Boşluq

 
Boşluq

Mən hər gün yazıram. Hər gün daha çoxalır həriflər, sətirlər, vərəqlər.
Hər gün daha çoxalır səhvlər. Təkrarlanıram. Dolur gözlərim. Dolmur amma ammalar! Doymur amma kaşkilər. Dönmək istəyirəm sevgiyə. Atım özümü Piza qülləsindən. Birdəfəlik əl çəksinlər məndən. Yoxluğumda yeni nəsə kəşf eləsinlər. Anlasınlar ki, yataq deyilmişəm. Öpüş deyilmişəm. Qoy uduzmağı öyrənsinlər. Asan olsun ayrılıqlar. Daha mart da gətirə bilmir günəşi. Daha gecələr də qaralığını unudub, boza bürünür.

Bu şəhəri məndən daha yaxşı tanıya bilməzsən. Səmimi deyil. Gözəlliyi yoxdu. Ona görə şair, fotoqraf, rəssam çoxalır hər gün bu şəhərdə. Gözəllik axtarırlar bədbəxtlər. Hava proqnozlarıda sabahkı solğun günəşə sevinmək, aylıq maaşların verilməsi, komunal borcların ödənilməsi, balansı artırmaq kimi süni xöşbəxtliklərə tapınıb bu bədbəxtlər! Televizorlar yenə ağ qara olub. Qadınlar isə ağlağan. Kitabları cümlələr əvəz edir. Hamısı yadlaşıb elə bil. Sakitsən...Yox, həyat lallaşıb elə bil.

Qəddar ürəklərdə çox daşındım. Sənli düşüncələrə büründüm hər qarlı qış gecəsi.
Hər filmdə eyni ssenari. Hər mahnı da ayrılıqdan. Hər sərxoşluqda sənə sevgi. Hər reallıqda nifrət.


Boşluq... Boş evin boşluğu. Ağzına kimi dolu şəhərin əbədi boşluğu. Gəl bura! Gəl... Burda bizə lazım olan hər şey dəyərində iki anlam var - Mənimçün sən, səninçünsə mən! Cəhənnəm elə qohumlarını. Rədd elə sevimli yastığını. Sındır qəlibini, çanağını, ən azı hər an "Hə ana, evdəyəm" demək üçün işlətdiyin nömrəni. Yu çöhrəndən qorxaqlığı, gözlərindən zəifliyi. Ən gözəl paltarını gey. Ən gözəl ətrini vur. Ən sevdiyimiz sözləri düz dilinin altına. Bərabər olan rəsmimizi də al yanına. Bəs edər. Gəl qonşu olaq bu boşluqda. Yoo biz öpüşməyəcəyik. Qoy qansınlar ki, sevginin pakı da, varmış. Axmaq oyunlar icad edək. Başımız qarışsın deyə. Yağış arzulayaq hər qara buluddan.

Məgər ölmək üçünmü doğulmuşuq? Deyəsən elə müqəddəsliyimiz də bundadı. Kəpənək ömrü.
Hər ikimiz öz bədənimizə sığa biləcək qədər yaşayırıq. Kəpənək ömrü ən azı yüz çiçəyə bərabər olur. Bizsə bədənimiz böyüklüyündə olan həyatımızda tapdağ altında qoyduğumuz çiçəkləri düşünəcək qədər zəka sahibi olsaydıq kim bilir bəlkə də heç olmasa bircə çiçəyin qoxusundan ömrü boyu bihuş olacaq qədər ətir ala bilərdik. O zaman doğuluşumuz kimi ölümümüz belə xoşbəxtlik gətirərdi. Heyflərdən birini də bura buraxaq.

Boşluq


Geri dön

Zehra MeLeK

  • 25 sentyabr 2011 01:52
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
tewekkurler

Delya_91

  • 23 sentyabr 2011 11:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}

Qəddar ürəklərdə çox daşındım. Sənli düşüncələrə büründüm hər qarlı qış gecəsi.
Hər filmdə eyni ssenari. Hər mahnı da ayrılıqdan. Hər sərxoşluqda sənə sevgi. Hər reallıqda nifrət.

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_Yaxsiliq Meleyi_

  • 23 sentyabr 2011 10:09
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Qəddar ürəklərdə çox daşındım. Sənli düşüncələrə büründüm hər qarlı qış gecəsi.
Hər filmdə eyni ssenari. Hər mahnı da ayrılıqdan. Hər sərxoşluqda sənə sevgi. Hər reallıqda nifrət.


teşekkürler

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Sirli Melek

  • 23 sentyabr 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bizsə bədənimiz böyüklüyündə olan həyatımızda tapdağ altında qoyduğumuz çiçəkləri düşünəcək qədər zəka sahibi olsaydıq kim bilir bəlkə də heç olmasa bircə çiçəyin qoxusundan ömrü boyu bihuş olacaq qədər ətir ala bilərdik.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

_WITH YOU_

  • 23 sentyabr 2011 06:29
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.......

Manuella

  • 23 sentyabr 2011 01:24
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
{awards}
Bu şəhəri məndən daha yaxşı tanıya bilməzsən. Səmimi deyil. Gözəlliyi yoxdu. Ona görə şair, fotoqraf, rəssam çoxalır hər gün bu şəhərdə. Gözəllik axtarırlar bədbəxtlər. Hava proqnozlarıda sabahkı solğun günəşə sevinmək, aylıq maaşların verilməsi, komunal borcların ödənilməsi, balansı artırmaq kimi süni xöşbəxtliklərə tapınıb bu bədbəxtlər! Televizorlar yenə ağ qara olub. Qadınlar isə ağlağan. Kitabları cümlələr əvəz edir. Hamısı yadlaşıb elə bil. Sakitsən...Yox, həyat lallaşıb elə bil.

ASMIYA

  • 23 sentyabr 2011 01:04
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MANALI BIR YAZI.

--------------------


KaRola_16

  • 23 sentyabr 2011 00:38
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX MARAQLI IDI ELLERINIZE SAGLIQ...

--------------------

... Deryam ...

  • 23 sentyabr 2011 00:09
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
.....Heyflerden de birini bura buraxaq....
Ellerinize sagliq menali yazi idi ...

--------------------

Ay Üzlü

  • 22 sentyabr 2011 23:25
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Məgər ölmək üçünmü doğulmuşuq? Deyəsən elə müqəddəsliyimiz də bundadı. Kəpənək ömrü.
tewekkurler

HaYaliM

  • 22 sentyabr 2011 23:03
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Kəpənək ömrü ən azı yüz çiçəyə bərabər olur. Bizsə bədənimiz böyüklüyündə olan həyatımızda tapdağ altında qoyduğumuz çiçəkləri düşünəcək qədər zəka sahibi olsaydıq kim bilir bəlkə də heç olmasa bircə çiçəyin qoxusundan ömrü boyu bihuş olacaq qədər ətir ala bilərdik.

gözeldi..beyenilsin

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}