Oğlanlar telefonlarında nə gizlədirlər?

 
Oğlanlar telefonlarında nə gizlədirlər?

İstənilən kişinin mobil telefonuna "səyahət" etdikdə qadınların hiyləgərliyinə şükür etmək olar. Hər gün ən azı iki qadınla yazışmalar, telefon dəftərində hətta bəzən kişi adı ilə yazılmış saysız-hesabsız qadın nömrələri, bütün zəng edən qadınlarla eyni sevgi tonu ilə danışmalar və ən maraqlısı, bəzi hallarda telefonda gizlənmiş əxlaqsız videolar.

Bəzi kişilərin telefonlarında sadaladıqlarımdan birini mütləq tapmaq olar, amma iş sözə gələndə hamısı aydan arı, sudan duru, sevgi, sədaqət, dürüstlük simvolu sayıla biləcək insanlardır. Əminəm ki, kişilərin telefonda nələri gizlətdikləri nəinki qadınlara, hətta özlərinə də maraqlıdır. Odur ki, bu mövzunu araşdırdım və bütün pərdəarxası məqamları sizə təqdim edirəm.

Oğlanlar telefonlarında nə gizlədirlər?

Günlərin bir günü qonşuluğumda yaşayan ailədə dava-dalaş səsləri eşitdim. Ciddi bir məsələyə bənzəyirdi, çünki qonşu xanım səsi çıxana kimi oğlunun üstünə qışqırırdı. Düzü, bu mübahisə diqqətimi cəlb etdi və sonradan öyrəndim ki, sən demə, həmin qonşumun oğlunun telefonundakı bir videonu görməsi onu sözün əsl mənasında şoka salıb. Belə ki, cavanlığını yaşayan gənc qonşum sevişdiyi qızlarla birgə iş zamanı xatirələrini videolentə köçürüb və təsadüfən həmin videoxatirənin şahidi olan ana şok keçirməyə başlayıb. Qadının özünə gəlməsi bir müddət çəksə də, həmin videoyazının xatirəsi ömrü boyu nəinki ailədə, hətta bütün məhəllə sakinlərinin yaddaşında qalacaq.

Olduğun məkanda bir neçə kişinin eyni telefona baxmasının şahidisənsə, bil ki, mütləq aralarında hansısa xanımın müzakirəsi telefondakı dəlillərə uyğun şəkildə gedir. Amma onlara bunu heç vaxt sübut etmək olmaz. Soruşsan da alacağın bir cavab var: "Kişilər heç vaxt qadın qeybəti etmirlər. Onların müzakirə etdikləri mövzular futbol, siyasət və əsgərlik xatirələrindən ibarətdir". İnanırsınız? Əgər elədirsə, niyə əksəriyyəti telefonlarında futbolçuların vurduğu qollar, siyasətçilərin çıxışları, əsgərlərin hücumları əvəzinə, qadın videoları gizlədir və bunları paylaşmaqdan qürur duyur?

Oğlanlar telefonlarında nə gizlədirlər?

Bir dostumdan soruşdum ki, "Kişilər telefonlarında olanlar haqqında birgə müzakirələr etdikdə əsasən nələrdən danışırlar?" İnanın, aldığım cavaba heç də təəccüblənmədim. - Əxlaqsız videolar, tanış qızların şok görüntüləri, gəzdikləri qızların fotoqalereyaları və s.

Bu aralar qalereyaların sayını artırmaq üçün isə bəzi kişilər yeni variantlar kəşf ediblər. Belə ki, "Facebook" və s. bu kimi sosial şəbəkələrə daxil olub, xanımların profil şəkillərini götürüb öz ətraflarında həmin qızları eks-sevgililəri kimi qələmə verirlər. Hətta bu, bəzən onların bəzilərinin başlarının ağrıması ilə də nəticələnir, amma əksəriyyət yenə də öz işindədir.

Oğlanlar telefonlarında nə gizlədirlər?

Kişilərin telefonlarında nə gizlətdiklərini xəbər almaq üçün psixoloq Elnur Nəbiyevə müraciət etdim. O bildirdi ki, telefonda istənilən insan müəyyən şeyləri gizlədə bilər. Amma bu, kişinin psixologiyasından, yaşından və həyat tərzindən asılıdır. Əgər bir kişinin normal ailəsi və həyatı varsa, heç bir problem yaşamırsa və özü özünə problem yaratmırsa, onda onun telefonunda nə isə gizlətməsindən söhbət belə gedə bilməz. Amma bəzən ciddi, namuslu ailə başçılarının da əxlaqsız video həvəskarı olması mümkündür.

Kişilərin telefonunda gizlətdikləri həm də onların dünyagörüşündən və yaşadıqları mühitdən asılıdır. İnkişaf etmiş ölkələrdə kişilər əsasən telefonlarında bank hesablarını, olduqları məkanların siyahısını, telefonla etdikləri alış-verişləri və s. bu kimi şəxsi həyatları ilə bağlı bir çox əsasları gizlədirlər. İnkişafdan kənar ölkələrdə isə porno görüntülər, şəkillər, musiqi və sairənin gizlədildiyini müşahidə etmək olar.

Oğlanlar telefonlarında nə gizlədirlər?

Bu yaxınlarda bir ailənin dağılmasına da telefonda gizlədilən faktlar təkan verdi. Belə ki, telefonunda heç bir sübut saxlamadığına əmin olan kişi onu açıq şəkildə qoyub duşa yollanır. Həyat yoldaşı qısqanclıq alovunu söndürmək üçün telefonda "mini-ekskursiyaya" çıxır və heç bir təhlükəli məlumatın olmadığını görəndə onu kənara qoyub həyat yoldaşı ilə fəxr etməyə başlayır. Elə bu zaman "Facebook" tərəfindən telefona bildiriş mesajı gəlir və həmin xanım ərinin "Facebook" akkauntuna daxil olub bilməməli olduğu hər şeyi öyrənir...


Geri dön

CeNNeT_MeLeYi

  • 16 oktyabr 2011 00:54
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
azeri ogllari hetta kiwileri hamisi eedir ancaq porni ne saxlayacaglarki

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:29
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

Sirinka

  • 22 sentyabr 2011 22:59
  • Məqalə: 1
  • Şərh: 39
  • Bal:
{awards}
gunahlari oz boyunlarna

--------------------
Gelmeyecek gelecek...

Deniz

  • 22 sentyabr 2011 22:40
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Fikirlesirem de bizim telefonlarimizda olanlar ile onlarinki cox ferqlidi.......

sevgi yalandir

  • 22 sentyabr 2011 14:43
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
OZDERINI ALDADILLAR.DIGER INSANLARI YOX

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Niqulka

  • 22 sentyabr 2011 14:16
  • Məqalə: 1
  • Şərh: 98
  • Bal:
{awards}
Kişilərə inanmayın,hamısı eynidir! angry

SeL_cAn

  • 22 sentyabr 2011 13:47
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Soruşsan da alacağın bir cavab var: "Kişilər heç vaxt qadın qeybəti etmirlər. Onların müzakirə etdikləri mövzular futbol, siyasət və əsgərlik xatirələrindən ibarətdir". İnanırsınız?

İnanan daşa dönsün eeeee))

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Sirli Melek

  • 22 sentyabr 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
HMMMMMMMMMMMMMM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

_Shehzade_

  • 22 sentyabr 2011 12:25
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
temamlie duzdu

--------------------
Səhv insanlar üçündür; ancaq silginiz qələminizdən əvvəl bitirsə, çox səhv edirsiniz deməkdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}