Ruhunu şeytana satanlar

 
Ruhunu şeytana satanlar

1. Papa II Silvester
II Silvester öz dövrünün ən savadlı adamlarından biri idi. Riyaziyyat, astronomiya və mexanika haqqında mükəmməl biliyi olan Papanın hidravlik orqanı, rəqqas saatını kəşf etdiyi və ərəb rəqəmlərini Qərbi Avropaya gətirdiyinə inanılır. O həmçinin riyaziyyat, təbiət elmlərinə, musiqiyə, dinə və fəlsəfəyə dair kitabların müəllifidir. Onun ölümündən sonra şayiələr yayıldı ki, onun intellekti və dahiliyi şeytanla saziş bağlamasının nəticəsidir. Əslində isə bunun səbəbi onun tez-tez o dövrün görkəmli ərəb alimləri ilə görüşməsi idi.

2. Nikolo Paqanini
Nikolo Paqanini indiyə kimi yaşamış ən görkəmli skripka virtuozlarındandır. O, 5 yaşında mandolin çalmağı öyrənib və 7 yaşında mahnı bəstələməyi öyrənib. 12 yaşında ict imai yerlərdə ifa etməyə başlasa da, 16 yaşında uğursuzluğa düçar olur və alkoqolizmə üz tutur. Daha sonra içkini atır və 22 yaşında ilk musiqi ulduzu olur. Onun yaratdığı əsərləri illərdir heç bir skripkaçı ifa etməyi bacarmayıb. Fövqəladə ifa texnikasına görə, dinləyicilər onun şeytanla saziş bağladığını düşünürdülər. Hətta onun hamilərindən bəziləri onun ifası ərzində şeytanın ona kömək etdiyini də iddia edirdilər.

3. Jil de Rey
Jil de Rey çox intellektual, cəsur adam hesab olunurdu. Britaniyanın ən seçilmiş ailələrindən birində anadan olan Jil 20 yaşında olarkən atası vəfat edir və Jil tək başına yaşamağa başlayır. Görünməmiş sərvət və güc Jilin sonunu gətirir. Sərvətini yenidən qazanmaq istəyən Jil, Françesko Prelati adlı adamın istiqamət verməsi ilə okkultizmlə məşğul olmağa başlayır. Prelati ona "baron" adlı şeytana uşaqları qurban verəcəyi təqdirdə əvvəlki sərvətini geri qaytaracağını deyir. Jil 80-200 arası uşağı zorlayır, işgəncə verir və öldürür. Sonradan o, həbs olunur və əvvəlcə asılır, sonra isə yandırılır.

4. General Conatan Moulton
Conatan Moultan fəaliyyətinə dülgər köməkçisi kimi başlayıb. 1745-ci ildə o, işini tərk edir və yeni İngiltərə ordusuna qoşulur. 1749-cu ildə evlənir və 11 uşaq sahibi olur. O, yeni Hempşirin ən varlı adamlarından birinə çevrilir. Bu isə onun şeytanla sözləşdiyi şayiələrinə gətirib çıxarır. 1769-cu ildə onun kasıb bir puritan qəsəbəsində tikdiyi villa yanıb külə dönür. O zaman insanlar Conatanın şeytana kələk gəldiyini və bundan xəbər tutan şeytanın Conatandan intiqam almaq üçün villanı yandırdıqlarını düşünürdülər.

5. Keşiş Urban Qrande
Keşiş Urban Qrande roman katolik kilsəsində keşiş kimi işləyirdi. Keşiş olmasına baxmayaraq, o bir neçə qadınla cinsi əlaqədə olmuşdu və arvadbaz kimi tanınırdı. 1632-ci ildə bir neçə rahibə keşiş Urbanı onları ovsunlamaqda günahlandırdılar. Məhkəmə zamanı hakimlər keşişə işgəncə verərək onun şeytanla saziş bağladığını boynuna alan sənəd imzaladırlar. Keşiş cadugərlikdə ittiham olunur və odda yandırılır.

6. Cuzeppe Tartini
Tartini İtalyan bəstəkar və skripkaçı olub. O 400-dən çox musiqi əsərinin sahibidir. Bir çox müasirlərindən fərqli olaraq, o heç bir kilsə musiqisi bəstələmirdi. Onun ən çox mübahisələrə səbəb olan əsəri "Devil’s Trill Sonata"dır. Deyilənə görə bir gün şeytan onun yanına gəlir və şagirdi olmaq istədiyini bildirir. Dərslərinin sonunda Tartini şeytanın qabiliyyətinin yoxlamaq üçün ona skripka verir. Şeytan elə ifa edir ki, Tartinin nəfəsi kəsilir. O yuxudan ayılır və əsəri yazmağa başlayır.

7. Kornelius Aqrippa
Kornelius Aqrippa intibah dövrünün ən görkəmli yazıçılarındandır. Aqrippa okkultist, sehrbaz, ilahiyatçı, astroloq və kimyaçı hesab olunurdu. 1535-ci ildə o, kafir olmaqda ittiham edilərək ölüm cəzasına məhkum edilir. O qaçır ancaq evində xəstələnir və ölür.

8. Robert Conson
Robert Conson məşhur amerikalı bluz musiqiçidir. Rəvayətlərə görə, o yaxşı gitara çalmaq istəyir və ona yolayrıcına getməyi məsləhət görürlər. Burada o, şeytanla qarşılaşır və şeytan ona necə gitara çalmaq lazım olduğunu öyrədir. Conson bu şayiələri aradan qaldırmaq üçün heç nə deməyib. 27 yaşında ölənə kimi Conson 6 albom buraxır.

9. İohan Georq Faust
İohan Faust Alman intibahının səyyah kimyaçısı, astroloqu və sehrbazı olub. Götenin məşhur əsəri Faust onun həyatı əsasında yazılıb. Rəvayətlərə görə, o, yalnız kefdə-damaqda yaşamaq istəyir və okkultizmlə məşğul olaraq, şeytanı necə çağırmaq lazım olduğunu öyrənir. Bunun nəticəsində o, şeytandan 24 il xidmət müqavilində ruhunu satır. Ancaq 16 ildən sonra o peşman olur və sazişi pozmaq istəyir. Şeytan isə onu vəhşicəsinə öldürür.

10. Adanalı müqəddəs Teofil
Teofil 6-cı əsrdə yaşayan keşiş idi. Onun dini rütbə qazanmaq üçün şeytanla saziş bağladığına inanırdılar. Teofil yepiskop seçilir, ancaq təvazökarlıqdan bu vəzifəni rədd edir. Onun əvəzinə başqa adam bu vəzifəyə gəlir. Təzə gələn yepiskop isə Teofili öz vəzifəsindən azad edir. Bunu görən Teofil öz təvazökarlığından peşman olur və şeytanla əlaqə qurmaq üçün sehrbaz axtarır. Şeytan kömək müqabilində ondan xristianlıqdan imtina etməyi tələb edir. Teofil razı olur və şeytan onu yepiskop edir


Geri dön

MiLeyla

  • 23 sentyabr 2011 16:37
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
cox vahimeliydi no

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_Yaxsiliq Meleyi_

  • 23 sentyabr 2011 10:04
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
teşekkürler.Maraqlı idi[color=#990000][/color]

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Sirli Melek

  • 23 sentyabr 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
VAHİMƏLİ ŞƏKİLDİR. QORXDUM
FAKTLAR DA DƏHŞƏTDİR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 23 sentyabr 2011 08:35
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Wekil cooooooooooooooooox qorxuncdu ki am


--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_WITH YOU_

  • 23 sentyabr 2011 06:24
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
vallah mövzudansa şəkil daha qorxuncdu

Manuella

  • 23 sentyabr 2011 01:02
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
{awards}
ay bu ne qorxunc sekildi bele what

ASMIYA

  • 23 sentyabr 2011 00:56
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
QOVULMUS SEYTANIN SERRINDEN HER AN, HER SANIYE REBBIME SIGINIRAM.
TESEKKUR.

--------------------


... Deryam ...

  • 23 sentyabr 2011 00:05
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Nedense musiqicilernen daha cox saziw imzalayib weytan maraqlidi fellow
Allah bizleri weytannan ve weytan cildli insanlardan uzaq elesin ...

--------------------

devyjones

  • 23 sentyabr 2011 00:03
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Nəsə inanmadım bunlar şayələrdi.Şeytanın kimisə oldürməyə ixtiyarı yoxdu o kimində canını ala bilməz! Xəbərə görə təşəkkürlər

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

Zehra MeLeK

  • 22 sentyabr 2011 23:57
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler...:)))

Ay Üzlü

  • 22 sentyabr 2011 23:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
crying wekil cox qorxuludu no

V_I_P

  • 22 sentyabr 2011 23:26
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allah weytana nehlet etsin.allah hamini weytandan qorusun. am

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Bezpirdel

  • 22 sentyabr 2011 22:43
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
wink nese

Enerelen

  • 22 sentyabr 2011 22:38
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
sekile baxanda diskindim))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}