaq ibadətlə məşğul olur.Soruşur ondan ki, sən necə edirsən ancaq ibadətlə məşğul olursan, heç məgər aclıq hiss etmirsən? Şeytan sevinirdi, çünki istəyinə çatmağına az qalmışdı.Nəysə qoca (şeytan) deyir ki, sən bir günah işlət sonra da tövbə et.O zaman mənim kimi,ancaq ibadətlə məşğul olarsan.Aclıq hiss etməzsən.Mehman razılaşır.Üç təklif edir.
Birincisi - zina etməlisən.
İkincisi - adam öldürməlisən.
Üçüncüsü - içki içməlisən.

Şeytanın oyunu (ibrətamiz hekayə)

Nəysə Mehman fikirləşir ki, ən ona uyğun olanı içkidi.Gedir meyxanəyə.Meyxanədə içkiləri paylayan qadın olur.Çoxlu içki içir.Sora özü də bilmədən içki paylayan qadınla yaxınlıq (zina) edir.Sonra fikirləşir ki, bu qadını öldürməliyəm.Çünki mənim zina etdiyimi bilsələr nüfuzum üçün heç də yaxşı olmaz.O kəntdə hamı onu yaxşı adam kimi tanıyırdı.Qadını öldürür.Şeytan elə edir ki, hamının xəbəri olur.
Mehmanı tuturlar.Mehmanın edam olunmağına yaxın gözünə qoca (şeytan) görünür.Deyir ki, mənə kömək elə məni asacaqlar indi.Şeytan da deyir ki, sən mənə ibadət elə, mən səni qurtararam.Mehman deyir ki, görmürsən məgər mənim əllərim bağlıdı?!Necə edim?Şeytan ona Sən başınla işarə et kifaytdi.O da başıyla işarə edir.Elə o zaman boynundan ipi asırlar.Və imansız kimi ölür.
Rəbbim belə ölümü hər birimizdən uzaq etsin İnşAllah.”Allahım Sən hər birimizə gözəl axirət nəsib et,İnşAllah.Allahım O Nur Camalını görməyi,qəlblərimizdə sənin sevgini hər zaman yaşatmağı,Tesnim ağacının sərin kölgəsində olmağı,Zəmzəm suyundan içməyi,ölərkən Kəlmeyi Şəhadət gətirməyi nəsib et. Amin!!!

Şeytanın oyunu (ibrətamiz hekayə)


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:39
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

Samira19760

  • 24 sentyabr 2011 21:02
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah bii bele olumden seytanin serinden qorusun .

romantikim

  • 22 sentyabr 2011 13:28
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Bunu oxumuşdum hardasa. Təşəkkür

_Yaxsiliq Meleyi_

  • 22 sentyabr 2011 13:18
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
eliza,Amin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

eliza

  • 22 sentyabr 2011 13:12
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
allah hamimizi seytanin torundan qorusun. tessekur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}