İslamın gözəllikləri (Həccə getmək)

 
İslamın gözəllikləri (Həccə getmək)

Dördüncü bölüm: Həccə getmək:
Həcc sözü şəriət termini kimi xüsusi əməllərin adı, yaxud Kəbəni və (həccə aid olan) müəyyən yerləri xüsusi tərzdə ziyarət etməkdir.
Həcc, İslamın beş əsasından biri və onun əzəmətli vacib əməllərindəndir. Həccin vacib olması haqda Quranda, hədislərdə və alimlərin buyurduqları kəlamlarda bir çox sübutlar mövcuddur. Yetkinlik yaşına çatmış hər kəsə ömürdə bir dəfə həcc etmək vacibdir.

İslamın gözəllikləri (Həccə getmək)

Həccin vacibliyinə aid Qurandan olan sübut:
Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali İmran: 97).
Ayə, həccin vacib olmasına açıq-aşkar sübutdur. Ayədə: "Allah qarşısında borcudur..." sözü, həccin vacib olmasına dəlildir. Alimlər deyirlər ki, həccin bu söz üslubu ilə vacib edilməsi, onun əhəmiyyətli vacibat¬lar¬dan olmasını bildirir.

İslamın gözəllikləri (Həccə getmək)

Həccin vacib olmasına aid hədislərdən dəlil:
Əbu Hüreyrə (r.a) deyir: Bir gün Peyğəmbər (sav) bizə müraciət edərək buyurdu:
"Ey İnsanlar! Allah sizə həcc etməyi vacib buyurmuşdur. Siz də həcc edin". Bu zaman bir kişi: Ey Allah Elçisi, hər ildə? – deyərək soruşduqda Peyğəmbər  bir ara susudu. Sonra o kişi həmin sualını üç dəfə təkrar etdikdə Peyğəmbər buyurdu: "Əgər “hə” desəm, onda sizin üzərinizdə vacib olacaq və siz bunu bacarmayacaqsınız. Mənim sizə demədiklərim haqda məndən soruşmayın. Sizdən əvvəlkilər çox sual verdikləri və peyğəmbərlərinin dediklərini dinləmədikləri üçün həlak olmuşdular. Sizə bir işi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin. Sizi bir işdən çəkindirdikdə isə ondan əl çəkin"(Müslim: 2 975 № 1337.)

İslamın gözəllikləri (Həccə getmək)

Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülhərəmə (Kəbəyə) həcc etmək"(Buxari: 1 49 № 8. Müslim: 1 45 № 16.)
Ümumiyyətlə İslam ümməti və alimləri, yetkinlik yaşına çatmış imkanlı müsəlmana ömründə bir dəfə həccin vacib olmasını yekdilliklə vurğulayırlar.
Həcc, Allahın çağırışına səs verərək, Onun yolunda köç etməkdir. O, hər il gözəl əlaqələr əsasında dünyanın ən şərəfli və müqəddəs məkanında təkrarlanan mərasimdir.

İslamın gözəllikləri (Həccə getmək)

Digər ibadətlər kimi həccin də öz gözəllikləri vardır:
1. Allaha aid olan tövhidin, sözlə, əməllə və etiqadla edilən ibadətin xalis Allah üçün olmasını göstərmək. İslamın bu əzəmətli əsası digər şəriət qanunları kimi bu əzəmətli qayəni həyata keçirir. Ona görə bu ibadətin başlanğıcı Allahın təkliyini əks etdirən tövhid kəlməsi: "Ləbbeykə Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə vən nimətə ləkə vəl mulk, lə şərikə lək" (Duanın tərcuməsi: "Allahım sənin çağırışına səs verirəm. Sənin çağırışına səs verirəm və sənin şərikin yoxdur. Həqiqətən həmd, nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur".)- ilə başlayır.

İslamın gözəllikləri (Həccə getmək)

Allah taala buyurur:
"(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!" (əl-Həcc: 26).
2.Allahın adını uca tutmaq, Onun adını xatırlamaqla nəfsi, qəlbi və hissyiyatları doldurmaq.
Bu haqda Allah taala buyurur:
"Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər ..." (əl-Həcc: 28).

İslamın gözəllikləri (Həccə getmək)

Digər ayədə isə buyurulur:
"Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!" (əl-Bəqərə: 198).
"(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin)..." (əl-Bəqərə: 203).

İslamın gözəllikləri (Həccə getmək)

"Həcc mərasimini tamamlayıb qurtardıqda Allahı yad edin! ..." (əl-Bəqərə: 200)
Bu və digər ayələr göstərir ki, həccin vacib edilməsinin əsas məqsədi Allahı zikr etməkdir. Hədislər bu mənanı açıq-aşkar təkid edir. Aişədən (r.a) rəvayət olunan hədisdə deyilir:
"Kəbəni təvaf etmək, səfa və mərva arasında səy etmək, cəməratda daş atmaq və Allahı zikr etmək üçündür"(Əbu Davud: 2 447 № 1888. Tirmizi: 3 246 № 902. Tirmizi hədisin həsənun səhih olduğunu demişdir.)

İslamın gözəllikləri (Həccə getmək)

3.Həcc, itaətdə davamlı olmağın, şəhvətə qalib gəlməyin və Allahın razılığını hər şeydən üstün tutmağın gerçəkləşməsi.
"Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!" (əl-Bəqərə: 197).
Hədislərin birində belə buyurulur:
"Kim həcdə olarkən (qadınla) yaxınlıq etmədən, söyüş söyüb pis sözlər danışmadan həcc (ziyarət) edərsə, anadan doğulduğu gündəki kimi olar"(Buxari: 3 382 № 1521. Müslim: 2 983 № 1350.)

İslamın gözəllikləri (Həccə getmək)

4.Həcc, İslam vəhdətini və iman qardaşlığını özündə əks etdirir. Qardaşlıq və bərabərlik toxumu səpir. Bu haqda Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur...." (Ali İmran: 97).
Ayədə "insanlar" sözü birlikdən xəbər verir. Bu söz digər ayədə:
"İnsanları həccə çağır" (əl-Həcc: 27) – şəklində də qeyd edilir. Bu ibadətdən öncə imanın olmasına baxmayaraq o özündə İslamın əsası olan tövhidi də əhatə edir. Tövhidin həyata keçirilməsi dinin yaşaması deməkdir. Ona görə də insanlara tövhidlə müraciət olunur.

İslamın gözəllikləri (Həccə getmək)

Allah taala bu mənanı bir neçə yerdə xatırlayaraq onun əhəmiyyətini nəzərə alır. Allah taala buyurur:
"Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!" (əl-Həcc: 25).
İslamın bu əsasına diqqət yetirdikdə onun, əvvəlindən sonuna qədər İslam vəhdətindən xəbər verdiyinin şahidi olursan. Bunun ən aşkar sübutu: paltarın, sözün, əməlin, vaxtın, yerin, tərəfin və qəsdin eyni olma¬sıdır.

İslamın gözəllikləri (Həccə getmək)

5. Müsəlman bu ibadətdən səbri, xeyirxahlığı və şükürü öyrənir. Həcc, mal-dövlət və bədənlə edilən ibadətdir. Həccə gedən adam müvəqqəti olaraq yola çıxmalı, ailəsindən və vətənindən uzaqlaşmalıdır. Həcc, nəfsi paxıllıq və xəsislikdən təmizləyir, insana davamlı, iradəli və gözəl əxlaqlı olmağı öyrədir.
6. Həcc mövsümü, ticarət əlaqələrinin və mənfəətlərinin əldə edilməsi üçün gözəl fürsətdir. Müsəlmanlar bu mövsümdə bir-birləri ilə ticarət edir və ticarət təcrübələrindən istifadə edirlər. Şübhəsiz ki, belə ticarət əlaqələri ilə müsəlman dövlətlərinin zəif nöqtələri aşkarlanır və digər dövlətlər tərəfindən qarşılıqlı əlaqələrlə təkmilləşir. Allah taala bizə bu mənfəətləri əldə etməyi əmr etmişdir. Ibn Abbas  Həcc surəsinin 28-ci ayəsinin: "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar..." - təfsirində bu mənaya işarə edərək belə buyurmuşdur: "Ayədə deyilən mənfəətlər həm dünya, həm də axirət mən¬fə¬ətləridir. Axirət mənfəətləri Allah taalanın razılığını qazanmaq, dünya mənfəətləri isə əldə etdiyiniz qurbanlar və ticarətdir".

İslamın gözəllikləri (Həccə getmək)

7. Həcc, hər il təkrarlanan görüşdür. Bu mövsümdə müsəlmanlar bir-birləri ilə görüşür, vəziyyətləri ilə tanış olurlar. Həmçinin onların sözləri bir olur, cahillər bilmədiklərini alimlərdən öyrənir, varlılar kasıblara qarşı mərhəmət göstərir, bəzi İslam dövlətlərinin ehtiyacları aşkarlanır və s. Ümumiyyətlə həccin faydaları çoxdur. Həcc edən adam özü onları dərk edir və onların şahidi olur.


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:30
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
tewekkurler

Sirli Melek

  • 23 sentyabr 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TANRI, İSTƏTƏNLƏRƏ ORA GETMƏYİ NƏSİB ETSİN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MuCaHiD_313

  • 23 sentyabr 2011 05:31
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Ebu Hüreyre
Biz bu ravinin şexsiyyetine aydınlıq getirmek üçün alimlerin onun baresinde dediklerine toxunmağı zeruri hesab edirik.
Ebu Hüreyrenin adı nedir?
Ebu Hüreyre bu ravinin künyesidir. Bu şexsin adı baresinde alimler arasında böyük bir fikir ayrılığı vardır. Alimler 18, 20, 30 ve 44-e qeder adı Ebu Hüreyre ve atasına aid etmişler. Ehli-sünne alimi Nevevi bu barede yazır: “Ebu Hüreyre ve atasının adı ile bağlı 30-a qeder nezeriyye var".
El-Qütb Helebi yazır: “Ebu Hüreyre ve atasının adı baresinde 44 nezeriyye qeyd edilib" ("el-İsabe", c. 7, s. 199; "Fethel-bari", c. 12, s. 5; "Şeyxül-mezire", s. 48).
İbn Qüteybe kitabında yazır: “Ebu Hüreyre hemişe deyerdi: "Men balaca pişik ile oynadığım üçün mene bu künyeni verdiler" ("el-Mearif", s. 93; "Buxari" c. 2, s.149; "Ezva ela el-sünnetil-Muhemmediyye", s. 203).
Firuzabadi yazır: “Ebdur-Rehman ibn Sexer deyir: “Peyğember (s) Ebu Hüreyrenin qucağında pişiyi görende, onu bu künye ile çağırdı, sonra o, bu künye ile meşhur oldu ("el-Qamus el-Mühit", c. 2, s. 16). Xatırlatmaq lazımdır ki, Ebu Hüreyre İslamı qebul edende, maddi veziyyeti çox ağır idi. Ona göre de Peyğember (s) ona imkansızların meskunlaşdığı “süffe”de yer verdi. Dediyine göre, her gün sehabelerin birinin evinde yemek yeyermiş ("Fethel-bari", c.11, s. 236; "Şeyxül-mezire", s. 56).
Ehli-sünne alimlerinin möteber hedis qaynaqlarına esasen o, “Şeyxül-mezire”, yeni mezire şeyxi leqebi ile de tanınırmış.
Bu barede Zehebi ve İbn Kesir yazırlar: “Ömer Ebu Hüreyreye deyirdi: Peyğemberden (s) revayet etmeyi terk etmelisen, yoxsa seni Dus vilayetine qaytararam. (Dus Ebu Hüreyrenin ana vetenidir) "Elamun-nubela", c.2 s. 433; "El bidaye ven-nihaye", c. 8 s. 1, 8; "Şeyxul-mezire", s.114)
Alimlerin yazdığına göre, “mezire” Müaviyeye mexsus rengareng yemeklerden birinin adı olmuşdur ("Şeyxül-mezire", s. 60).

Bele bir hadiseni o, Ömer haqqında da deyir ("Fethel-bari", c. 9, s. 428, c. 13, s. 259; "Buxari", c. 7, s. 179).
Ebu Hüreyre Peyğembere xidmetinin sebebini, öz qarnını doyurmaq olduğunu yazır. Onun öz telebesi Elerec deyir: “Ebu Hüreyre bele deyirdi: “Siz güman edirsiniz ki, men Peyğemberden (s) çox hedis neql edirem. Men imkansız bir şexs idim. Peyğembere (s) öz qarnımı doyurmaq üçün xidmet edirdim" ("Sehih-Müslim", c. 8, s. 114-116; "Fethel-bari", c. 1, s. 173, c. 7, s. 61, c. 13, s. 271; "Şeyxul-mezire", s. 53; "el-Ezva", s. 204).Ebu Hüreyre maddi veziyyetinin ağır olmasına baxmayaraq, “mezire” yemeyine çox heves gösterirdi. Ele buna göre de o, bu leqeble meşhur olmuşdur. Cenab Buxari İmam Zeynel-abidinden (e) İmam Eskeriye qeder (e) olan imamlardan, hetta bir hedis de neql etmemişdir. O, öz kitabında Ebdül-Vehhab, Xatem ibn İsmayıl, Malik ibn Enes ve s. kimi ravilerden hedis neql etmişdir. Amma bu sadaladığım şexslerin İmam Sadiqden (e) neql etdikleri revayetleri öz kitabında getirmemişdir.
Hemçinin Buxari Emr ibn As, Ebu Musa Eşeri, Müaviye, İmran ibn Hettan kimi Ehli-beyt (e) düşmenlerinden revayet neql etmişdir.

Möteber qaynaqların yazdığına esasen, Ebu Hüreyre Müaviyenin süfresinde “mezire” yemeyi yedikden sonra gelib Elinin (e) arxasında namaz qılardı. Ehli-sünne alimi Selebi bu barede yazır: "Ebu Hüreyre “mezire” yemeyini çox isteyerdi. O hemişe Müaviyenin yanında o yemekden yeyer ve namaz vaxtı Elinin (e) arxasında namaz qılardı. Bir gün ondan bunun sebebini soruşanda bele dedi: "Müaviyenin meziresi daha yağlı, Elinin (e) arxasında qılınan namaz ise daha feziletlidir". Mehz buna göre ona “mezire şeyxi” deyerdiler ("Simarul el-qulub, s. 86; "Şeyxül-mezire", s. 60, "Sizuratuz-zeheb", c. 1, s. 64; "Siratel-helebiyye";, c. 3, s. 397). Bütün alimler Ebu Hüreyrenin qarınqululuğunu teferrüatı ile qeyd etmişler. Biz bu barede söhbetimizi onun duası ile sona çatdırırıq. O, bele dua edirmiş:
“Perverdigara, mene üyüden iti diş, yaxşı hezm eden mede ve onu xaric etmek üçün yaxşı arxa ver" ("Rebiel-ebrar", c. 8, s.113; "Şeyxül-mezire", s.64).

yalaci ve saxtakar sehabe olub ebu hureyra!!!!

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Ay Üzlü

  • 22 sentyabr 2011 13:09
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!" (Ali İmran: 97).
Allah her kese hecce getmeyi nesib etsin Inwallah icinde ozum olmaqla



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 52
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}