Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

 
Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

Bismilləhir Rahmənir Rahim.

"Camaatı dilinizlə deyil əməlinizlə moizə edin. Əgər insanlar sizin əməlinizdə təqva və calışqanlıq, namaz və xeyir əməllər görsələr, bu ən gözəl dəvət və moizədir” - İmam Sadiq (ə)

Sual oluna bilər ki, bunun üçün nə etmək gərəkdir və insan daim nəyi xatırlamalıdır? Qurani-Kərimin ayələrinə və hədislərə əsasən bir nəçə amil daim insanin yadinda olmalıdır:

1.İnsan yadda saxlamalıdır ki, onun bütün əməllərinə, Allah, Peyğəmbər (s), İmamlar (ə) hətta xanım Fatimeyi Zəhra (s.a) nəzarət edir. Əgər insan onun əməllərinə nəzarət edənlərin olduğunu başa düşüb yadında saxlasa xəcalət çəkib günah etməkdən çəkinər. Bəndə daim bilməli və xatırlamalıdır ki, Allah tərəfindən təyin edilmiş mələklər onunladır . Hətta insanın ağzından çıxan hər bir kəlməni belə qeyd edirlər. Bu mələklər gecə və gündüz insanladır. Gecənin mələkləri gəlir və gündüz nəzarət edən mələklər yazdıqlarını onlara təhvil verib gedirlər. Eləcə də əksinə, sübh azanında o mələklər dəyişir. Qiyamət günü onların hamısı insanın bütün əməllərinə şahidlik edəcəklər.

Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

2. İnsan hər zaman xatırlamalıdır ki, bu dünyanın özü insanın əməllərinə şahidlik edəcək. Dünyanın öz həyatı olduğu üçün bütün əşyaları ilə birlikdə insanların əməllərinə şahidlik edəcəklər. Onların hamısı Allahı zikr edirlər.

3. Qiyamət günü insanın bütün bədən üzvləri onun əleyhinə şəhadət vərəcəklər. Hətta cənnətin nemətləri, cəhənnəmin atəşi bələ dilə gəlib danişacaq. Qiyamət günü insanın öz dərisi onun əleyhinə şəhadət vərəcək. Cəhənnəmdə olanlar etdikləri əməlləri inkar edən zaman onların ağizlarına möhür vurulacaq və bədən üzvləri dilə gələcək. Yasin sürəsinin 65-ci ayəsində buyurulmuşdur: "Bu gün onların agızlarını möhürləyərik. Onların əlləri bizimlə danişar, ayaqlar ilə etdikləri əməllər barədə şəhadət vərərlər".

Xoş o, insanların halına ki, onların ayaqları, əlləri və bütün bədən üzvləri nuraniyyətlə Məhşərə daxil olacaqlar . Xoş o, insanların halına ki, əbədiyyətlərini bu dunyanın fani və ötüb kəçən həyatına satmadılar.

Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

Ənəs ibn Malik buyurur: Bir gün Həzrəti Peğəmbər (s) buyurdu: Sizə peyğəmbər və şəhid olmayan, lakin Qiyamət günü peyğəmbərlər və şəhidlərin, onların məqamlarına həsrətlə baxacaqları kəslər barədə xəbər vərimmi?

Səhabələr dedilər: Ya Rəsulallah onlar kimlərdir?

Həzrəti Peyğəmbər (s) buyurdu: Onlar Allahdan uzaq düşən bəndələrin əlindən tutub Allahla dost edərək onun sevimli bəndəsinə çevirən və Allahı da onların yanında sevimli edən kəslərdir. Onlar yer üzündə gəzən ən xeyirxah insanlardır.

Səhabələr soruşdular: Ya Rəsulallah! Allahın bəndələrini onun yaninda sevimli edən kəslərin kim olduğu bildik. Bəs onları Allahın yanında nəcə sevimli etmək olar?

Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

Həzrət (s) buyurdu: Onlara Allahın məhəbbətini (Allaha itaət ətməyi) əmr ədir və onları Allahın acığı gəldiyi işlərdən çəkindirirlər. Allaha itaət etdikdə, Allah onları sevir və məhəbbət bəsləyir. İmam Sadiq (ə) buyurur: “Allahı səvən insanın nişanəsi budur ki, onu ata-anasından, ovladından, əhli-əyalından, malından və bütün insanlardan çox sevsin”

Bəli, biz insanların yaradılmasında İlahi məqsədin həqiqətdə nə olduğunu dərk etmirik. Düzdür, bilirik ki, insanın yaranmasında məqsəd onun mütləq təkamülə yetməsidir. Məhz təkamülə yetmiş insanlar behişt də yaşamağa layiqdirlər. Təkamülə yetmiş insan dedikdə ksmil mömin nəzərdə tutulur. Kamil mğmin olmaq üçün isə insan qəlbini müalicə etməlidir. Kamilliyin son mərtəbəsi Allah da fani olmaqdır. Bu mərtəbəyə yalnız sağlam qəlblə çatmaq olar. Qəlbi sağlamlaşdırmaq üçün isə insan özünə ciddi nəzrət etməlidir. Çünki insanın ruhu müxtəlif pərdələrlə əhatə olunmuşdur. Bu pərdələrin qaldırılması insanın Allaha doğru ucalmasina səbəb olur. İman əhli zülmət pərdələrdən sonra da pərdə və hicablardan tam qurtulmuş olmurlar.

Kamil insan olmaq üçün bir nəçə amil daim insanin yadinda olmalıdır.

Onlar nur aləminə daxil olurlar, bu aləmdə onları nurani pərdələr gözləyir. Allah dostları bütün ömrü boyu bu müxtəlif xüsusiyyətli pərdələri qaldırmaq ücün çalışırlar. Bu pərdələri yalnız tam bəndəçiliklə aradan qaldırmaq olar. Nurani hicablar batili əks etdirməz. Bu nur pərdələri həqiqətdə insanın ruhunun mərtəbələrindəndir. Yəni bu pərdələr ruhda qərar tutur. İnsanın bu nur pərdələrini yarıb irəliləməsi əslində öz ruhunun mərhələlərində irəliləməsi dəməkdir. Nur pərdələri haqqa çox yaxın olduğundan onların hər biri öz qabiliyyəti və tutduğu mənzil səviyyəsində haqqın güzgüsüdürlər. Bələliklə kamilliyə çatmagın yolu bunları dərk ətməklə addım atıb əmələ başlamaqdır. Allah bizləri bu yolda muvəffəq etsin, İnşaallah. Nəcə dəyərlər, gözəl bir kəlam var: "Gərək haqq və hidayət muştərisi olasan ki, mənəviyyat satıcıları sənə tərəf gəlsinlər".

Vassalamu aləykum və rahmətullahi və bərəkatuh.


Geri dön

cingiz muradov

  • 24 dekabr 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
twkkkkkkkkkk

Zehra MeLeK

  • 25 sentyabr 2011 02:07
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler

_Yaxsiliq Meleyi_

  • 23 sentyabr 2011 08:46
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah kömeyin olsun.

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

RADUQA

  • 22 sentyabr 2011 21:08
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
saqol DOSTUM.COX DEYERLI XEBERDI.TEWEKKUR

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

FLY TIME

  • 22 sentyabr 2011 20:42
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
twklar wink

..:MeleK kiz:..

  • 22 sentyabr 2011 19:49
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

HaYaliM

  • 22 sentyabr 2011 19:34
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

sevgi yalandir

  • 22 sentyabr 2011 19:13
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk........

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

aid_fanatka

  • 22 sentyabr 2011 19:04
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
ilk serh menden twk........

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}