Əvəzolunmaz insan yoxdur

 
Əvəzolunmaz insan yoxdur

Əvəzolunmaz insan yoxdur
-Mən evlənmək istəyirəm!
Bu xəbəri ilk olaraq bacıma söyləmək qərarına gəldim.Süfrə arxasında oturub lap uşaqlıqda olduğu kimi ikimiz bir boşqabdan qızarmış kartof yeyir və müzakirə edirdik.Bacım maraqlandı ki kimə evlənirsən?Mən də söylədim.O qızı tanıyırdı,heç bir irad tutmadı.Onların söhbətləri tütürdu.
-Təbrik edirəm.Nə vaxta planlaşdırmısan?
-Zamanı müəyyən etməmişəm,amma sən toya paltar tikdirməyə başlaya bilərsən.Amma bir problem var.O yemək hazırlamağı bacarmır.Mən isə yaxşı yeməkləri xoşlayıram.Bəlkə sən kömək edəsən,onunla danışasan,bişirməyi öyrədəsən?Heç olmasa bax bu qızardılmılş kartofu bişirə bilsin.

Əvəzolunmaz insan yoxdur

-Bəlkə sən özün hazırlayasan yeməyi.Həm tox olacaqsan,həm də artıq söz söhbət olmayacaq
-Yox,yeməl bişirmək,ərini yedizdirmək qadının vəzifəsidir.Mən istəmirəm.Sən axı mənim bacımsan,kömək elə də.
Bacım çox istəyirdi mən evlənim,ona görə fikrə getdi:
-Mən onunla danışmayacam.Birincisi o səni sevirsə səni eşitməlidir.Yox sənə qulaq asmırsa mənim sözümün heç bir əhəmiyyəti olmayacaq.Əgər özü xahiş etsə mən ona yemək bişirməyi öyrədərəm.Güclə mümkün deyil.Amma sənə məsləhət verə bilərəm...
..Deməli belə.Görsən ki yemək bişirmir,balıq alarsan,məsələn karp.Gətir ver ona.De ki axşama yemək hazırlasın.Desə ki mən hazırlamağı bacarmıram sakitcə bir də xahiş elə.Və daha axşamacan heç nə demə.Şam yeməyi zamanı soruş ki nə hazırlaya bildin,Əgər desə ki,mən axı sənə demişəm yemək hazırlaya bilmirəm,onu evdə qoy.Geyin və çıx.O gözləyəcək ki sən yeməyə nəsə alıb gələcəksən.Sən isə əvvəldən tanış qızların biri ilə danış.Qız gözəl və bacarıqlı olmalıdır.Ümumi tanışınız olsa lap yaxşı.

Əvəzolunmaz insan yoxdur

Onu evə gətir və yoldaşına de ki,sən mənə yemək hazırlaya bilmədiyin üçün bu gün bizim yeməyimizi Xəyalə bişirəcək.Amma özünü sakit aparmağı bacar.Neyləsə də fikir vermə,qızların söhbətinə də qarışma.Yeməkdən sonra qızı evlərinə ötür,bir az gəzin ,evə qayıt.Bunu yoldaşınla müzakirə etmə.Səhəri gün toyuq al və ondan xahiş elə axşama yemək hazırlasın.Sonra mənə danışarsan.
Bacımın məsləhətinə qulaq asdım.1 həftədən sonra yenə onlara gəlib olanları danışdım:
-Deməli sənin məsləhətin ilə balıq aldım,xahiş elədim axşama bişirsin.Axşam isə məni evdə gülməli bəhanələr gözləyirdi.Əvvəldən Xəyalə ilə danışmışdım,ondan xahiş etdim ki,bizə gəlib yoldaşıma yemək bişirməyi öyrətsin.Qızların paxıllığını bilirsən axı.O öz üstünlüyünü göstərmək üçün böyük sevinclə razı oldu.Yoldaşıma deyirəm ki,əzizim sən yemək bişirə bilmədiyin üçün Xəyalə bunu edəcək,sən də bax öyrən.Sən qızın sifətini görəydin,o söz deyə bilmədi.Sonra isə görəndə ki Xəyalə onun önlüyünü taxıb mətbəxə keçdi,soyuducunu açdı əsəbdən qapını çırpıb evdən çıxdı.

Əvəzolunmaz insan yoxdur

Amma qısqancdır axı.10 dəqiqə sonra qayıtdı.Gördü ki mən lətifə danıçıram,Xəyalə də gülə gülə mətbəxdə balığı hazırlayır.Dözmədi,dedi ki Xəyalə evlərinə getsin,mən isə dedim ki yeməyi o hazırlayıb deyə heç olmasa bizimlə şam etməyə haqqı var.Nəsə dinmədi.Süfrəni hazırladı.Oturub yedik,mən geyinəndə yenə dözə bilmədi.Dedi ki,əgər mən indi qapıdan çıxsam geri qayıdanda onu evdə görməyəcəm.Mən sakitcə dedim ki,əgər o gedəcəksə qablar çirkli qalacaq.Bəlkə Xəyalə qalsın,qabları yuyub sonra gedər.Onun sifəti dəyişdi,dedi bircə bu qalmışdı özüm yuyacam.
Axşamə başa vurduq,səhər təbii ki mənimlə danışmırdı.Mən mağazaya gedib toyuq aldım,mətbəxə qoyub xahiş etdim ki axşama toyuq bişirsin.O cavab vermədi.Amma axşam məlum oldu ki o yemək bişirə bilərmiş.Elə dadlı toyuq bişirmişdi ki,mən hətta təriflədim də.Əvvəlki əhvaları bir də xatırlamadıq və hər gün yeməyimiz hazır,evimiz səliqəli olur.Məsləhətin əla idi.
Bacım gülümsədi:
-Hə əlbəttə.Amma xırda bir detal da var,yadında saxla ki,evdə kişiyə aid işləri etmək lazım gələmdə sən də bacarmıram deyə bilməyəcəksən.İndi bilirsən axı heç kimin yeri boş qalmır,əvəz edən mütləq tapılır.

Tərcümə olunmuş bir hekayə...


Geri dön

Musique Sage

  • 1 oktyabr 2011 13:31
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
tewekkurler

sevgi yalandir

  • 28 sentyabr 2011 20:28
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
Heç nə........ hətda həsrətli xatirələrin də, Səni əvəz eləmir
Hansısa boşluqu daldura bilər kimsə. Amma əvəz edə bilməz.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:39
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
tewekkurler

Samira19760

  • 24 sentyabr 2011 20:56
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Bunla kimise basa salmaq olsaydi ne vardi ki

sevgi yalandir

  • 22 sentyabr 2011 14:44
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
smile smile

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

SeL_cAn

  • 22 sentyabr 2011 13:56
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
Heç nə........ hətda həsrətli xatirələrin də, Səni əvəz eləmir recourse
Hansısa boşluqu daldura bilər kimsə. Amma əvəz edə bilməz.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Sirli Melek

  • 22 sentyabr 2011 13:29
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
))) ƏVƏZOLUNMAZ İNSAN YOXDUR, AMMA TƏKRAROLUNMAZ İNSAN VAR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

romantikim

  • 22 sentyabr 2011 13:15
  • Məqalə: 27
  • Şərh: 604
  • Bal:
{awards}
wink
Super

... Deryam ...

  • 22 sentyabr 2011 12:24
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
MARAQLI HEKAYƏYDİ wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}